Bakıda hind yeməkləri festivalı keçiriləcək
İyunun 6-da Bakıda hind yeməkləri festivalı keçiriləcək. Festivalın təşkilatçıları Hindistan-Azərbaycan Assosiasiyası və Hindistanın Azərbaycandakı səfirliyidir. Festival iştirakçılarına hind mətbəxi, canlı hind musiqisi, əyləncə və oyunlar, alış-veriş və s. təqdim olunacaq. Festival "Avropa" mehmanxanasında təşkil ediləcək.