PDF Oxu

Müsahibə

  • 9

ABŞ təzyiq mexanizmlərini işə saldı, Türkiyəni reallaşdıracağı siyasətdən çəkindirməyə çalışır

ABŞ təzyiq mexanizmlərini işə saldı, Türkiyəni reallaşdıracağı siyasətdən çəkindirməyə çalışır

- ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı" məsələsinin qəbul edilməsi
- ABŞ-ın Türkiyəyə qarşı atmış olduğu bu addımı sırf məqsədli xarakter daşıyır. Son zamanlar, cərəyan edən proseslər də ABŞ-ı ciddi şəkildə narahat etməkədədir. Bu isə, Rusiya və Türkiyə arasında müəyyən bir yaxınlaşmanın olması ilə əlaqəlidir. Bundan başqa, Türkiyənin İsrailə sərt münasibəti də göz önündədir. Türkiyə ilə İran arasında əməkdaşlıq istiqamətində müəyyən bir dinamikliyin meydana gəlməsi də, ABŞ-ın narahatlığını bir qədər də artırmış olub. Bütün bunlar isə, ABŞ tərəfindən məlum addımın atılması ilə nəticələndi. Elə bu məqsədlə də, ABŞ müəyyən təzyiq mexanizmlərini işə salıb, Türkiyəni hazırda reallaşdırdığı siyasətdən çəkindirməyə çalışır. Məlumdur ki, Türkiyə ilə Rusiya və onun ardınca Türkiyə-İran arasında enerji sahəsində kifayət qədər ciddi razılaşmalar əldə edilmişdir. Bu isə, ABŞ-ın maraqlarına heç cür cavab vermir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, regionda gerçəkləşdirilməsi nəzərdə tutulan "NABUCCO" layihəsinin baş koordinatorlarından birincisi Türkiyədir. Türkiyənin Rusiya ilə enerji sahəsində əməkdaşlığa meyilli olması, bununla yanaşı, "NABUCCO" layihəsinin gerçəkləşməsində də müəyyən şübhələr yaradır. Bu gerçəkliklər fonunda isə, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı" məsələsinin gündəmə gətirilməsi konkret məqsədin və qərəzin mövcudluğundan xəbər verir.
Onu da qeyd edim ki, ABŞ bu məsələ ilə bağlı, 90 il öncə, Türkiyənin Anadolu bölgəsinə komissiya göndərmişdir. Məhz bu komissiyanın uzun müddət araşdırmalar apararaq, gəldiyi nəticə isə ondan ibarət olmuşdur ki, bu ərazilərdə soyqırım adında bir hadisə olmayıb. Bu gün isə, mübahisə predmeti olan məsələ araşdırılmadan, heç bir mütəxəssis qərarı olmadan, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində qondarma qərar çıxarılır. Bu isə, onu göstərir ki, ABŞ hazırda proseslərə sırf öz maraqları müstəvisində yanaşır. Eyni zamanda, burada heç bir erməni təəssübkeşliyi də mövcud deyil. Sadəcə olaraq, həmişə olduğu kimi, ermənilərdən bir alət kimi istifadə olunur. Bununla da, ABŞ, Türkiyəni və onun maraqlarına cavab verəcək tərzdə siyasət həyata keçirməyə məcbur edir. Eyni zamanda, bu məsələlərdə erməni lobbisinin fəaliyyətini daha çox önə çəkirlər. Amma nəzərə almaq lazımdır ki, bu gün Ermənistan dövləti kimi erməni lobbisi də ayrı-ayrı ölkələrin, xüsusilə, ABŞ və Rusiyanın əlində bir alətdir. Lazım gələndə, bu ölkələr öz maraqları naminə erməni lobbisindən istifadə edirlər. Məhz 1915-ci ilin aprel hadisələrində də Antanta blokunun əsas iştirakçılarından olan Böyük Britaniya erməni faktorunda məharətlə istifadə edirdi. İngilislər erməniləri hərtərəfli silahlandırmışdılar ki, onlar türk qoşunlarının arxasına keçib, orada çaxnaşmalar yaratsınlar. Həmin dövrlərdə də, ermənilərə qarşı hər hansı bir sərt tədbir görülübsə belə, bunu tamamilə başqa istiqamətə yönəltmək düzgün deyil. Sadəcə olaraq, 1915-ci ilin aprel ayının 24-də 2000 minə yaxın erməni həbs edilmişdi. Burada da, əsas məqsəd ondan ibarət idi ki, müharibə edən türk ordusunun arxasında heç bir çaxnaşma salınmasın. ABŞ-ın özü də bilir ki, heç bir "soyqırım" faktı ortada yoxdur. Bu, sadəcə olaraq, onların əllərində bir təzyiq mexanizmidir. Bir həqiqət isə, ondan ibarətdir ki, ABŞ-ın qondarma "erməni soyqırımı" məsələsini gündəmə gətirməyə heç bir haqqı yoxdur. Çünki müasir dövrdə kifayət qədər böyük qırğınlara rəvac verən ABŞ olub. Bu yaxınlarda ABŞ-ın İraqda həyata keçirdiyi ikinci döyüş əməliyyatları zamanı dinc əhaliyə qarşı həyata keçirilən qırğınlardan da bunu açıq şəkildə görmək olur. Ona görə də, ABŞ hökumətinin, son zamanlar, qondarma "erməni soyqırımı" məsələsinin gündəmə gətirilməsi nə erməni təəssübkeşliyi ilə, nə də ki, Türkiyə-erməni əlaqələri ilə bağlı deyil. Ümumiyyətlə, Ermənistan dövlətinin taleyi ABŞ üçün maraqlı deyil.

- Türkiyə-ABŞ münasibətlərinin bu proseslərin ardınca tənzimlənmə mexanizmini necə görürsünüz?

- Hazırda ABŞ-ın atacağı yeganə addım, qondarma "erməni soyqırımı" məsələsinin gündəmdən çıxarılmasıdır. Onu da bildirək ki, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində məsələnin qəbul edilməsi hələ "soyqırımı" faktının tanınması demək deyil. Çünki 1975-ci, 1984-cü ildə də eyni hadisələr baş verib. Hətta ABŞ nümayəndələr palatasında da bu məsələ qəbul edilib, ancaq senatorlar tərəfindən qəbul edilməyib. Ona görə də, bu məsələnin ABŞ-ın nümayəndələr palatasında gündəliyə çıxarılması gözlənilmir. Türkiyə- Rusiya, Türkiyə- İran yaxınlaşmanın olduğu bir zamanda, ABŞ bu cür addım atmaqla, Türkiyənin həmin ölkələrə daha da yaxınlaşmasını təmin etmiş olacaq. Bunu isə, ABŞ dərk etməmiş deyildir. ABŞ prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton da bu məsələləri ölkələrinin maraqlarına zidd məsələ adlandırıblar.

- Qondarma "soyqırımı" məsələsinin gündəmə gətirilməsi Rusiya-Türkiyə yaxınlaşmasına ABŞ-ın qısqanclıqla yanaşması ilə bağlı deyil ki?

- ABŞ-Türkiyə münasibətlərinin bu dərəcədə gərginləşməsini birmənalı şəkildə bununla əlaqələndirmək olmaz. Amma öz növbəsində, bu da təsirli bir amildir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ABŞ Ermənistana görə, böyük müttəfiqi olan Türkiyəyə qarşı bu cür addım atıb. Bunun arxasında, başqa ciddi səbəblər mövcuddur. Çünki Türkiyə bütün hallarda ABŞ üçün vacib ölkədir. Hazırda ABŞ-ın Əfqanıstanda, İraqda mövcud olmasında Türkiyə amlinin rolu çox böyükdür. Bunun qarşılığında isə, Ermənistanın ABŞ-a verə biləcək heç nəyi yoxdur. Çünki Ermənistan marionid bir ölkə olaraq, tam şəkildə Rusiyanın nəzarətindədir. Ona görə də, burada erməni məsələsindən çox, yaranmış olan reallıqlar əsas prinsip kimi götürülür. Burada əsas məqam isə, Türkiyənin son zamanlar ABŞ-ın yaxın Şərqdə olan maraqlarına təsir göstərəcək addımlar atmasıdır. Təbiidir ki, burada, ilk növbədə, Türkiyə-İsrail münasibətlərində son zamanlar yaranmış gərginliklər başlıca faktor kimi dəyərləndirilə bilər. Amma ABŞ-ın Türkiyəyə qarşı bu təzyiq mexanizmi elə də, səmərəli olmadı. Bu məsələ ilə bağlı ABŞ-Türkiyə münasibtlərinə də elə bir ciddi xələl gəlməyəcəkdir.

- ABŞ-ın qondarma "erməni soyqırımı" məsələsinə dövlət səviyyəsində dəstək verməsi Cənubi Qafqazda sözdə nüfuz müharibəsinin əməli işə keçməsi kimi qiymətləndirilə bilərmi?

- ABŞ bütün məsələləri göz altına alıb belə bir addım atırsa, bunun özü də bir yanlışlıqdır. Bu gün ABŞ-ın atacağı elə bir addım yoxdur ki, Ermənistan istiqamətini ona tərəf çevirə bilsin. Ola bilsin ki, sadə erməni vətəndaşları arasında ABŞ-a qarşı rəğbət yaransın. Amma Ermənistanda da anlayırlar ki, bu, onlar üçün atılan addım deyil. Bu, sırf ABŞ-ın maraqları naminə atılmış bir addımdır. Ermənistan birmənalı şəkildə Rusiyanın təsiri altındadır. Ermənilərə münasibətdə atılan bir addım onu Rusiyanın təsiri altından çıxaracaq gücündə deyil. Bunu ABŞ-ın özü də çox gözəl dərk edir. Cənubi Qafqazın isə Rusiyanın nüfuz dairəsində olması, sanki ABŞ tərəfindən qəbul edilməkdədir.

Digər xəbərlər