PDF Oxu

Müsahibə

  • 12

Parlament seçkilərinin favoriti Yeni Azərbaycan Partiyası olacaq

Parlament seçkilərinin favoriti Yeni Azərbaycan Partiyası olacaq


Müsahibimiz millət vəkili Fuad Muradovdur

- Fuad müəllim, parlament seçkiləri ərəfəsi ölkədəki ictimai-siyasi prosesi necə şərh edərdiniz?

- Azərbayacan müstəqil bir ölkə olduğu üçün parlament seçkiləri ərəfəsində cəmiyyətdə ictimai-siyasi fəallıq artır. Ən böyük üstünlük ondadır ki, ictimai-siyasi sabitlik üçün heç bir narahatçılıq yoxdur.
Bu gün bir çox dövlətlərdən fərqli olaraq Azərbaycanda her şey konstitusiya çərçivəsində həyata keçirilir. Builki seçkilərlə bağlı Milli Məclis lazım olan qərarları qəbul edib, beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alıb. Ona görə də, biz çox normal şəkildə seçki prosesinə qoşulacağıq. Eyni zamanda, insanların da seçki proseslərində fəal iştirak etmələrilə yanaşı, öz mövqelərini də azad şəkildə bildirəcəkləri şübhəsizdir.

- Seçki Məcəlləsinə edilən dəyişikliyi seçki prosesinin daha azad keçirilməsinə yaradılan şərait kimi dəyərləndirmək olarmı?

- Bu günə qədər həm Seçki Məcəlləsinə, həm beynəlxalq konvensiyalara qoşulmağımız normativ-hüquqi aktlarla bağlı dəyişikliyin və əlavələrin olunması Azərbaycan üçün çox əhəmiyyətlidir. Seçkilərin demokratik keçirilməsi üçün mövcud olan bütün müsbət yeniləkləri qəbul edilir. Bu il Azərbaycanda parlament seçkiləri çox şəffaf, demokratik və yüksək səviyyədə keçiriləcəkdir. Bir çox ölkələrdə keçirilən seçkilərdə mürəkkəbdən və şəffaf qutulardan istifadə olunur. Ona görə də, bizim qəbul etdiyimiz qərarlar seçkinin daha da demokratik və azad keçirilməsinə şərait yaradır.

- Seçki prosesinə Venesiya Komissiyasının tövsiyələri əsasında beynəlxalq prinsiplərə uyğun dəyişiklik edilib. Lakin bəzi radikal müxalifətçilər bu dəyişikliyə narazılıqlarını bildirirlər. Onların bu narazılığını məntiqsiz hesab etmək olarmı?

- Venessiya Komissiyası peşəkar hüquqşunaslardan ibarət olan bir qurumdur və onların qəbul etdiyi qərar çox düzgündür.

- Radikal müxalifət partiyalar proporsional seçki sisteminin bərpa edilməsini arzulayırlar. Onların bu arzuları reallığa çevrilə bilərmi?

- İstək- arzu çox ola bilər, amma reallıq ondan ibarətdir ki, bu arzular heç vaxt gerçəkliyə çevrilməyəcəkdir və ona görə də, radikal müxalifət proporsiyonal seçki sistemindən danışa bilməz. Onlar cəmiyyətdə heç bir mövqe tutmayıblar, cəmiyyət üçün heç bir iş görməyiblər. Bütün bunları YAP-a şamil etmək olmaz. Yeni Azərbaycan Partiyası cəmiyyətdə hörmət, nüfuz qazanmış və xalqını uğurlu gələcəyə aparan bir partiyadır. Ölkəmizdə son illərdə görülən sosial-iqtisadi inkişaf, bir çox yeniliklər onu deməyə əsas verir ki, Azərbaycan günü-gündən daha da yüksək inkişaf edir. Azərbaycan müstəqil, suveren, demokratik bir ölkədir.
Azərbaycan xalqı öz seçimini çoxdan edib. Bu seçkilərdə də xalqımız Yeni Azərbaycan Partiyasını dəstəkləyəcək.

- Bu il seçkilərin favoriti hansı parttiya olacaq?

- Azərbaycan dövləti Yeni Azərbaycan Partiyası ilə uğurlu gələcəyə addımlayır. Azərbaycan dövlətinin gördüyü bütün işlər göz qabağındadır. YAP keçən seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbə qazanacaq.

Digər xəbərlər