PDF Oxu

Müsahibə

  • 10

"Müxalifətin bir blokda seçkilərə qatılması inandırıcı görünmür"

"Müxalifətin bir blokda seçkilərə qatılması inandırıcı görünmür"
- Ənvər bəy, "Ümid" partiyasının müxalifət partiyaları tərəfindən sıxışdırıldığı müşahidə edilir. Bunun konkret səbəbini nə ilə izah etmək olar?
- Heç bir müxalifət partiyası "Ümid" partiyasını, nəinki sıxışdıra, hətta buna heç cəhd də göstərə bilməz.
- Onda Müsavatın sizin partiyadan əl çəkdiyini demək olarmı?
- Bizim Müsavatla heç bir problemimiz yoxdur.
- Amma Müsavat "QRUH"-un dağılmasında "Ümid"i günahlandırırdı.
- Müəyyən fikir ayrılığı mövcud idi. Həmin məsələlər artıq geridə qalıb. İndi "QRUH" da fəaliyyət göstərmir. Ancaq bu gün müxalifət düşərgəsində müxalif partiyaları birləşdirən elə bir blok yoxdur. Əgər hər hansı blokun yaranmamasında "Ümid" partiyasını günahlandırırlarsa, onda bizsiz blok yaratsınlar. Buna da nail ola bilməyəcəklər. Birlik yarada bilməmələrini "Ümid"in üzərinə yıxmasınlar. Burada başqa məsələləri araşdırmaq lazımdır.
- Müsavat qərargahında dördlərin keçirdiyi tədbirə "Ümid" partiyası qatılmadı.
- Dəvət olunmayan yerdə işimiz yoxdur. Bildiyimizə görə, onlar ortalığa konkret məsələ və ideya qoya bilməyiblər.
- "Ümid" partiyasının blok şəklində seçkilərə getməsi nə dərəcədə mümkündür?
- Bu, siyasi vəziyyətdən asılı olan bir məsələdir. Bugünkü prizmadan baxanda, müxalifətin bir blokda seçkilərə qatılması qeyri-mümkündür və inandırıcı görünmür. Müxalifət daxilində qarşılıqlı ittihamlar, bir-birinə qarşı təhqirlər daha da güclənir. Amma bir-iki aydan sonra başqa cür də ola bilər. Ona görə seçkilərə 2-3 ay qaldığından, konkret bir söz demək olmaz. Yenə deyirəm ki, bugünkü prizmadan baxanda mümkünsüz görünür.
ATƏT-in Bakı ofisinin sədr müavini Melisa Stoun Azərbaycan haqqında təhqiramiz fikirlər səsləndirib...
- Kimliyindən asılı olmayaraq, heç kəsin haqqı, hüququ yoxdur ki, nəinki milləti, xalqı, hətta hər hansı fərdin belə təhqir olunmasının əleyhinəyik.

Digər xəbərlər