PDF Oxu

Müsahibə

  • 8

“Ümid" həll olunmuş məsələdir

“Ümid" həll olunmuş məsələdir
- Arif bəy, Müsavat partiyası parlament seçkilərinə necə hazırlaşır? Əvvəlki seçkilərdən fərqli olaraq, dəyişikliklər ediləcəyi gözlənilirmi?
- Təbii ki, müəyyən dəyişikliklərin edilməsi mümkündür. Müsavat partiyası seçkilərdə kifayət qədər təcrübə toplamış bir təşkilatdır. Partiyada seçki texnologiyası mövcuddur. Eyni zamanda, daimi fəaliyyət göstərən seçki demoqramenti vasitəsilə biz çalışacağıq ki, normal seçki kampaniyası təşkil edək.
- Amma blok yaradılmasına müəyyən cəhdlər göstərilib, fikirlər səsləndirilib. Bunun reallaşması nə dərəcədə mümkündür?
- Seçki blokunun yaradılması mövzusu daha çox yay aylarında seçki kampaniyası ərəfəsində aktuallaşacaq. İndi də müəyyən təkliflər, məsləhətləşmələr var. Ancaq hələlik, hər hansı blokun yaranması barədə fikir səsləndirmək tezdir.
- Bəs "KXCP" ilə və onun funsionerləri ilə görüş hansı məqsəd daşıyırdı?
- Ölkədəki siyasi vəziyyət, Qarabağda yaranmış situasiyanın təhlili, eyni zamanda, seçkiqabağı demokratik şəraitin yaranması istiqamətində fəaliyyətlərin uzlaşması mövzularında fikir mübadiləsi aparılır. İstisna deyil ki, gələcəkdə seçki blokunun yaradılması ilə bağlı məsələlər də müzakirə olunsun.
- "Ümid", ADP və "Azadlıq" blokunda təmsil olunan partiyalar artıq ilkin razılığa gəliblər. Hətta Sərdar Cəlaloğlu bəyan edib ki, həmin blokda Müsavat partiyasını görmək istəmir. Bunu, nə ilə izah etmək olar?
- Sərdar Cəlaloğlunun bəyanatları tamamilə xaotik mahiyyət daşıyır. O, bir neçə aydır ki, Müsavat partiyasını "Ümid"in, ALP-nin və digər təşkilatların iştirak etdiyi qurumlara cəlb etməyə çalışır. Digər tərəfdən isə, belə məsuliyyətsiz bəyanatlar verir. Yəni, Müsavtı qurumlarda görmək istəmədiyini bəyan edir. Ona görə də, hesab edirəm ki, bu cür məsuliyyətsiz mövqeləri şərh etməyə ehtiyac yoxdur. Əgər "Azadlıq" bloku, "Ümid" və ALP birgə seçki bloku yaradacaqlarsa, bu, onların daxili işidir. Amma onların da səmimiliyinə inanmıram.
- Gəlin razılaşaq ki, müxalifət düşərgəsində sakitliyi ilk olaraq İsa Qəmbər pozdu...
- Müsavat partiyası real və səmimi müxalifət qüvvələrinin bir araya gəlməsi üçün çalışıb. İstər AXCP (i), istərsə də "KXCP" ilə heç bir şərt irəli sürmədən ilkin müzakirələrə hazır olduğumuzu bəyan etmişdik. Təəssüf ki, qarşı tərəf, xüsusilə, AXCP (i) tərəfindən bizim təkliflərə mənfi cavab gəldi. Nəinki bu təkliflərə, hətta "DUİ"-nin irəli sürdüyü "Azadlıq" bloku-Müsavat-"DUİ"-nin birgə məsləhətləşmələr keçirməsi təklifi də AXCP (i) tərəfindən qəbul edilmədi. Bütövlükdə, müxalifət düşərgəsinə gəldikdə, hazırda bu düşərgə çox mürəkkəbdir. Ona görə də, bu cür qüvvələrlə Müsavatın bir yerdə olması qeyri-mümkündür.
- Düşünmək olarmı ki, AXCP (i)-nin həmin təklifi qəbul etməməsinin arxasında "Ümid" və ALP dayanır?
- Əgər doğrudan da, AXCP (i) "Ümid"in və ALP-nin mövqelərini nəzərə alaraq, Müsavatla müttəfiqlikdən imtina edirsə, bu, onun ciddi səhvidir. Düşünürəm ki, bunun müxalifət düşərgəsi üçün zərəri var. Ən böyük ziyan isə, AXCP (i)-nin özünə dəyəcək.
- Səhvlərin düzəlməsi heç vaxt gec deyil. Ola bilərmi ki, AXCP (i) bu səhvlərin düzəldilməsinə meyil göstərsin?
- Bu partiyanın mövqeyi haqqında öz subyektiv mövqelərimi açıqlayıram. Şübhəsiz ki, öz mövqelərini düzgün hesab edirlər. Hər halda, düşünürəm ki, AXCP (i) ADP, ALP və digər partiyalarla müttəfiqlik naminə müxtəlif bəhanələrlə, Müsavat partiyası ilə əməkdaşlıqdan imtina etməklə, böyük səhvə yol verdi. Ancaq hər halda, partiyanın rəhbərliyi də bu qərarların yekun qərar olmadığını bəyan edib. Qərarların dəyişilməsinin mümkünlüyünü bildiriblər. Ancaq bu məsələdə biz tək qalmaq niyyətində deyilik. Düzü, Müsavat partiyası təkbaşına da seçkilərdə iştirak edə bilər. Digər partiyalar özləri haqqında düşünməli və öz siyasətlərini korrektə etməlidirlər.
- Arif bəy, son hadisələrdən belə bir qənaətə gəlmək olarmı ki, ADP, ALP, "Ümid", AXCP (i) Müsavat partiyasını hədəfə alıb təkləməyə çalışırlar?
- Hər halda, bilirəm ki, istər ADP, istər "Ümid" partiyası, istərsə də digər partiyalar Müsavat partiyası ilə müttəfiq və onunla bir blokda olmaq istəyindədirlər. Keçirdikləri bütün tədbirlərdə Müsavatın iştirakını arzu edirlər. Ona görə də, onların Müsavatı təkləmək məqsədilə belə siyasi xətt yeritdiklərini demək düzgün olmazdı. Açığı deyim ki, "Ümid" partiyası bizim üçün həll olunmuş məsələdir. Həmin partiya ilə bizim yaxın zamanlarda müttəfiqliyimiz və əməkdaşlığımız qeyri-mümkündür. ADP-dən bizə məlum olmayan motivlər var. S.Cəlaloğlu bu prosesdə nə "Ümid"in, nə də ALP-nin iştirakının zəruri olduğunu bəyan edib. Ona görə də, konstruktiv olmayan mövqedir.

Digər xəbərlər