PDF Oxu

Müsahibə

  • 10

“DUİ" və “Azadlıq" bloku arasındakı düşmənçilik daha da kəskinləşir

“DUİ" və “Azadlıq" bloku arasındakı düşmənçilik daha da kəskinləşir
Məlumdur ki, müxalifət düşərgəsində yeni qarşıdurmalar yaranıb və bu qarşıdurmalar daha da dərinləşir. Bu münaqişələrdən biri də "DUİ" ilə "Azadlıq" bloku arasında gedir. "Azadlıq" partiyasının sədri Əhməd Orucov münaqişənin pik nöqtəyə çatması və hər iki tərəfin mövqeyindən bəhs etdi.
- Sizin ADP sədri Sərdar Cəlaloğlu ilə konfliktiniz bitməmiş, Mirmahmud Fəttayevlə ilə yeni mübahisənizmi yaranıb?
- Biz Mirmahmud bəylə müttəfiqik və aramızda heç bir konflikt yoxdur. Bəzi insanlar var ki, "DUİ" daxilində mübahisələr yaratmağa cəhd göstərirlər. Onların bunda hansısa maraqları var. Ümumiyyətlə, müxalifət daxilində elə insanlar var ki, müxalifətçilərin birləşməsinin əleyhinədir. Onlar birliyin pozulması istiqamətində bir çox addımlar atır və işlər görürlər.
- Əhməd bəy, əslində, nə baş verdiyini deyə bilərsizmi?
- Əslində, normal proses gedir və "DUİ" daxilində məsləhətləşmələr aparılır, bəzi problemlərin olması normaldır.
- Siz qeyd etdiniz ki, hansısa partiyalara və onların mətbuat orqanlarına maliyyə yardımları ayrılıb ki, onlar müxalifət daxilində qarşıdurmalar yaratsın. Bu, Müsavat partiyasına bir işarədirmi?
-Belə düşünmürəm. Amma bəzi partiyalar var ki, onlar müxalifət düşərgəsində birliyin olmasında maraqlı deyillər və buna görə də, bəzi işlərlə məşğul olurlar.
- Əhməd bəy, Xəzər Teyyublunun fikirlərinə görə, siz bir zamanlar "Bizim Azərbaycan" blokunda olduğunuz zaman İsa Qəmbərova hansısa maraqlar baxımından yaxın olduğunuz kimi, indi də Mirmahmud Fəttayevə yaxınlaşmaq istəyirsiz. Bu, nə dərəcədə doğrudur?
- Xəzər Teyyub gəncdi və elə şeyləri hələ dərk eləmir. Mən nə İsa Qəmbərovun, nə də başqalarının yanında olmamışam. Milli- demokratik düşərgədə olmuşam. Bu düşərgədə İ.Qəmbərov da başqaları da var. Mənim orada öz fikirlərim olub və mən başqalarının maraqları ilə hərəkət etməmişəm. Həmçinin, onu da qeyd edim ki, o düşərgə mənimdi, nəinki başqalarının.
- "Azadlıq" qəzetinin bu məsələyə xüsusi önəm verməsinin arxasında məhz Əli Kərimovun dayandığını söyləmək olar?
- Hamı bilir ki, "Azadlıq" qəzeti, birmənalı şəkildə, Əli bəyin nəzarətindədir. Siz bilirsiz ki, yanvar ayında biz "Azadlıq" blokuna məsləhətləşmələr təklif etmişdik. Onlar bu məsləhətləşmələrə qatılıb-qatılmamaqla bağlı bizə heç bir cavab verməyiblər. "Azadlıq" qəzeti yalan informasiyalar dərc etməklə məşğuldur. Əli bəyin "Azadlıq" qəzetində mənə həsr etdiyi çoxlu sayda yalançı informasiyalar var. Mənim "Azadlıq" blokunun adının dəyişdirilməsi ilə bağlı tələbimdən sonra bu yalançı məlumatlar daha da kəskinləşibdir.
- Bəs "Azadlıq" bloku ilə bağlı iddialarınızdan hələ geri çəkilməmisiz ki ?
- Mən məntiqi şəkildə bildirmişəm ki, bu adda partiya olduğu bir halda, bu adda blok ola bilməz. Təklif etmişəm ki, özlərinə uyğun bir ad tapsınlar. Bizim bu adda partiyamız fəaliyyət göstərdiyi halda, belə adda blokun olması nə deməkdi sualına cavab tapılmır.
- Məsələnin hüquqi müstəvidə həlli nə dərəcədə mümkündür?
- Əgər seçkilərə qatılmaq istəsələr, biz onlara qarşı çıxacağıq və onların bu adda seçkilərə qatılmaq imkanı yoxdu. Məncə, artıq onlar seçkilərdə iştirak etməmək haqqında qərar qəbul ediblər. Hüquqi cəhətdən azadlıq adı "Azadlıq" partiyasına məxsusdu.
- Bəs hansı təsirli addımlar atmağı düşünürsüz?
- Hələ ki, seçkilərin vaxtını gözləyirik. Onlar həmin vaxt nə addım atsalar biz dərhal öz mövqeyimizi ifadə edəcəyik.
- Bu məsələ ilə bağlı Ə.Kərimovun mövqeyi bəllidirmi?
- Heç bir mövqeyi bəlli deyil və onlar yaxşı bilirlər ki, biz mövqeyimizdə haqlıyıq. O blokun "Azadlıq" adlandırılmağı səhv olub və indi də səhvdir. Ümumiyyələ, bütün hallarda səhvdir.
- Bu məsələ ilə bağlı "DUİ"-də müzakirələr aparılırmı ki, hansısa ortaq mövqe, qərar qəbul olunsun?
- "DUİ"-də yaradılacaq blokun adı ilə bağlı bir neçə təklif var və həmin təkliflərdən biri də "Azadlıq"dır. Hələlik, yekun qərar qəbul olunmayıb.
- Yəni seçkilərə "Azadlıq" adı ilə qatılmaq fikrindəsiz?
- Bəli, belə bir fikrimiz var ki, seçkilərə "Azadlıq" adı ilə qatılaq. Bu barədə ciddi düşünürük.
- Siz gözləmirsiz ki, "Azadlıq" blokunda təmsil olunan partiyalar sizin bu fikrinizə qarşı hansısa təsirli addımlar ata bilərlər?
- Heç nə edə bilməz və heç bir tədbir görə bilməzlər. Çünki hüquqi cəhətdən haqlı tərəfik.
- Son olaylar onu deməyə əsas verir ki, AXCP (i) sədri Ə.Kərimov "DUİ"-nin daxilində istədiyi qarşıdurmaları yarada bilir. Sizin bu barədə düşüncələriniz nədən ibarətdir?
- Bəzi qrant alan partiyalar var ki, onlar digər partiyalara müdaxilələr etmək fikrindədirlər. Belə partiya rəhbərləri digər bloklara və partiyalara pis əməli işlərlə müdaxilələr edirlər.

Digər xəbərlər