PDF Oxu

Müsahibə

  • 8

"Neftin qiymətinin artması ilə Azərbaycan 8 milyard dollar gəlir əldə edəcək"

"Neftin qiymətinin artması ilə Azərbaycan 8 milyard dollar gəlir əldə edəcək"
- Vüsal müəllim, neftin qiymətində artım müşahidə olunmaqdadır. Bu artım nə ilə əlaqədardır?
- Neftin qiymətinin armasının əsas səbəbi ABŞ-ın istehlakçı gözləntilərinin yaxşılaşmasıdır. Birincisi, istehlakçıların həm ABŞ iqtisadiyyatının bugünü, həm də gələcəyi ilə bağlı inam səviyyəsi yüksəlir. İkincisi, ABŞ-ın neft ehtiyatlarının azalması və ümumiyyətlə, ABŞ-ın neftə olan tələbatının artması ilə bağlıdır. Son rəqəmlər də onu göstərir ki, ABŞ-da neftə olan tələbat artır, Daha bir səbəb ondan ibarətdir ki, OPEK-in son toplantısında neftin hasilatı ilə bağlı kvota dəyişmədi, olduğu kimi qaldı. Hansı ki, gözlənilirdi ki, OPEK hasilatı artırsın. Artırılsaydı, bu qiymətlərə mənfi təsir göstərəcəkdir. Hasilatın olduğu səviyyədə qalmasının neftin qiymətinin yüksəlməsinə bilavasitə təkanverici rolunu oynadı. Məsələ odur ki, əvvələcədən BP 2010-cu ildə neftə olan tələbat gün ərzində 500 min barreldən 800 min barrelə qədər artacağını hesablamışdı. Bu dünya bazarında görünən odur ki, neftə olan tələbat artır və bu tələbatın artımı qarşısında, hələlik, əsas neft ixrac edən ölkələr-OPEK hasilatı artırmır. Belə olan halda, əlbəttə, qiymətlər yüksəlməyə doğru meyillənəcək. Bunun da Azərbaycan üçün çox böyük əhəmiyyəti olacaq.
- Neftin qiymətinin artımı dövlət büdcəsində kəskin dəyişikliyə səbəb ola bilərmi?
- Azərbaycanda neftin qiyməti dövlət büdcəsində hər barrel üçün 45 dollar götürülüb. İndiki halda qiymətlər 85 dollar ətrafındadır. Büdcədə nəzərdə tutulmuş qiymətdən təxminən 40 dollar çoxdur. Bununla bağlı hesablamalarımız var. Dünya bazarında neftin qiymətinin 1 barrel üçün 1 dollar bahalaşması Azərbaycanın ümumi neft gəlirini proqnozdan əlavə olaraq, illik 200 milyon dollar artırır. Neftin qiyməti 2010-cu ildə 85 dollar olması o deməkdir ki, Azərbaycan proqnozdan kənar 8 milyard dollar neft gəliri əldə edəcək. Bu da, onu göstərir ki, Milli Məclis tərəfindən dövlət büdcəsinə yenidən baxıla bilər. Büdcənin gəlir və xərc hissəsi artırıla bilər. O cümlədən, gözlənilən odur ki, əhaliyə verilən maaş, müavinat və pensiyaların artırılması ilə bağlı müəyyən işlər görülə bilər. Dondurulmuş investisiya layihələrinin indi yenidən işə düşməsinə başlanıla bilər. Eyni zamanda, Mərkəzi Bankın və Neft Fondunun ehitiyatlarının artması gözlənilir. Neftin qiymətinin artmasının bir müsbət tərəfi odur ki, Azərbaycan manatının devalvasiya olunması ilə bağlı ehtimallar aradan qalxır. Yəni bu, o deməkdir ki, bizim kifayət qədər valyuta ehtiyatlarımız var. Bu valyuta ehtiyatları imkan verir ki, manatın sabitliyini qoruyaq.
- Dünyada gedən iqtisadi maliyyə böhranına baxmayaraq, Azərbaycanda ÜDM 9,3 faiz təşkil edir...
- 2010-cu ildə Azərbaycan iqtisadi inkişaf tempini, nəinki qoruyacaq, hətta 2009-cu ilə nisbətən daha yüksək iqtisadi inkişafa nail olacaq. Çünki 2010-cu ildə bir tərəfdən neftin qiymətinin yüksəlməsi gətirib ona çıxarır ki, Azərbaycan daha çox neft hasil edəcək. Bilirsiniz ki, keçən il qiymətlər düşdüyünə görə neft hasilatı azaldılmışdı. Bu il Azərbaycanda daha çox neft hasili gözlənilir. Hətta 60 milyon ton ətrafında neftin hasilatı gözlənilir. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycanda qaz hasilatında bu il artım proqnozlaşdırılır və təxminən, 30 milyard kubmetrə qədər qaz hasilatı gözlənilir. Qeyri-neft sektoru ilə bağlı, onu demək istəyirəm ki, əgər neft gəlirləri artacaqsa, onda dövlət büdcəsi vasitəsilə neft gəlirlərinin qeyri-neft sektoru üzrə yenidən bölgüsü həyata keçiriləcək. Bu da, ona gətirəcək ki, Azərbaycanda yenidən məcburi tələb artacaq. Məcburi tələbin artması isə, ölkədə tikinti, maliyyə-bank sektorunun, sığorta şirkətlərinin, eləcə də real, xidmət sektorunun canlanmasına gətirib çıxaracaq. Onlar əvvəlkindən daha çox məhsul istehsal edəcəklər. Azərbaycanda, hətta 2010-cu ildə ikirəqəmli iqtisadi artım tempinə nail ola biləcəyik. Digər tərəfdən, Azərbaycanın Ticarət Palatasında müsbət saldo bu il daha da böyüyəcək. Çünki neft-qaz hasilatının təkcə artması yox, həm də qiymətinin yüksəlməsi gətirib ona çıxaracaq ki, Azərbaycanın ixracatı genişlənəcək. Nə qədər ixracat böyüyürsə, o qədər də ticarət saldosunun müsbət istiqamətdə irəliləməsini müşahidə edirik. Ölkədən kənarda kapital qoyuluşunun artması gözlənilir. Yəni, Azərbaycan beynəlxalq investisiya mövqeyini daha da gücləndirəcək. Azərbaycan kənarda kapital qoyuluşunu artıracaq. Manatın kursunun sabitliyi qorunacaq. Əhalinin real gəlirlərinin 2009-cu ilə nisbətən artımı proqnozlaşdırılır. Eyni zamanda, xaricdən Azərbaycana daxil olan transferlər, xüsusən də, Rusiyada yaşayan azərbaycanlıların göndərdiyi pulların həcmində 2010-cu ildə artması gözlənilir.

Digər xəbərlər