PDF Oxu

Müsahibə

  • 8

Bakıda Avropa Şurası qadınları və kişiləri arasında bərabərlik üzrə Beynəlxalq Nazirlər Konfransı keçiriləcək

Bakıda Avropa Şurası qadınları və kişiləri arasında bərabərlik üzrə Beynəlxalq Nazirlər Konfransı keçiriləcək
- Bütün beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası və Avropa Birliyinin hər ölkə ilə olduğu kimi, Azərbaycanla da bağlı rəsmi mövqeyi var. Ümumi olaraq götürsək, hər iki beynəlxalq təşkilata üzv ölkələrin Azərbaycanla bağlı mövqeləri hansı yöndədi, Azərbaycanla əməkdaşlığa və əlaqələrin genişləndirilməsinə necə baxırlar?
- İlk öncə qeyd etməliyəm ki, Avropa İttifaqına daxil olan dövlətlərin hamısı, eyni zamanda Avropa Şurasının da üzvləridir. Azərbaycan Konstitusiyasının 7-ci maddəsində də qeyd edildiyi kimi, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Demokratiya yolunu seçmiş Azərbaycan qərb dövlətlərinin bu istiqamətində olan təcrübələrindən istifadə edir. Avropa Şurası ilə bütün Avropa dövlətlərinin demokratiya, insan hüquqları və qanunu aliliyi bayrağı altında birləşdirən mötəbər kürsülərdə səslənir, respublikamızın mövqeyi ilə hesablaşırlar və hətta bəzi məsələlərdə ölkəmizin mövqeyinə xüsusi diqqət yetirilir. Bir kiçik məqamı qeyd etməyim yerinə düşər.
Bildiyiniz kimi, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi müddətində, cari ilin 9-10 noyabr tarixlərində Sloveniyanın prezidenti, cənab Danilo Türkün məhz Azərbaycana səfər etməsi, bir daha həm Sloveniyanın fərdi olaraq Azərbaycana və həmdə ümumilikdə 47 dövləti özündə birləşdirən Avropa Şurası (AŞ) Azərbaycana verdiyi önəmin göstəricisidir.
- Avropa Şurası Türkiyə-Ermənistan arasında imzalanan Protokolları necə qiymətləndirir və bunun Azərbaycan-AŞ münasibətlərinə təsiri necədir?
- Bildiyiniz kimi, bütün beynəlxalq təşkilatlar kimi Avropa Şurası da ona üzv dövlətlər arasında mövcud olan bu və ya digər münaqişənin yalnız sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Ermənistanın illər boyu tutduğu qeyri-konunstuktiv mövqe səbəbindən Türkiyə ilə yaranmış münasibətlərin bir qədər yumşalmasına qiymət Avropa Şurası tərəfindən verilən bəyanatlarda açıq aydın bildirilib.
Azərbaycan xarici əlaqələrdə daim ədalətli və konustruktiv mövqe göstərir. Məhz bu məsələdə də Respublikamızın rəğbətini bir daha artırıb.
- Avropa Şurasının qanunlarına zidd olmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı öz işğalçı mövqeyini hələ də davam etdirir. Üzv dövlətlərdən birinin digərinin ərazisini işğal etməsinin heç bir əsası olmadığı halda, AŞ bu məsələylə bağlı konkret olaraq tədbir görməyib. Buna necə baxırsınız?
- Bildiyiniz kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilir. Yuxarıda da qeyd etdiyim kimi, Avropa Şurasının əsas məqsədi üzv dövlətlərdə yalnız insan hüquqları, demokratiya və qanunu aliliyi məsələləri təmin olunmasından ibarət olduğu üçün onun mandatı da bununla məhdudlaşır. Lakin, buna baxmayaraq, görüşlərdə bu məsələni prioritet kimi daim gündəmdə saxlaması, eyni zamanda, diplomatik səviyyədə bu məsələnin ikitərəfli və çoxtərəfli görüşlərdə daim qaldırılması, bizim tərəfimizdən AŞ-nın bütün səviyyələrdə aktiv təbliğat işinin aparılması nəticəsində, AŞ-da Azərbaycanın mənafelərinə cavab verən bir çox vacib sənədlərin qəbul olunmasına nail olunub.
Buna misal olaraq, Nazirlər Komitəsinin müvafiq bəyanatları, Avropa Şurası Parlament Assambleyası (AŞPA) nümayəndə heyətimizin aktiv fəaliyyəti nəticəsində AŞPA-nin 1416 saylı Qətnaməsi və 1690 saylı Tövsiyyəsinin qəbulunu qeyd etmək olar.
Qeyd olunan sənədlərdə Ermənistanın işğalçı siyasəti qeyd olunub və bu sənədlər gələcəkdə münaqişənin həllində hüquqi baza kimi də qəbul etmək olar.
- İyun ayında qondarma "Dağlıq Qarabağ Respublikasında" prezident seçkiləri olub və bununla bağlı beynəlxalq ictimaiyyətdə yetərli qədər məlumat var. Biz bunu erməni lobbisinin beynəlxalq təşkilatlarda təsirinin hiss edilməsiylə əlaqələndirə bilərikmi?
- Bir daha qeyd etmək istərdim ki, Avropa Şurası münaqişələrin həlli üçün səlahiyyətli qurum deyil. Yalnız, münaqişədən zərər çəkmişlərin insan hüquqları və hümanitar vəziyyətini monitorinq etmə imkanı var. Sizin verdiyiniz sualda Azərbaycanla Ermənistanın bir sırada sadalanmasının mən qətiyyən əlehinəyəm. Belə ki, Azərbaycanda 2008-ci ildə keçirilən prezident seçkiləri bir çox dövlətlərə örnək kimi qəbul edilməlidir. Bu təkcə mənim sözüm deyil, bu AŞ və digər beynəlxalq təşkilatların da mövqeyidir.
Qısa bir müddətdə seçkilər kimi həssas və qəliz məsələdə belə bir təkamülün əldə edilməsi təqdirəlayiq bir hal kimi qeyd edilməlidir. Əlbəttə, çatışmazlıqlar Azərbaycanda olduğu kimi, bir sıra inkişaf etmiş dövlətlərdə də müşahidə edilir və bu AŞ keçmiş Baş Katibi, cənab Terri Devisin şəxsən Prezident İlham Əliyev cənablarına ünvanladığı təbrik məktubu və AŞ İnsan Hüquqları üzrə Komissarı Tomas Hammaberqin təbriki AŞ-nın Azərbaycanda keçirilən ədalətli və şəffaf seçkilərə verdikləri qiymətin göstəricisidir.
Qeyd etməliyəm ki, son seçkilər Azərbaycan tarixində ən ədalətli və şəffaf keçirilmiş seçkilər kimi AŞ-da qəbul edilib. O ki qaldı Ermənistanda keçirilən seçkilərə, mart ayında mitinqlər zamanı onlarla narazı insanın hökumət tərəfindən qətlə yetirilməsi, içərisində parlament üzvləri və Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələri olan yüzlərlə insanın həbs edilməsi, televiziya kanalı və bəzi qəzetlərin bağlanması, mətbuat nümayəndələrinin təqibi, senzuranın tədbiqi və bu kimi neqativ sonluqla nəticələnmiş seçkilər AŞ-da çox böyük təəccüb, hətta ikrah hissi ilə qarşılanıb. Bu hadisələrə, bəlkə də ermənistan uzun illər AŞ tərəfindən öyrəndiyi yumşaq mövqeyilə qarşılaşacağını ümüd etsə də, belə olmadı. Belə ki, Ermənistana qarşı AŞ rəhbərliyi, AŞ Nazirlər Komitəsi, AŞPA, AŞ İnsan Hüquqları üzrə Komissarı tərəfindən ən kəskin tənqidlər, bəyanatlar və xəbərdarlıqlar edilərək ölkədəki bu totalitar rejimin aradan qaldırılmağacağı təqdirdə Ermənistanın təşkilatdan çıxarılacağı bildirilib. Məhz, belə ağır təzyiqləri hiss edən Ermənistan rəhbərliyi əsasız olaraq həbs edilmiş insanları bir-birinin ardınca azadlığa buraxmış, mətbuatda təqiblərə son qoyulub. Lakin, AŞ-nın Ermənistana təzyiqi bununla bitməyib, bu ölkədə hələdə AŞPA, Aqo Qrupu, İnsan Hüquqları üzrə Komissar və AŞ-nın digər qurumları tərəfindən ümumi monitorinq edilməsi ilə yanaşı, ötən il mart hadisələri zamanı törədilən cinayətlərə dair də AŞPA-nin yeni monitorinqindədir.
Yəni bu baxımdan, AŞ Ermənistandakı hadisələrə qarşı cavabsız qalmayıb və öz tarixində bəlkə də ən kəskin mövqeyi göstərib.
- AŞPA-nın Qış sessiyasında Azərbaycanla bağlı hansı məsələlərin müzakirə olunması gözlənilir?
- Son illər Azərbaycanda demokratiya, insan hüquqları və qanunun aliliyi sahəsində böyük islahatlar aparılıb. Düşünürəm, siz də müşahidə edirsiniz ki, son zamanlar AŞ Azərbaycana münasibətdə yalnız müsbət mövqedən yanaşır. Yeni layihələrin yerinə yetirilməsi, birgə proqramların həyata keçirilməsi, ötən ilin dekabrında Bakıda keçirilən Avropa Mədəniyyət Nazirlərinin konfransı, gələn ilin may ayında Bakıda keçirilməsi nəzərdə tutulan AŞ qadınları və kişiləri arasında bərabərlik üzrə Nazirlər Konfransı və s. AŞ-da respublikamıza müsbət yanaşmanı əks etdirir.
Bu müstəvidə o ki qaldı, AŞPA-nin Qış Sessiyasında Azərbaycanla bağlı məsələnin müzakirə olunub-olunmamasına, AŞPA-nin Qış Sessiyasının gündəliyinə Azərbaycanla bağlı hələ ki, heç bir məsələ salınmayıb.
- Avropadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərini necə qiymətləndirirsiniz?
- Xaricdə yaşayan Azərbaycanlılar ildən-ilə daha da mütəşəkkilləşir, diasporumuz daha da güclənir. Biz öz fəaliyyətimizdə bunu hiss edirik. Bu isə Prezidentimiz İlham Əliyev cənablarının xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət, diaspora fəaliyyətinə xüsusi önəmi kimi qiymətləndirirəm. Bizim fəaliyyət göstərdiyimiz Fransanın Strasburq şəhərinə, hər il dövlət xətti ilə onlarla azərbaycanlı tələbələr gəlir, biz onları da müxtəlif toplantılara, mədəni və təbliğat tədbirlərinə cəlb edir, tələbələrə dövlət qayğısı altında olmalarını hiss etdirməklə yanaşı, respublikamızın mənafeyi üçün çalışmağa təşviq edirik.
- Fransanın prezidenti Nikola Sarkozi "erməni soyqırımı"nı dəstəkləməsi ilə və Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxması ilə tanınır. Ümumiyyətlə, N.Sarkozinin prezident seçilməsi Azərbaycan-Fransa, Fransa-Türkiyə əlaqələrinə necə təsir göstərir?
- Fransa həm Avropa İttifaqı və həm də ABŞ-da böyük nüfuza malik bir dövlətdir. Yaddan çıxartmaq da lazım deyil ki, o eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun üzvüdür.
Qeyd olunan məqamlar var, lakin, biz diplomatlar və eyni zamanda burada fəaliyyət göstərən diaspora nümayəndələrimiz öz səylərimizi birləşdirməklə məsələnin öz mənafelərimizə uyğun yönəltməyə çalışmalıyıq. Hazırda da bu istiqamətdə əməli işlər davam edir.
- Gələcək planlarınızla bağlı perspektivə hansı işlərin həyata keçirilməsi nəzərdə tutulub?
- Biz öz fəaliyyətimizin yuxarıda qeyd olunan bütün məqamları daim gündəmdə saxlamaq, AŞ-nın bütün struktur bölmələri ilə sıx əməkdaşlıq etmək, ikitərəfli səviyyədə münasibətləri daha da inkişaf etdirmək, Azərbaycanla AŞ arasında daha çox birgə layihələrin həyata keçirilməsi, respublikamızın təbliği istiqamətində işlərimizi davam etdirəcəyik.
Yeri gəlmişkən, nəzərinizə çatdırmaq istərdim ki, bu il Stransburqda Daimi Nümayəndəliyimiz tərəfindən tərtib edilən "Azerbaijan Diary" adlı təbliğat xarakterli təqvimli qeyd kitabçası nəşr ediləcək. "Azerbaijan Diary"nın tərtib olunmasının əsas məqsədi, ölkəmizin dünya arenasında imicinin artırılması, Azərbaycanın tarixi, mədəniyyəti və eləcə də Dağlıq Qarabağa dair maraqlarımıza uyğun məlumatların təbliğ edilməsidir. "Azerbaijan Diary"nin AŞ-nin yüksək vəzifəli şəxsləri, AŞ yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, Strasburq şəhərinin meri və digər yüksək vəzifəli şəxslərə təqdim olunması nəzərdə tutulub.
Bundan əlavə, cari ilin noyabr ayının 19-u tarixində Nurlan Növrəslinin iştirakı ilə Strasburqda Caz-Muğam konsertinin keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər