PDF Oxu

Müsahibə

  • 6

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya təşəbbüsü ələ alıb"

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya təşəbbüsü ələ alıb"
- Elşad müəllim, ABŞ Konqresi uydurma "erməni soyqırımı"nı tanıya bilərmi?
- Fikrimcə, ABŞ Konqresində "erməni soyqırımı"nın qəbul edilməsi real deyil. Bildiyiniz kimi, Birləşmiş Ştatlar artıq dəfələrlə Türkiyəyə eşitdiribdir ki, Ermənistanla artıq münasibətləri qaydasına qoysun və imzalanmış protokolun həyata keçirilməsi istiqamətində ciddi addımlar atsın. Ancaq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sözünə sadiqlik nümayiş etdirdi və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət bir addım atılmayınca, sərhədlərin açılmayacağını bildirdi. Nəticədə sərhədlərin açılması istiqamətində heç bir addım atılmadı. Ona görə də, hesab edirəm ki, konqresdə müzakirə ediləcək qondarma "erməni soyqırımı" məsələsi ABŞ tərəfindən Türkiyəyə bir təhdiddir. Yəni qardaş ölkəni hər hansı bir addım atmağa təhrik edirlər. Türkiyə Amerka Birləşmiş Ştatlarının regionda NATO xətti ilə ən etibarlı tərəfdaşıdır. Fikrimcə, ABŞ-la Türkiyə arasında münasibətlərin bu dərəcədə ziddiyyətləşməsinə gedilməyəcək. Ona görə də, bu, sadəcə olaraq, bir şantaj mexanizmdir və son nəticədə, bu, qəbul olunmayacaqdır. Mən bir məsləni də nəzərinizə çatdırmaq istəyirəm ki, ABŞ-ın dövlət katibi Hillari Klinton və ölkənin prezidenti Barak Obama Konqrensə bir mesaj ünvanmışdı ki, belə bir addım Türkiyə ilə ABŞ arasında münasibətlərdə gərginlik yaranacaqdır. Ona görə də, ABŞ Konqresi bu soyqırımı tanımayacaq.
- ABŞ ali qanunverici orqanı nə üçün Xocalı soyqırımının gündəmə gətirmir?
- Hesab edirəm ki, burada ikili yanaşma açıq şəkildə özünü göstərir və bu, birinci hal deyil. Yəni Ermənistan tərəfi dayanmadan və ardıcıl olaraq bu istiqamətdə mübarizə aparır. Fikrimcə, biz də bu mübarizəni daha mütəşəkkil etməliyik. Sözsüz ki, Azərbaycan hakimiyyəti tərəfindən bu istiqamətdə atılan addımları da danmaq olmaz. Bildiyimiz kimi, son zamanlar, xüsusilə də, Xocalının "tanıtım kampaniyası" həyata keçirilir, Heydər Əliyev Fondu tərəfindən və bu fondun xarici ölkələrdə nümayəndəlikləri, xüsusilə də, Leyla xanım Əliyevanın rəhbərliyi altında bu istiqamətdə titanik addımlar atılır və bu, çox təqdirəlayiq haldır.
- Bu il Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylər qaneedici olacaqmı?
- Hesab edirəm ki, ABŞ-ın təsirləri o qədər də olmayacaq. Çünki digər bir məqam və reallıq mövcuddur. Münaqişənin tənzimlənməsi prosesində Rusiya təşəbbüsü ələ keçirib və digər tərəflərin bu prosesdə yaxından iştirak etməsini istənilən vasitə ilə qabaqlayıb. RF bir növ bu münaqişə ilə bağlı bütün prosesləri inhisara almağa çalışır. Ona görə də, ABŞ-ın bu istiqamətdə elə bir böyük rolu yoxdur və yaxın gələcəkdə də elə bir rolu olmayacaq.
- ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədrinin dəyişiləcəyi gözlənilir. Bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərəcək?
- İstənilən şəxs Rusiyanın ümumi milli maraqlarına uyğun olan siyasəti dəstəkləyəcək və RF dövlət olaraq hansı mövqeyi tutacaqsa, aydın məsələdir ki, rusiyalı həmsədr də eyni mövzudan çıxış edəcəkdir.

Digər xəbərlər