"Vətən" tamaşası festival iştirakçılarına təqdim ediləcək
Bakı Uşaq Teatrı Türkiyənin Ərzurum Şəhər Gənclər və İdman İdarəsinin dəvəti ilə mayın 22-dən 27-dək bu şəhərdə keçirilən teatr festivalında iştirak edir. Teatrın kollektivi mayın 26-da İntiqam Soltanın rejissorluğu ilə hazırlanmış "Vətən" tamaşasını festival iştirakçılarına təqdim edəcəkdir. Tamaşada əsas rolları Ruslan Mürsəlov, Cavanşir Məhərrəmov və Rauf Hüseynov ifa edəcəklər.