PDF Oxu

Müsahibə

  • 8

"Müxalifətin birliyi və əməkdaşlığı "evcik-evcik" oynamağa bənzəyir"

"Müxalifətin birliyi və əməkdaşlığı "evcik-evcik" oynamağa bənzəyir"

- Əli bəy bir sıra keçmiş deputatların AMİP-ə cəlb edilməsi üçün onlara müəyyən vədlər verilməsi ilə bağlı məlumatlar yayılıb. Bunu necə şərh edərdiniz?
- Vədlər verilməyib. Sadəcə, təkliflər olunub.

- Bəzi müxalifət qəzetləri AMİP daxilində baş verən xırda olayları qlobal məsələ kimi qabardırlar...

- AMİP daxilində ciddi bir qarşıdurma yoxdur. Müəyyən məsələlərdə fikir ayrılıqları ola bilər. Bu da normaldır. O ki qaldı məsələlərin şişirdilməsinə, bu, yalnız paxıllıqdan, gözü götürməzlikdən, daxili nifrət hissindən və s. səbəblərdən ola bilər. Belə yazılara biz əhəmiyyət vermirik. Çünki işimiz dedi-qodulara vaxt ayırıb, münasibət bildirmək deyil.

- AXCP (i)-nin sədri, birmənalı şəkildə bəyan edir ki, "Ümid", ADP və digər partiyaların birgə blokunda AMİP-in iştirakını arzulamır...

- Düşmənçilik etdiyimiz siyasi qüvvə yoxdur. Nəzərinizə çatdırım ki, partiyamız lazım biləcəksə, bloklaşma və ya güc birliyi yaradacaq. Hər hansı bir bloklaşmada iştirakımıza gəldikdə, müxalifətin bir bəlası ondan ibarətdir ki, nəticə, görüş olmadan həmin şey haqqında danışırlar. Mümkün olmayan şeydən danışıb, özləri haqqında qeyri-ciddi imic formalaşdırırlar. Qarşılarına qoyduqları məqsəd və planların üzərinə heç bir nəticə əldə edə bilmirlər. Nəticəsi olmayan şeyi mətbuatın müzakirəsinə vermək həmin siyasətçilər üçün, sadəcə, bir şou mövzusudur.

- Müsavat, AXCP (i) və digər partiyalar birgə blok yaratmağa səy göstərirlər. Vaxtilə bir-birinə ittiham yağdıran həmin partiyaların hansısa güc mərkəzi yaratmaq istəkləri nə qədər inandırıcıdır?
- Sadaladığınız partiya liderlərinin, sıravi üzvləri arasında münasibətləri o qədər gərgindir ki, onların yenidən bir araya gəlməsi inandırıcı səslənmir. Dünən bir-birlərini sərt ittihamlarla suçlayan bu şəxslərin bir araya gəlməsi, sadəcə olaraq, ikrah hissi yaradır. Eyni zamanda, dərhal hiss edilir ki, bunların yaratdıqları birlik, əməkdaşlıq məsələsi sünidir. Bu dəqiqə imzalarının, verdikləri sözlərinin arxasında dayanan müxalifət partiyaları yoxdur. Bu, olmadığı halda, hər hansısa bloklaşma, ittifaq görüntüsü yaratmağın mənası yoxdur. Bu, sadəcə olaraq, "evcik-evcik" oynamağa bənzəyir.

- Sizin fikirlərinizdən belə qənaətə gəlmək olarmı ki, adıçəkilən partiyalar qeyri-ciddi siyasi xətt yürüdürlər?

- Bu, onların fəaliyyətlərinin nəticələridir. Bəzən çox gülüş doğuran iddialar ortaya qoyulur. Məsələn, müxalifətin konturları müəyyənləşməlidir, güc mərkəzi yaradılmalıdır və s. Doğrudan da, bütün bunlar onların dilindən qeyri-ciddi səslənir.

Digər xəbərlər