Son 15 il ərzində Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan, uğurlar əldə etməkdədir. Müstəqil Azərbaycanın qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın söz sahibindən birinə çevirlib.
Hazırda ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə, şərəflə davam etdirən Prezident İlham Əliyev ölkəmizi hərbi, siyasi, iqtisadi qüdrətinə görə, regionun lider ölkəsinə çevrilib. Ümumiyyətlə, iqtisadi və siyasi baxımdan, hər il olduğu kimi, 2010-cu il də Azərbaycan üçün uğurlu oldu. Heç şübhəsiz ki, yeni 2010-cu il də Azərbaycan üçün uğurlu illərdən olacaq. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə müsahibəsində bunları bir daha təsdiq etdi.
- 2009-cu il Azərbaycanın siyasi həyatı üçün hansı hadisələrlə yadda qaldı?
- Ümumiyyətlə, 2009-cu il Azərbaycanın siyasi həyatında onunla yadda qaldı ki, Azərbaycanın əsas və həll olunmalı vacib olan problemi ərazi bütövlüyünün təmin edilməsidir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində böyük dinamiklik hiss olundu. Fikrimcə, bizim üçün əsas önəmli olan məsələ də budur. 2009-cu ildə 6 dəfə prezidentlər səviyəsində görüş keçirildi. Yəni bu heç bir ildə müşahidə olunmamış bir haldır. Ümumiyyətlə, 2009-cu ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində məhsuldar il hesab etmək olar. Bizim gözlədiyimiz nəticələr əlda olunmasa da, amma prezidentlərin intensiv görüşlərinin keçirilməsi və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu məsələyə daha ciddi yanaşması bu münaqişənin təmzimlənməsi istiqamətində müsbət addımlardır. Gələcəkdə münaqişənin həll olunması üçün ilkin bazadır. Bundan başqa, 2009-cu ilin sonlarında bir sıra xoşagəlməz hallar da baş vermişdir. Belə ki, ABŞ həm işğalçı ölkə olan Ermənistana, həm də işğal altında olan Dağlıq Qarabağa yardımlar etməsi münaqişənin həllinə mənfi təsir edən amillərdəndir. Ancaq ümumilikdə, 2009-cu il həm Azərbaycanın daxili siyasəti, həm də xarici siyasəti üçün uğurlu bir illərədən oldu. Yəni ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev, hər zaman olduğu kimi, ötən il də xalqımızın maraqlarına xidmət edən siyasət həyata keçirdi.
- Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xalqa təbrikində qeyd etdi ki, Azərbaycan, nəinki regionun, həmçinin, MDB-nin lider ölkəsidir. Lider ölkə olan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin bu il həlli gözlənilirmi?
- Prezidentimiz qeyd etdiyi kimi, Azərbaycanı, nəinki regionda, ümumiyyətlə, dünya ölkələri arasında inkişafına görə, əhəmiyyətli tempə malik olan ölkədir. Azərbaycanda adambaşına düşən gəlirlərin səviyəsinin artmasına görə, həqiqətən də, təkcə regionda deyil, dünyada seçilən bir ölkə sırasına yüksəlmişdir. Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişafına uyğun olaraq, hərbi potensialının yüksəlməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində mühüm rol oynayacaq. Əlbəttə ki, diplomatiyanın arxasında hərbi güc dayanırsa, böyük iqtisadi potensial dayanırsa, bu, onu göstərir ki, diplomatiyanın səmərəliliyi əhəmiyyətli dərəcədə çox olub. Bu baxımdan, hesab edirəm ki, 2009-cu ildə "Madrid" prinsipləri çərçivəsində mərhələli həll prinsiplərinə uyğun olaraq, bu münaqişənin tənzimlənməsi istiqamətində hər hansı bir nəticə əldə olunacaq. Çünki 2009-ci ildə etibarlı bünövrə qoyulmuşdur. İstər ATƏT-in Minsk Qrupunun həmsədr ölkərinin səyləri, istərsə də Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasəti çərçivəsində 2010-cu ildə müsbət nəticə olacaq. Çünki bir daha qeyd edirəm ki, 2009-cu ildə bu istiqamətdə olduqca böyük addımlar atılmışdır. Bundan başqa, 2009-cu ildə Türkiyənin baş naziri ilə ABŞ prezidenti Barak Obama arasında münaqişənin tənzimlənməsi istiqamətində addımların atılması ilə əlaqədar müzakirələr aparılıb. Bütün bu istiqamətdə həyata keçirilmiş addımlar, deməyə əsas verir ki, 2010-cu ildə münaqişənin tənzimlənməsi istiqamətində müsbət addımlar atıla biləcək.
- Rusiya ilə Gürcüstan arasında müəyyən yaxınlaşma hiss edilməkdədir. Bu, regionda münasibətlərin normallaşmasına təkan verə bilərmi?
- İki region ölkəsi arasında münasibətlərin normallaşması və qaydasına düşməsi, sözsüz ki, regiondakı ümumi siyasi, iqtisadi vəziyyətə əhəmiyyətli dərəcədə müsbət təsir edəcək. Eyni zamanda, Gürcüstanla Rusiya arasında münasibətlərin qurulması Azərbaycana da müsbət təsir göstərəcək. Bu, regionda siyasi sabitliyin yaranmasına da müsbət təsir göstərəcək. Düzdür, hələlik, iki ölkə arasında münasibətlər tam normal səviyyədə deyil. Ancaq qeyd etdiyim kimi, RF ilə Gürcüstan arasında münasibətlərin qurulması regionda siyasi sabitliyə səbəb olan amillərdən olacaq.
- 2010-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması gözlənilirmi?
- Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmayacaq. Hesab edirəm ki, bu fikirlərə ciddi yanaşmaq lazımdır. Belə hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan və bu münaqişənin tənzimlənməsi istiqamətində hər hansı bir nəticə əldə olunsa, iki ölkə arasında da sərhədlər açıla bilər.
GÜLYANƏ AĞAKƏRİMOVA,
ANAR MƏCİDZADƏ