PDF Oxu

Müsahibə

  • 9

“Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi Ermənistanın işğalçılıq siyasətinin pislənməsi deməkdir"

“Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi Ermənistanın işğalçılıq siyasətinin pislənməsi deməkdir"
- Elşad müəllim, Ermənistan prezidenti Serj Sarksiyan və müdafiə naziri Seyran Ohanyan Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edirlər. Hətta Ermənistan rəsmisi NATO-nun baş katibi ilə görüşdə də bu cür bəyanatlar səsləndirib...
- İstər Ermənistan prezidenti, istərsə də müdafiə naziri tərəfindən bu cür qıcıqlandırıcı bəyanatlar səsləndirilib. Hər şeydən öncə, onlar düşünürlər ki, belə bəyanatlar səsləndirməklə, Azərbaycanda hansısa xof yarada bilərlər. Sözsüz ki, belə bəyanatların arxasında bu dayanır. Digər qarşı tərəf, Azərbaycan Prezidenti ədalətli bəyanatlar səsləndirib ki, bizim torpaqlarımız dinc yolla qayıtmasa, hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Düşünürəm ki, eyni zamanda, bu cür bəyanatlarla çıxış etməklə, onlar hesab edirlər ki, anti-cavab reaksiyası nümayiş etdirirlər. Amma çox təəssüf ki, onun mahiyyətinə varmaq iqtidarında deyillər və onlar işğalçıdırlar. Ədalətli yolla torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qurşanaraq, qeyd edirik ki, dinc yol kömək etməsə, hərbi vasitə ilə torpaqlarımızı geri qaytaracağıq. Ona görə də, hesab edirəm ki, indiki məqamda bu cür bəyanatlar əsasən iki məqsəd üçün hesablanıb. Birincisi, cavab reaksiyası nümayiş etdirir, ikincisi, müəyyən xof yaratmaq məqsədi güdür. Təbii ki, bunun heç bir əhəmiyyəti yoxdur. Onsuz da Ermənistan tərəfi başlanğıcda qeyri-konstruktiv mövqe nümayiş etdirib. Müəyyən məqamlarda bu cür əsassız bəyanatlarla çıxış edirlər. Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycan torpaqlarını hərbi qüvvələr vasitəsilə azad etmək imkanı var. Azərbaycanın güclü iqtisadiyyatı var. Buna uyğun olaraq, Azərbaycanın güclü ordusu formalaşmışdır, hərbi potensialı ən yüksək səviyyədədir. Bu gün Sarksiyanın və Ohanyanın dilindən analoji ifadələrin, hədə-qorxu məntiqi daşıyan bəyanatların səsləndirilməsinin əsası yoxdur. Bu gün Ermənistan öz ordusunu şəxsi heyətlə təmin etmək gücündə deyil. Yəni, bu cür bəyanatları səsləndirən zaman onlar hansı məntiqə əsaslanırlar, onu özləri də bilmir.
- Sarksiyan bəyanatında bildirib ki, erməni əsgərləri elə səngərlərdə böyüyüblər...
- Çox gülünc bəyanatlardır. Birincisi, ordu canlı qüvvə, şəxsi heyətdir. Bu gün şəxsi heyəti təmin etmək mümkün deyilsə, hansı səngərdə böyüyən əsgərdən danışır? Axı, bu gün həmin əsgəri tapıb səngərə gətirə bilmir. Bu gün Ermənistan demoqrafik böhran vəziyyətindədir. Bu yaxınlarda, hətta müdafiə nazirliyinin qərarı ilə məsələ qoyulub ki, ali təhsil alan gənclər də orduya cəlb olusun. Yəni, onların bu iki bəyanatı bir-birini təkzib edir, paradoks yaradır. Bir yandan deyir ki, şəxsi heyətimizi təmin edə bilmirik, əsgərlərin sıralarını doldura bilmirik. Digər tərəfdən isə, deyir ki, əsgərlərimiz səngərlərdə böyüyüb. Əlbəttə ki, bu əsassızdır.
- İlk dəfə olaraq, Avropa Birliyi Ermənistanı işğalçı dövlət adlandıraraq, işğal edilmiş torpaqlardan ordusunu çıxarmağa çağırıb. Sərt mövqe AB-ni gələcəkdə əməli addımlar atmağa sövq edə bilərmi?
- Nəzərinizə çatdırım ki, bu gün Azərbaycanın maraqlarına cavab verən addımlar nadir hallarda atılır. Sevindirici haldır ki, bu cür addımların şahidi oluruq. Hər şeydən öncə, qeyd etmək istəyirəm ki, bu, Azərbaycan diplomatiyasının qələbəsidir. Belə bir nəticənin əldə olunması, belə bir nəticələrə gəlmək üçün Azərbaycan tərəfi uzun zamandır ki, diplomatik cəhdlər edir. Biz hər zaman ermənilərin işğalçılıq siyasətinin mahiyyətini, çılpaqlığını Avropa ictimaiyyətinə çatdırmağa çalışmışıq. Bu istiqamətdə Azərbaycanın diplomatik korpusu kifayət qədər ciddi işlər aparmışdır. Bu, artıq ondan xəbər verir ki, Azərbaycan diplomatik qələbə çalmaqdadır. Bu qələbənin davamı olaraq, beynəlxalq güc mərkəzləri Ermənistana təzyiqlərini daha da artıracaqlar. Münaqişənin tənzimlənməsi istiqamətində qazanılan uğurlar, erməniləri konkret konstruktiv addımlar atmağa vadar edəcəkdir. Çünki erməniləri məcbur etmək daha doğru yoldur.
- Elşad müəllim, Avropa Birliyi timsalında digər beynəlxalq təşkilatlar və hansısa xarici ölkələr analoji addımlar atmaqla, qətnamə qəbul edə bilərlərmi?
- Bu istiqamətdə analoji addımlar silsilə xarakter alacaq. Bir məsəl var, yalan ayaq tutar, ancaq yeriməz. Ermənistanın maskası artıq çoxdan yırtılıb. Sadəcə olaraq, bəzi maraqlar var ki, həmin maraqların xatirinə ikili standartlar nümayiş etdirilir. Çox şükürlər olsun ki, bu gün Azərbaycan tərəfinin iqtisadi qüdrəti, cəmiyyətdəki siyasi dayanaqlıq, sabitlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul etmək üçün şərait yaradır. Ona görə də, hesab edirəm ki, Azərbaycan tərəfi daha ciddi, etibarlı tərəfdaş kimi qəbul olunacaq. Əlbəttə ki, Azərbaycanın ədalətli mövqeyi dəstəklənəcək. Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi Ermənistanın işğalçılıq siyasətinin pislənməsi deməkdir. Yəni, bunlar bir-biri ilə vəhdət təşkil edən məsələlərdir. Buraya o prizmadan yanaşın ki, bu gün Azərbaycanın haqq səsi eşidilir. Azərbaycanın haqq səsinin eşidilməsi, ədalətli mövqeyinin dərk edilməsi, qəbul edilməsi, sözsüz ki, mexaniki olaraq, Ermənistanın işğalçı sifətini və simasını üzə çıxarır.
- Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə əksər beynəlxalq təşkilatlar və dünya ölkələri sərt mövqe sərgilədilər. Bütün bunların fonunda Ermənistanın dünya birliyinə dirəniş göstərməsi uzun çəkə bilərmi?
- Həqiqətən də, qondarma Dağlıq Qarabağ Respublikasında dünya icimaiyyəti tərəfindən birmənalı qarşılanmayan seçkilər keçirildi. Sevindirici haldır ki, hər bir ölkə məsələyə konkret şəkildə mənfi münasibətini bildirdi. Artıq Ermənistanın hansı dirəniş nümayiş etdirməsindən asılı olmayaraq, dünya ictimaiyyəti bu seçkiləri qəbul etmir. Bunu da bəyan etdilər. Deməli, buradan belə bir məntiqi nəticə çıxır ki, bu Azərbaycanın ərazisi kimi qəbul olunur. Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Ona görə də, ermənilər saxtakarlıqlarını sona qədər davam etdirmək iqtidarında olmayacaqlar. Sözsüz ki, bu gün Dağlıq Qarabağ adında "respublika" heç bir ölkə tərəfindən siyasi subyekt kimi qəbul edilmir. Ona görə də orada keçirilən siyasi aksiyaların heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, ermənilərin özlərini aldatmaq üçün görüntü xarakterli aksiyalarıdır. Bunlar da dünya ictimaiyyəti tərəfindən qəbul olunmayacaq.

Digər xəbərlər