PDF Oxu

Müsahibə

  • 10

Elşən Manafov: "Aksiyaları keçirməklə müxalifət Qərbin müəyyən dairələri qarşısında, sanki hansısa öhdəlikləri yerinə yetirirlər"

Elşən Manafov: "Aksiyaları keçirməklə müxalifət Qərbin müəyyən dairələri qarşısında, sanki hansısa öhdəlikləri yerinə yetirirlər"
- Elşən bəy, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarının pozulması və kütləvi aksiyaların keçirilməsinə məhdudiyyət qoyulması ilə bağlı hay-küy xarakterli bəyanatlar, donoslar ünvanlanır. Bu məsələ sizi narahat etmir ki?
- Təbii ki, müxalifətin radikal qanadının son vaxtlar təşkil etmək istədiyi mitinqlər ölkənin parlament seçkiləri ərəfəsində olması ilə bağlı amillərdən irəli gəlir. Çox təəssüf ki, müxalifət parlament seçkilərindən keçən son 5 il ərzində həmin müxalifətin fəaliyyəti özünü siyasi müstəvi üzərində büruzə vermədi. Düşünürəm ki, müxalifət düşərgəsində siyasi xaos var. Bu siyasi xaosun yaranması, bir çox hallarda, müxalifətin ölkənin siyasi sisteminə gətirmək istədiyi bir sıra Qərbin qəbul edə bilmədiyi standartlardan irəli gəlir.
- Radikal müxalifətin ortaya qeyri-konstruktiv mövqe qoymasının arxasında hansısa xarici maraqlı qüvvələrin dayandığını söyləmək olarmı?
- Heç şübhəsiz ki, son vaxtlar Azərbaycan-ABŞ münasibətlərində arzuolunmaz münasibət yaranmışdı. Azərbaycan iqtidarının məqsədyönümlü və düşünülmüş siyasəti nəticəsində həmin məqamlar aradan qaldırıldı. Amma məsələ burasındadır ki, ABŞ və Qərblə münasibətlərində Azərbaycan dövlətçiliyinin maraqlarına cavab verməyən bir sıra amillər ortaya çıxan kimi, nədənsə, həmin qərbyönümlü siyasi partiyalar kifayət qədər fəallaşır. Bu da Azərbaycanda müəyyən siyasi qüvvələrin bölgədə geosiyasi maraqları olan dövlətlərin dəyirmanına su tökmək istəyindən başqa bir şey deyil. Sanki həmin qüvvələr xaricdən idarə olunan qüvvələr təsirini bağışlayır. Ola bilər xaricdən olan hər hansı bir barmaq işarəsi nəticəsində bu qüvvələr dərhal fəallaşır. Amma həmin qüvvələrin fəallaşması, çox təəssüf ki, virtual xarakter daşıyır. Yəni, AXCP (i)-nin "Nərimanov" metrosunun yaxınlığında təşkil etdiyi aksiya heç də möhtəşəm aksiya deyildi, diqqəti cəlb etmədi. Bu, yalnız aksiya naminə keçirilən aksiyalardan biri idi. Sanki Qərbin müəyyən dairələri qarşısında öhdəliklər götürmüş siyasi partiyaların liderləri həmin aksiyaları keçirməklə guya ölkədə bəzi məqamları qabartmaq istəyirlər. Radikallar istənilən yerdə mitinq və aksiyalar keçirsə də, yenə onların arxasınca heç kim getməyəcək. Həmin qüvvələr istədikləri kontekstdə belə bu gün də meydanlara toplum çıxarda bilməyəcəklər. Bu da həm ölkədə siyasi münasibətlərdə yaranmış reallıqlardan irəli gəlir. Həm də, ilk növbədə, həmin siyasi müxalifətə seçicilərin mütləq əksəriyyətinin etimadsızlığından irəli gələn məsələdir.
- Partiya sədri olaraq müxalifətin müəyyən xarici dairələri ilə əlaqələrinin olduğunu, müəyyən mənada, aydınlıq gətirdiniz. Konkret olaraq, söhbət hansı dairələrdən gedə bilər?
- Belə fikir deyərdim ki, görünən kəndə bələdçi lazım deyil. Çox təəssüf ki, Azərbaycanın qərbyönümlü müxalifətini təmsil edən bir sıra şəxslər ölkə qəzetlərində bir-birinə, eləcə də, Lalə Hacıyevaya qarşı iradlar səsləndirdilər. Onlar L.Hacıyevanı "Madam" ləqəbli "KQB" agenti adlandırdılar. Onun mətbuata verdiyi açıqlamalarında gördüm ki, o da sağyönümlü müxalifətin konkret şəxslərini qərbyönümlü dövlətlərə işləməkdə ittiham edib.
- Müəyyən şou yaradan bəzi müxalifət partiyaları parlament seçkilərində, müstəqil olaraq, müəyyən siyasi məzəkələr qurmağa daha çox meyil göstərirlər. Bu anormallığı hansı detallarla əsaslandırmaq olar?
- Bu, ilk növbədə, əvvəlki seçkilərdə həmin partiyaların çox ciddi səyləri nəticəsində ərsəyə gəlmiş siyasi blokların parlament seçkiləri ilə bağlı qarşılarına qoyduqları məqsəd və vəzifələrə nail ola bilməməsindən irəli gəldi. Seçkilərin nəticələri açıqlandıqdan bir qədər sonra "Azadlıq" blokunda təmsil olunan siyasi partiyaların rəhbərləri bir-birini kəskin şəkildə ittiham etdilər. Belə məlum oldu ki, əslində, həmin siyasi blokların divarında çox ciddi çatlar var. Çox ciddi səylər həmin çatlar ört-basdır edilmişdi. Həmin çatlar ictimaiyyətin, iqtidarın, mətbuatın diqqətini cəlb etməsin. Amma seçkilər qurtardıqdan sonra həmin çatların nə qədər dərin olduğu özünü büruzə verdi. Nə qədər ki, siyasi blokların formalaşması və həmin blokların parlament seçkilərində iştirak etməsi ilə bağlı məsələlərə münasibətdə, həmin liderlərin mövqeləri dövlət maraqlarına deyil, özlərinin konnektur maraqlarına xidmət edəcək. Təbii ki, bu istiqamətdə həmin şəxslərin yaxın gələcəkdə hər hansı bir ciddi uğura imza atacaqlarına inanmıram.
- Bəs müxalifətin hər hansı bir seçki dairələrində vahid namizəd olaraq qatılması nə dərəcədə mümkündür?
- Qərbdəki partiyalar hansısa siyasi bloklarda iştirak edib, iqtidara qalib gəlməklə bağlı plan cızmırlar. Hər bir partiyanın özünün iqtisadi platforması, dəyərləri olur. Radikal müxalifəti düşündürən yalnız bir şeydir: nəyin bahasına olursa-olsun, parlamentə düşməkdir. Həmin şəxslərin marağı sırf konnektur maraqlardan irəli gəlir. Bu da təəssüf doğuran haldır.

Digər xəbərlər