“Freedom House” təşkilatının fəaliyyəti onun qərəzsizliyini şübhə altına salır
- "Freedom House" təşkilatı "Dünyada azadlıq - 2009" üzrə illik məruzəsində Azərbaycanı azad olmayan dövlət adlandırıb. Lakin Ermənistanda azad sözlə bağlı vəziyyət analoji beynəlxalq təşkilatların çoxsaylı hesabatları üzrə olduqca pis qiymətləndirildiyi halda bu məruzədə Ermənistan "qismən azad" ölkələr kateqoriyasına aid edilib. Sizin fikrinizcə, "Freedom House" təşkilatının məruzəsini nə dərəcədə obyektiv hesab etmək olar?
- "Freedom House"nin qiymətləndirməsi - xaricdən sifarişlə işləyən bir qrup insanın subyektiv qiymətidir. Həbsxanalarda, sıralarına deputatlar, jurnalistlər və adi vətəndaşların daxil olduğu 2008-ci il mart hadisələri iştirakçılarının saxlanıldığı və onlarla diplomat işləmə imkanlarından məhrum edildiyi bir ölkənin bu şəkildə qiymətləndirməsini başqa cür adlandırmaq olmaz. "Freedom House" özünə bu cür qiymət qoyur və sadəcə olaraq maliyyə böhranında sağ qalmağa çalışır. Digər tərəfədən bu təşkilat Dağlıq Qarabağı mübahisəli ərazi adlandırır. Bu fakt da onun qərəzsizliyini tamamilə şübhə altına salır.
-Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq həyata keçirilən çoxsaylı tədbirlərə baxmayaraq belə fikrilər var ki, bir çox beynəlxalq təşkilatlar ölkəyə aşağı qiymət verir. Sizin fikrinizcə, beynəlxalq təşkilatların Azərbaycana qarşı bu cür ikili standartları nə ilə diktə olunub?
-Mən, bir çox beynəlxalq təşkilatların Azərbaycana aşağı qiymət verilməsi fikri ilə razılaşmıram. Əgər, Dünya Bankı və bir sıra müxtəlif beyin mərkəzləri kimi kifayət qədər aftoritet strukturların hesabatlarını vərəqləsək, biz Azərbaycanın regionda gücləndirilmiş təsir faktının təsdiqini müşahidə edərik. Bu həm siyasi həm də iqtisadi faktordur. Bu gün hamıya məlumdur ki, Azərbaycan inkişaf edir. Dövlət müstəqil kütləvi informasiya vasitələrinə və vətəndaş cəmiyyətlərinə dəstək verərək demokratiya sahəsində zəruri və mühüm addımlar atır. Bunlar sadəcə olaraq sözlər deyil, real faktlardır. KİV-in İnkişafına Dövlət Dəstəyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması buna parlaq nümunədir. Sosial-humanitar layihələr sahəsində 7 milyon araşdırma büdcəsi olan Elmin İnkişaf Fondundan tutmuş vətəndaş cəmiyyətinin inkişafını nəzərdə tutan qabaqlayıcı tədbirlərə kimi bir sıra tədbirlər həyata keçirilir. Dünya iqtisadi böhranına baxmayaraq iqtisadiyyat sahəsində inkişaf davam edir. Tikinti işləri isə ölkənin hər yerində aparılır və bu ondan xəbər verir ki, biz infrastrukturları inkişaf etdiririk. Bu gün
Ermənistanda cinayətkarlığın səviyyəsi 56,6 faiz artmışdır. Erməni ekspertlərin fikrinə görə Ermənistanın xarici borcları ÜİM-un 46 faizini təşkil edir. Ruzveldin dediyi kimi "Ehtiyac və azadlıq bir araya sığmaz". Buna görə də, təkrar edirəm ki, bəzi təşkilatlar öz şəxsi mənfəətpərəst maraqlarından çıxış edirlər. Təbii ki, heç kəs demir ki, ölkədə hər şeyə nail olunub, lakin bizi tənqid etməyə də dəyməz. Biz tənqidi zəruri hesab edirik, lakin tənqidlər həqiqətə uyğun olmalıdır. Xüsusilə vurğulayıram ki, Azərbaycan inkişaf edir və Ermənistan kimi tənəzzül etmir. Azərbaycan Prezidentinin həyata keçirdiyi hər bir təşəbbüs gələcək illər üçün nəzərdə tutulub və dövlətin, cəmiyyətin inkişafına xidmət edir. "Fredom House" Ermənistanda KİV-ə və vətəndaş cəmiyyətinə anoloji dəstəyi təsdiq edə bilərmi? Belə çıxır ki, Azərbaycan kütləvi informasiya vasitələrinin layihələrini dəstəkləyirsə, onların inkişafı üçün şərait yaradırsa, Ermənistanda olduğu kimi qəzet və telekanallara qadağa qoymursa, üstəlik vətəndaş cəmiyyətinin inkişafına, "üçüncü sektor"a yönəldilmiş addımlar atırsa, bu zaman biz "qeyri-azad" oluruq? Bu, konyuktir maraqlar tərəfindən müəyyən edilmiş cəfəngiyyatdır.
- Bu yaxılnlarda "Freedom House" öz saytında Azərbaycanın ərazi bütövlüyünün dünyanın bütün ölkələri, o cümlədən "Freedom House"nin fəaliyyət göstərdiyi ABŞ tərəfindən qəbul edilməsinə və eləcə də BMT-nin Baş Assambleyasının və digər beynəlxalq təşkilatların Qətnamələri ilə təsdiq edilməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağın Ermənistan və Azərbaycan arasında mübahisəli ərazi kimi göstərilidiyi xəritəsini yerləşdirmişdi. Bu ondan xəbər vermirmi ki, bu təşkilat Azərbaycanla kifayət qədər tanış deyil?
-Bu təşkilat ümumikldə regionla tanış deyil. Ermənistandakı siyasi və iqtisadi resessiyaları bilmir. Bu məruzə klientalistlər qrupunun şəxsi düşüncələrinin məhsuludur. Niyə bu təşkilat Xocalıda törədilən faciə haqqında susur, Erməni separatçılarının törətdikləri faktlardan danışmır. Azərbaycan ərazisinin 20%-nin işğal altında olduğunu görmür və buna göz yumur - bütün bunlar həmin sənədləri hazırlayan şəxslərin ödənilmiş maraqlarının sübutudur