PDF Oxu

Müsahibə

  • 13

Vurğun Əyyub: “İsa Qəmbər Müsavat başqanlığından gedəcək"

Vurğun Əyyub: “İsa Qəmbər Müsavat başqanlığından gedəcək"
- Vurğun bəy, Müsavat parlament seçkilərinə müstəqil, yoxsa blok şəklində iştirak etmək niyyətindədir?
- Müsavat partiyası müxalifətin qüvvələrinin birgə iştirakının tərəfdarıdır, bu istiqamətdə fəaliyyət göstərir və müttəfiqlərini də diqqətə yönəldir.
- Söhbət hansı müttəfiqlərdən gedir?
- Söhbət "KXCP", AXCP (i), "DUİ"-dən gedir.
- "VİP" və "ALP" ora daxil deyil?
- Bu məsələlər hələ ki, müzakirə obyektidir.
- Müsavat və "ALP" arasında olan qarşılıqlı ittihamlar həmin danışıqların nəticəsiz qalacağına deməyə əsas verə bilər?
- Müsavat partiyası heç kimin ünvanına ittiham səsləndirməyib. Bizə qarşı ittihamlar səsləndirilib və həmin ittiham səsləndirənlər də cavablarını alıb.
- İlk atəşi Müsavat başqanı İsa Qəmbərov açıb. Yəni İrana, Rusiyaya işləyənləri deməklə, müəyyən qədər sakitliyi pozmağa rəvac verdi...
- Əgər yiyəsi götürübsə, orada Müsavatın nə günahı var? Burada qarşılıqlı heç bir ittiham yoxdur. İsa Qəmbər xarici qüvvələrə işləyən qüvvələrin müxalifət adından çıxış etdiyin demişdi. Hər kəs də öz payını götürüb və özünün nə olduğunu aşkarlayıb.
- 20 il susan İ. Qəmbərov gözlənilmədən sakitliyi pozmasına qərar verdi. Bu, təəccüb doğurmadı ki?
- Xeyir. Çünki ölkədə müxalifət adından çıxış edən qüvvələrin bəzilərinin yaşı 3-4 ili o yana keçməyib. Ona görə də, bu danışıq absurddur. İllər keçib, siyasi qüvvələrin mahiyyəti, məqsədi açıqlanıb. Ona uyğun olaraq da mövqe bildirilib.
- Əvəz Temirxan Müsavata qarşı çox ciddi ittihamlar səsləndirib. Bu da cəmiyyətdə müəyyən qədər müzakirələrə çevirilib. Bu, sizi narahat etmir ki?
- Qətiyyən narahat etmir. Ə.Temirxanın da dediyi heç bir müzakirə mövzusu olmayıb. Çünki o, illər boyu bizə qarşı yalan və böhtanları təkrar edib.
- Onun iddiasına görə, guya Müsavat başqanı səfirlərlə görüşəndə, ilk öncə, Lalə Hacıyevanı tənqid etməklə başlayıb. Doğrudanmı belə bir fakt var?
- Bu, o qədər uydurmadır ki, ancaq psixoloji durumu pozulmuş adamlar bu cür şeylər danışar. O, ünvanına bir balaca tənqid görən kimi psixoloji müavizinətini itirir və dərhal ağzına nə gəldi ortaya tökür.
- Necə düşünürsünüz, İ.Qəmbərovun başqanlıqdan getməsi reallığa çevirilə bilərmi?
- O, Müsavat başqanlığından gedəcək. Amma siyasətdən yox.
- "Yeni Müsavat" qəzetinin yazdığına görə, Nəsib Nəsibli İsgəndər Həmidovun partiyasına sədr gedəcək. Bu, nə dərəcədə realdır?
- Bilmirəm, maraqlanmıram. Mən o qəzeti də oxumuram. 4 ilə yaxındır ki, həmin qəzetə də açıqlama vermirəm.

Digər xəbərlər