PDF Oxu

Müsahibə

  • 11

Fərid Əliyev Opera və müzikl artistlərinin Beynəlxalq müsabiqəsində birinci yeri əldə edib

Fərid Əliyev Opera və müzikl artistlərinin Beynəlxalq müsabiqəsində birinci yeri əldə edib
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 100-cü mövsümünün ilk tamaşası olan Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının qəhrəmanı Əsgər bəy Fərid Əliyev, may ayının 18-də Yekaterinburqa SSRİ xalq artisti V.A.Kuroçkina adına gənc opera və müzikl artistlərinin Beynəlxalq müsabiqəsində iştirak etmiş və birinci yeri əldə etmişdir.
Teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarovanın lSəs" qəzetinə verdiyi məlumata istinadən solist-vokalist kimi öz imkanlarından geniş istifadə edən, gözəl aktyorluq qabilliyyətinə malik olan Fərid Əliyev 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. İşlədiyi müddət ərzində həm rus, həm də Azərbaycan bölmələrində tamaşaya qoyulan "Şən dul qadın" (F.Leqar), "Maritsa" (İ.Kalman), "Silva" (İ.Kalman), lÇılğın Qaskoniyalı" (Q.Qarayev), "Talelər qovuşanda" (R.Hacıyev, F.Zöhrabov), lVolqalı canan" (R.Mustafayev, C.Məmmədov), lAldın payını, çağır dayını" (V.Adıgözəlov, Anar), "O olmasın, bu olsun" (Ü.Hacıbəyli), "Arşın mal alan" kimi tamaşalarda əsas partiyaları ifa edərək yadda qalan obrazlar silsiləsi yaratmışdır.
İstedadlı gənc ifaçı Fərid Əliyevin Yekaterinburqa, bu mötəbər yarışmada etimadı doğruldaraq birinci mükafata layiq görülməsi hamımızı sevindirir, qəlbimizi fərəh hissi ilə doldurur. Teatrımızın solist-vokalisti Fərid Əliyevi təbrik edir, ona daha böyük uğurlar diləyirik.

Digər xəbərlər