Musa Quliyev: “Sahibkarlar biznes mühitinin yaradılmasında çox ciddi amildir"
- Musa müəllim, Regionların Sosial- İqtisadi İnkişaf Proqramının qəbul edilməsindən sonra regionlarda yeni iş yerlərinin açılması, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk proqram ölkə Prezidenti İlham Əliyev tərəfindən 2004-cü ilin fevralın 11-də imzalandı. Bu proqramda Azərbaycanın yaxın illərdə, bütövlükdə, inkişafının əsas istiqamətləri müəyyənləşdirildi. Həmin proqram 2009-cu ilə qədər çox böyük uğurla həyata keçirildi və proqramın nəticələri də göz qabağındadır. Birinci növbədə, regionların inkişafı canlandı, infrastruktur yaradıldı. Yollar çəkildi, işıq, qaz, istilik və s. enerji daşıyıcıları ilə rayonların təminatı həyata keçirildi. Bir çox rayonlarda quruculuq-abadlıq işləri böyük vüsət aldı. Çox geniş şəkildə iş yerləri yaradılmağa başladı. Bu da Azərbaycanda həm demoqrafik, həm sosial-ictimai proseslərin inkişaf istiqamətinə yönəlməsini təmin etdi. Əhalinin yoxsulluq səviyyəsi, qısa müddət ərzində, 49 faizdən 11-ə qədər aşağı düşdü. Cənab Prezidentin 2003-cü ildə prezident seçkiləri ərəfəsi dediyi işsizliyin aradan qaldırılması, məşğulluğun təmin edilməsi ilə bağlı 600 min iş yeri açılacaqdır vədi tam artıqlaması ilə yerinə yetirildi. 2009-cu ilin sonuna olan məlumata görə, artıq respublikamızda 700 mindən çox iş yeri açılıb ki, onlardan da 600-minə yaxını daimi iş yerləridir. Əhalinin pul gəlirləri sürətlə artmağa başladı. Artıq Azərbaycanda orta aylıq əmək haqqı 2009-cu ilin sonunuda 300, orta aylıq pensiya isə, 100 manata gəlib çatdı. İşsizlik problemi,məşğulluğun təminatı, demək olar ki, həll olundu. Ən əsas məsələ o idi ki, bir çox müxalifətdə olan opponentlərimiz, Qərbdə müəyyən maraqlar güdən ekspertlər Azərbaycanı "Holland sindromu" gözləyəcəyini bildirirdilər. Neft tükənəcək və yaxud neftin qiymətinin aşağı düşəcək, Azərbaycan da güclü iqtisadi böhrana düçar olacaq. Bütün bunlar hamısı puç röya, xəyal kimi dağıldı. 2008-ci ilin ikinci yarısından başlayan və bütün ötən il ərzində davam edən, dünyanın bütün dövlətlərini sınağa çəkən, bir çox iri maliyyə iqtisadi maqnatlarını çökdürən, qlobal iqtisadi maliyyə böhranının Azərbaycana cüzi təsiri dəydi. Bütün bunlar ümumilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticəsi və təsdiqi idi. Eyni zamanda, cənab Prezidentin praqmatik, tam tarazlaşdarılmış, balanslaşdırılmış iqtisadi-siyasi xətti və güclü iradəsidir. Azərbaycan iqtisadiyyatının cənab Prezident tərəfindən vaxtında şəbəkələndirilməsinin nəticəsidir. Cənab Prezident 4-5 il bundan qabaq deyirdi ki, bizim əsas məqsədlərimizdən biri neft kapitalını insan kapitalına çevirməkdir. Neftdən gələn gəlirlərdən qeyri-neft sektorunu inkişaf etdirməkdir. Məhz qeyri-neft sektorunun ötən illərdə inkişafı üçün xüsusi bazanın yaradılması, neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşdüyü dövrdə də Azərbaycan iqtisadiyyatı tarazlaşdırılmış şəkildə inkişaf etdi. Bütün dünya böhran keçirdiyi halda, Azərbaycanda keçən il 9,3 faiz ümumi daxili məhsulun, əhalinin pul gəlirlərinin artması onu göstərir ki, Azərbaycanda siyasət düzgün qurulub, uğurla davam etdirilir və bu siyasət uzun illər ölkəmiz üçün uğur gətirə biləcək siyasətdir.
- Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində kənd təsərrüfatında, sənayedə, yeni istehsal və xidmət müəssisələrində, sosial infrastrukturun yaradılmasında görülən işlər barədə nə deyə bilərsiniz?
- Ölkə başçısının ötən gün regionların sosial-iqtisadi inkişaf proqramının birinci ilinin yekunlarına həsr olunmuş iclasında bu məsələyə, xüsusilə, toxunub. Kənd təsərrüfatının inkişaf etdirilməsi və əldə olunan nəticələrin artıq Azərbaycanın aqrar sektorda böyük uğuru kimi olmasını göstərdi. Artıq Azərbaycan bir sıra sahələrdə özünü, demək olar ki, tam təmin edir. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxal etməyinə ehtiyac qalmır. Məsələn, taxıl Azərbaycanda 3 milyon tona gəlib çatıb. Bu, çox böyük göstəricidir. Kartof, tərəvəz, bostan məhsulları, meyvə istehsalı və bütün bunlar hamısı Azərbaycanda kənd təsərrüfatının, kəndlinin nnkişaf etməsi, həmçinin, özünün məşğuliyyətini və dolanışığını tapmasını, eyni zamanda, urbanizasiya proseslərinin nizama düşməsinin təsdiqedici əlamətidir. Heç şübhəsiz ki, dövlətin bu aqrar sahəyə diqqəti və qayğısı həmişə vardır. Ölkə başçısı son müşavirədə dedi ki, torpaq vergisi istisna olmaqla, bütün bölgələrdə aqrar sektor azaddır. Aqrar sektorun inkişafı üçün müxtəlif istqiqamətli, aşağı faizli kreditlər ayrılır. Lizinq kampaniyaları vasitəsilə kənd təsərrüfatı texnikasının, cins mal-qaranın alınması, kənd yerlərində qoyunçuluğun, quşçuluğun inkişafı və son nəticədə artıq Azərbaycanın kəndinin, şəhərinin, bütünlükdə, ölkənin ərzaq məhsulları ilə təmin etməkdədir. Bu da, həm ölkənin potensialından düzgün istifadə etməklə, həm də iqtisadiyyatımızı inkişaf etdirməkdir. Eyni zamanda, bölgələrdə əhalinin məskunlaşmasını artırmaq, onların sosial rifahını artırmaq və s. çox ciddi səbəblərdir.
- Musa müəllim, cənab Prezident bəyan etdi ki, ötən müddət ərzində Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın həcmi 70 milyard dollar olub. Bu da sevindirici hal kimi dəyərləndirildi ki, qoyulan investisiyanın yarısı yerli sahibkarların payına düşür. Bunu Azərbaycanda biznes mühitinin normal olmasınada, sahibkarlığa göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirmək olar?
- Birinci növbədə, bu, dövlətin sahibkarlara qayğısının əyani bariz nümunəsidir. Əgər 1990-ci ilin əvvələrində dövlət başçısı, ayrı-ayrı nazirliklər səviyyəsində xarici şirkətlər, müxtəlif kapaniyalar, investorlar Azərbaycana dəvət edilirdi. Səbəb o idi ki, onlar Azərbaycana investisiya qoysunlar. Amma Azərbaycanda o vaxt üçün uğurlu nəticə gətirə biləcək biznes şəraitinin olmamasını əsas gətirərək, ölkəyə investisiya qoymurdular. Qoyanda da müəyyən ağır şərtlər əsasında qoyurdular. Amma son illərdə artıq Azərbaycanın özü investisiya qoyan bir dövlətə, ölkəyə çevirilib. Artıq Azərbaycanın iri şirkətləri var ki, özü başqa öləkələrdə investor kimi çıxış edir. Digər tərəfdən, qoyulan 70 milyard investisiyanın yarıdan çoxunun yerli investorlar tərəfindən qoyulması Azərbaycan sahibkarlarının imkanlarının genişlənməsinə, biznes mühitinin tam inkişafında həm maraqlı, həm də ki, dəyərli, bərabər imkanlı tərəf müqabilinə çevirilməsi çox ciddi bir amildir. Yəni, daxili bazarın artıq öz investisiyamız tərəfindən tənzimlənməsini şərtləndirən amillərdən birdir. Ölkə başçısı müşavirədə bir daha vurğuladı ki, bundan sonra da sahibkarlığa kömək Onun diqqəti mərkəzində olacaq. Sahibkarlığın inkişafı üçün mane ola biləcək hər hansı bir subyektiv amilin aradan qaldırılmasını qətiyyətlə tələb etdi. Bu tələb Nazirlər Kabineti və hökumət səviyyəsində konkret işə çevriləcək, sahibkarlıq və biznes mühiti inkişafında daha bir yeni bir mərhələnin, səhifənin açılmasının şahidi olacayıq.
- Dediniz ki, Prezident sahibkarlığa yersiz müdaxilənin qarşısının alınması istiqamətində göstərişlər verib. Bu metodu hansı vasitələrlə həyata keçirmək mümkün olacaq?
- Burada müxtəlif vasitələr var. Birinci növbədə, cənab Prezidentin çağırışı, sözü sahibkarlığın inkişafına əsası olmadan müdaxilə edən, sahibkardan qeyri-qanuni ödəmələr tələb edən və s. məmurlar üçün ciddi siqnal olmalıdır. İkinci növbədə, müvafiq orqanlar istər vergi, istər gömrük, istər mühafizə orqanları xətti ilə nəzarət artırılmalıdır. Digər tərəfdən, sahibkarların özləri artıq ictimailəşməlidir.