- Məlum olduğu kimi, prezidentlərin növbəti görüşü keçiriləcək. Bu görüşdən sizin gözləntiləriniz nədir?
- Bildiyimiz kimi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin sayı kifayət qədər olub. İki prezidentin növbəti görüşü də keçiriləcək. Prinsip etibarilə intensivlik və kəmiyyət baxımından heç bir problem yoxdur. Burada məsələ ondadır ki, konkret olaraq, heç bir nəticə yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev noyabr ayının 17-də Bakının Binəqədi rayonundakı tədbir zamanı sözügedən məsələ ilə bağlı öz mövqeyinin bildirərək, qeyd etdi ki, bununla bağlı ortalıqda heç bir nəticə yoxdur. ATƏT-in Minsk Qrupunun sözügedən problemlə bağlı fəaliyyətinin heç bir nəticəsi indiyə kimi hasil olmayıb. Prezident İlham Əliyev bildirdi ki, bu məsələyə beynəlxalq birlik və maraqlı olan böyük güclər hələ də ikili standartlarla yanaşırlar. Əgər bu və ya digər ölkənin ərazisi işğala məruz qalıbsa və belə olan halda da ona dərhal reaksiya verir, siyasi- hərbi addımlar atırlar. Lakin bu məsələdə fərqli yanaşma nümayiş etdirirlər. Eyni zamanda, Prezident bir müsbət tendensiya kimi, onu qeyd etdi ki, indi artıq bütün rayonların işğaldan azad edilməsi ilə bağlı məsələ müzakirə olunur. Bunun özü müəyyən mənada irəliləyişin göstəricisidir. Amma bu danışıqların və aparılan söhbətlərin bir mühüm özəl cəhəti var ki, hər bir məsələ razılaşdırılmadan, heç bir iş görülmür. Yəni son nəticədə Dağlıq Qarabağın stadusu ilə bağlı məsələdə və digər məsələlərdə bütün məqamlar rzaılaşdırılmadan, həmin 7 rayonun azad edilməsi ilə bağlı məsələ də öz həllini tapa bilmir. Bu nöqteyi-nəzərdən, hazırkı durumda vəziyyət ondan ibarətdir ki, danışıqların aparılması ilə bağlı razılıq əldə edilib. Amma Azərbaycan Prezidenti qeyd edib ki, ermənilər əvvəllər razılaşdırılmış məsələləri yeni məsələ kimi təqdim edir. Bu da, danışıqlar prosesinin süni şəkildə uzadılması deməkdir. Belə vəziyyətdə Azərbaycan seçim qarşısında qalır. Ya sülh danışıqlarını davam etdirmək, ya da müharibə yolu ilə torpaqlarımızı geri qaytarmaq. Ölkə başçısı İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, hazırda respublikamız bütün parametrlər üzrə Ermənistanı üstələyib. İşğalçı ölkənin hazırda 1 milyon, 700 min nəfərdir. Ermənilər öz ölkələrini tərk edirlər. Həmçinin, işğalçı ölkə qlobal, regional layihərdən kənarda qaldıb, İran istisna olmaqla, digər ölkələrlə sərhədləri bağlıdır. Ermənistan iqtisadiyyatı iflic olub. Belə olan tədqirdə, zaman bizim xeyrimizə işləyir. Buna görə də, Azərbaycan tərəfi danışıqlar prosesini davam etdirmək niyyətindədir. Növbəti görüş də xeyli mürəkkəb olacaq.
- Tezliklə Qafqaz regionunda sülhün yaranacağı gözləniləndimi?
- Rusiya ilə Gürcüstan arasındakı münaqişə göstərdi ki, Qafqaz regionunda münaqişələrin dondurulmuş vəziyyətdə saxlanılması çox təhlükəlidir. İstənilən halda, bu münaqişə dondurulmuş vəziyyətdən çıxa bilər. Sözügedən proseslər isə arzuolunmaz ssenari ilə inkişaf edə bilər. Regionda qısa bir zamanda sülh və sabitliyin olması çox mürəkəb görünür. Çünki Rusiya ilə Gürcüstanın münasibətləri bu güni demək olar ki, yox səviyyəsindədir və daha çox düşmənçilik kimi xarakterizə oluna bilər. Eyni zamanda, Azərbaycan və Ermənistan münasibətlərinin də səviyyəsi bəlli məsələdir və bu münasibətlər düşmənçilik səviyyəsindədir. Bildiyiniz kimi, Azərbaycan Ermənistan işğalına məruz qalmış bir dövlətdir ki, ərazisinin bir hissəsi işğal olunub. Bununla bağlı burada öz həllini tapmayan və təhlükəsizliklə bağlı çoxsaylı problemlər mövcuddur. Belə olan tədqirdə, regionda tez bir zaman ərzində vəziyyətin dəyişəcəyi və stabiliyin, sülhün yaranacağına inanmaq bir qədər çətindir. Çünki burada Dağlıq Qarabağ məsələsi öz həllini tapmasa, heç bir halda, sülhdən və stabillikdən danışmağın mənası yoxdur. Amma indiki Ermənistan hökumətinin də bu problemin həlli istiqamətində nə isə ciddi bir addım atacağı görüntüsü də yoxdur. Mən, yuxarda qeyd etdiyim kimi, əvvələr razılaşdırılmış məqamları yenidən təqdim edir və bütövlükdə, sülh prosesi üçün yeni əngəllər yaratmış olur. Bütün bunların hamısını dedikdən sonra, bu qənaətə gəlmək olar ki, yaxın bir zamanda, regionda sabitliyin və problemlərin öz həllini tapacağına dair ümid bəsləmək bir az sadəlövhlük olardı.
- Türkiyənin baş naziri Ərdoğan dekabrda Vaşinqton edəcəyi səfər zamanı ABŞ prezidenti Barak Obamadan gələn ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsinin həllini tələb edəcək. Sizcə, doğurdanmı ABŞ administrasiyası bu münaqişəni gələn il həll edəcək?
- Belə bir məlumat yayılıb ki, Türkiyənin baş nazirinin ABŞ səfəri zamanı ABŞ hökuməti qarşısında qaldırdığı əsas məsələlərdən biri də rəsmi Vaşinqtonun Dağlıq Qarabağ probleminin həllində ciddi dəstəyinə nail olmaqdır. Ancaq burada məsələ ondadır ki, Birləşmiş Ştatlar, baxmayaraq ki, dəfələrlə bəyanat verib ki, onlar Dağlıq Qarabağ probleminin həll olunmasını istəyirlər və bunun üçün də öz səylərini artırırlar. Bildiyimiz kimi, oktyabr ayının 10-da Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması mərasimində ABŞ-ın göstərdiyi səylər, bir daha onu təsdiq elədi ki, Birləşmiş Ştatlar marağında olan məsələlərin həllində real addımlar atır. Əgər məsələnin tezliklə həllinə nail olmaq istəyirsə, bu halda ABŞ sözügedən real addımların müəlifi olur. Amma Dağlıq Qarabağ problemi ilə bağlı biz ABŞ-ın bəyanatlardan uzağa gedən real bir addımının, təəssüf ki, şahidi olmamışıq. Fikrimcə, indiki vəziyyətdə rəsimi Moskva daha az fəal və eyni zamanda, bu prosesdə daha ciddi təsir imkanları olan tərəf təsiri bağışlayır. Eyni zamanda, sanki, Vaşiqton da bununla barışıb. Yəni rəsimi Vaşinqton Rusiya ilə daha çox özünün təhlükəsizliyi ilə bağlı məsələləri - İranla bağlı məsələləri daha çox müzakirə edir, nəinki bizim Dağlıq Qarabağ məsələsini. Prinsip etibarı ilə ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Lakin bu maraqlılığın əmsalı çox kiçikdir. Yəni ABŞ maraqlı olduğu və ciddi marağı olduğu məsələlərdə göstərdiyi fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltmir. Onda belə çıxır ki, sözügedən problemin həlli Vaşinqton üçün vacib məsələlər sırasında deyil. Yəni ABŞ-ın Dağlıq Qarabağdan daha vacib problemləri var. Birləşmiş Ştatların regionla bağlı maraqları təmin edilib və Bakı-Tiblisi-Ceyhan və Bakı-Tblisi-Ərzurum qaz kəməri işləyir. Bu baxımdan, fikirimcə, rəsmi Vaşinqton müharibənin başlanmasını istəmir. Çünki müharibənin yenidən alovlanması ABŞ-ın dəstəklədiyi bu layihələr üçün böyük problemlər yarada bilər. Ona görə də, sülh və sabitlik vəziyyəti ABŞ-ın maraq dairəsindədir. Amma sözügedən problem onun elə maraq dairəsində deyildir ki, o problemin həlli ilə bağlı ciddi addımlar atsın.
- RF xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Xəzərin statusu ilə bağlı mövqedə yaxınlıq var. Siyasi ekspert kimi, necə düşünürsünüz, Xəzər dənizinin status məsələsi tezliklə həllini tapa bilərmi?
- Prinsip etibarı ilə bu məsələdə Azərbaycanın, Rusiyanın və Qazaxıstanın mövqeyi üst-üstə düşür. Yəni bu işdə anlaşılmazlıq yoxdur. Burada əsas məsələ İranla bağlıdır. Yəni İran (İİR) bu məsələdə indiyə kimi əks-mövqedən çıxış edir. İİR-in mövqeyi bundan ibarətdir ki, Xəzər beş Xəzəryanı dövlət arasında 20 faiz ninbətində bərabər bölünsün. Türkmənistan da son zamanlar Xəzərin həlli ilə bağlı orta xətt prinsipini dəstəkləsə də, onun yeni ratifkasiyasını tələb edir. Hesab edir ki, bu problemi köhnə metodlarından imtina etmək və yeni metologiya ilə həyata keçirmək istəyir. Belə ki, bu variantda da, bildiyimiz kimi, özlərinin hesab etdikləri əraziyə bizim "Kəpəz" yatağı düşür. Ona görə də, indiki halda, mövqelər müxtəlifdir və belə olan halda da bu problemin yaxın zamanlarda həllini gözləmək inandırıcı olmazdı. Ən azı 1994-cü ildən indiyə kimi, İranın mövqeyində heç bir dəyişilik yoxdur. Əgər burada dəyişiklik yoxdursa, onda qısa bir zaman içərisində bir möcüzənin də olacağına inanmaq sadəlövhlük olardı. Hər halda İran daha çox iqtisadi məsələyə görə bu problemi qaldırmayıb. İranın çox geniş qaz və neft ehtiyatları var. Bu baxımdan, Xəzərin vahid tərkib hissələrinə bölünməsinin İran üçün xüsusi əhəmiyyəti yoxdur. Bu məsələnin kökündə o dayanır ki, İran istəmir ki, Xəzərdə Xəzərdənkənar dövlətlərin gəmiləri üzsün. Burada xüsusilə də, söhbət ABŞ-dan gedir ki, həmin dövlətin Xəzərdə hərbi gəmisi olmasın. Bu nöqteyi-nəzərdən də, Xəzərin status problemini saxlanılması İran üçün vacibdir. Buna görə də, İran bütün mümkünü vasitələrdən istifadə edir ki, sözügedən problem öz həllini tapmasın. İndi problemin təsir imkanları nə vaxta qədər uzanacağını məndən soruşsanız, deyərdim ki, nə vaxt Türkmənistanın mövqeyi Azərbaycanın, Qazaxıstanın və Rusiyanın mövqeyi ilə eyni olacaqsa həmin gün İran təklənmiş vəziyyətdə qaldığından, onun mövqeyi daha da yumuşalacaq. İndi isə, hələlik, həmin o tandem var. Buna görə də, hələ ki, sözügedən problemin həlli baş tutmur.