- Şahlar müəllim, necə oldu ki, belə bir tədbirə dəvət edildiniz?
- Rusiya Təbiətşünaslar Akademiyasının (RAE) nəşr etdirdiyi bir sıra nüfuzlu elmi jurnallar var. Mən bu ilin iyul ayında həmin jurnallardan birinə məqalə göndərdim. 2009-cu ilin 11 sentyabrında elektron məktub aldım ki, "Sovremennıe problemı nauki i obrazovaniye" jurnalında "Novıy kriteriy otsenki znaniy" ("Biliyin qiymətləndirilməsinin yeni kriteriyası") məqələm dərc olunubdur. İki-üç gün sonra daha bir məktub aldım ki, siz Rusiya Təbiətşünaslar Akademiyasının payız sessiyasına dəvət olunursunuz və sessiya 21-24 sentyabr 2009 cu ildə Soçi yaxınlığında Daqomıs deyilən qəsəbədə keçiriləcəkdir. Çap olunmuş məqaləmdə belə bir cümlə var idi: "Qeyri-xətti yeni qiymətləndirmə şkalası intellektual qabiliyyətə görə insan və şəxsiyyətləri -körpə uşaqdan tutmuş peyğəmbərlərə qədər - iyerarxik strukrura yerləşdirmək imkanı verir və bu məqalədə Allahın varlığı riyazi isbat olunur". Yəqin ki, bu fikrə görə, mən o tədbirə dəvət almışdım.
- Siz sessiyada çıxış etdinizmi?
- Bəli, mən plenar iclasda çıxış etdim, yeni kriteriyadan, qiymətləndirmə şkalasından, onun fəlsəfəsindən və həmin iyerarxik strukturdan danışdım.
-Yeni kriteriya olaraq nə təklif edirsiniz?
-Bu suala cavab verməzdən qabaq ənənəvi qiymətləndirmə şkalasında kriteriya olaraq nə götrülüb? - sualına cavab vermək lazımdır. Maraqlıdır ki, bilik min illərdi ki, tarixi təcrübəyə əsaslanan metodologiya ilə qiymətləndirilib,ancaq indiyə kimi qiymətləndirmənin kriteriyası, kəmiyyət göstəriciləri, nəzəri əsası, modeli və fəlsəfəsi yoxdur. Heç "qiymət" termininin düz-əmməlli tərifi də yoxdur.
-Maraqlıdır "qiymətə" necə tərif vermək olar?
-Mənim düşüncəmə görə qiymət- tədris materialının mənimsənilməsinin faiz göstəricisinin rəqəmlərlə ifadəsidir. Material 100% mənimsənilibsə, bu 5 ballı şkalada 5, 10 ballı şkalada 10-dur. Tədris materialı 60% mənimsənilibsə, uyğun olaraq, bu 3 və 6 olacaqdır. Bu deyilənləri aydın təsəvvür etmək üçün, əvvəlcə qiymətləndirmə şkalası üçün model qəbul etmək lazımdır.
Mənim təklif etdiyim modeldə içərisində maye olan stəkan qiymətləndirmə şkalasının modeli kimi qəbul edilir. Bu modeldə stəkana tökülən maye -"bilik mayesi" hesab edilir. Stəkan bilik mayesi ilə tam doludursa, deməli, tədris olunan material tam mənimsənilib. Bu hala uyğun gələn qiymət "əla"dır. Əgər stəkan 80% dolubsa bu bilik səviyyəsi 5 ballı qiymətləndirmə şkalasında "yaxşı"ya uyğundur. Bu modelin əsasında həm klassik, həm də yeni qiymətləndirmə kriteriyasını yaratmaq olar.
İndi qayıdaq ənənəvi qiymətləndirmə şkalasının kriteriyasına. Klassik qiymətləndirmə şkalasında kriteriyası olaraq stəkanın dolu hissəsinin hündürlüyünün, stəkanın tam hündürlüyünə olan nisbətini götürmək lazımdır. Bu nisbətin qiyməti 0 ilə 1 arasında dəyişir və nisbət artdıqca, mənimsəmə də artır. Bu nisbət vahid olanda tədris materialı tam mənimsənilmiş hesab edilir. Bu hala uyğun gələn qiymət 5 ballı şkalada 5, yüzballı şkalada 100 olar. Bu kriteriyadan istifadə edərək, çoxsaylı şkalalar təklif etmək mümkündür. Bu əsasda qurulmuş ən sadə şkala beş ballı şkaladır. Bu şkala 70 ilə (1944 ci ildən) yaxındır ki, bizim təhsil sistemimizdə uğurl tətbiq edilir. Bu kriteriyanın qüsuru ondan ibarətdir ki, iki əla təhsil alanı bir birindən fərqəndirməyə gücü çatmır. Misal üçün, fərz edin ki, bir öyrənci 100 sualdan 98 -ni, digəri isə 99 -nu bilir. Aydındır ki, birinci öyrənci üçün kriteriyanın qiyməti 98:100 =0,98, digəri üçün isə 0,99 olar. Bu rəqəmlər bir birinə çox yaxın olduğundan, real həyatda onlar bərabər bilikli kimi görünürlər. Göründüyü kimi, kriteriyanın qiymətləri vahidə yaxınlaşdıqca, yaxşıların içərisindən lap yaxşını seçmək və obyektiv qiymətləndirmə çətinləşir. Bu səbəbdən də, yeni kriteriyaya ehtiyac vardı.
-Yeni kriteriya olaraq, nə təklif edirsiniz?
-Qiymətləndirmənin həcmi modelinə (içərisində maye olan stəkan) əsasən, tədris materialının mənimsənilən hissəsinin, mənimsənilməyən hissəyə olan nisbəti yeni kriteriya olaraq təklif olunur. Məsələn, əgər bir öyrənci 100 sualdan 70-i mənimsənilib, 30-nu isə mənimsənilməyibsə, bu halda kriterya olaraq 70-in 30-a nisbətini götürmək təklif olunur. Əgər digər təhsil alan yüz sualdan 99-nu mənimsəyib, birini isə mənimsəməyibsə, onda, 99 -un birə nisbəti kritriya kimi təklif olunur.
- Bu yeni kriteriyanın əvvəlkindən əsaslı fərqi nədən ibarətdir?
- Fərq ondadır ki, ənənəvi qiymətləndirmə şkalasının kriteriyası dar (0-1) intervalda dəyişir. Yeni təklif olunan kriteriya isə çox geniş intervalda - sıfır ilə sonsuzluq arasında dəyişir. Kriteriya sıfırla vahid arasında dəyişəndə intellektual insanların kriteriyalarının qiymətləri hiss oluna bilməyəcək dərəcədə bir-birinə çox yaxın yerləşdiyindən, onları fərqləndirmək olmur. Klassik kriteriya əsasında, nəinki eyni sahənin iki professorunu, heç professoru ilə akademikini bir birindən fərqləndirmək olmur. Bu səbəbdən də, təyinatlarda və seçimlərdə obyektiv yox, subyektiv fikirlər üstünlük təşkil edir. Bu isə cəmiyyət üçün arzuolunmaz nəticələrə gətirir.
Təklif olunan yeni şkalada hər kəsin öz yeri var. Misal üçün, yuxarıda göstəlildiyi kimi, 100 sualdan 99-na və 98 düzgün cavab verən təhsil alanlar üçün yeni kriteriyalar uyğun olaraq 99 və 49 olacaqdır. Aydındır ki, 99 ilə 49 arasında fərq, 0.99 ilə 0.98 arasında olan fərqdən çox-çox (5000 dəfə) böyükdür. Bu kriteriya əsasında qurulmuş şkalada şüurlu varlıqların hər birinin - təzə doğulan uşağın, adi insanın, ali savadlı mütəxəssisin, alimin, dahi alimin, fövqəlinsanın, peyğəmbərin və hətta qadir Allahın da öz yeri var.
- Sizdən əvvəl hansısa alim belə bir təkliflə çıxış edibmi?
- Xeyr, pedaqogika tarixində ilk dəfədir ki, təhsilin paradiqmasını mən dəyişirəm və ya ən azı buna iddialıyam.
- Şahlar müəllim, "paradiqma" ifadəsini bir qədər izah edərdiniz.
- "Paradiqma" sözü Azərbaycan mətbuatında az işlədilən sözdür. Bu termini elmin fəlsəfəsinə amerikalı filosof Tomas Kun gətirib. O, hesab edir ki, elmdə inqilablar o zaman baş verir ki, paradiqma dəyişir. Misal üçün, fizikada elementar zərrəciklərə dalğa kimi baxandan sonra, elmdə inqilab baş verdi və klassik fizika ilə yanaşı, kvant mexanikası, kvant elektronikası, kvant cihazları yarandı. Tarixən intuitiv istifadə edilən klassik xətti kriteriyadan, yeni həcmi kriteriyaya keçid pedaqogikada paradiqmanın dəyişəcəyinə inanıram.
Fürsətdən istifadə edərək bir fikir də söyləmək istəyirəm. Çıxışlarımın birində söyləmişdim: "Şeir sözlərin birölçülü fəzada, rəsm rənglərin ikiölçülü fəzada, musiqi səslərin üçölçülü fəzada naxışlı düzülüşüdür. Fəzanın dərəcəsi artdıqca fəaliyyət çətinləşir, bu səbəbdən də, ölkədə şairlər minlərlə, rəssamlar yüzlərlərlə, bəstəkarlar onlarla olur".
Həm şeir, həm rəsm əsəri, həm musiqi insanların duyğu hisslərinə təsir edən faktorlardır. Bu faktorların hər biri eyni məqsədə - insanı duyğuladırmağa qulluq edir. İnsanin duyğusuna şeirlə yox, rəsmlə (və ya musiqi ilə) təsir edilirsə, bu, əslində, inqilabdır və hesab edirəm ki, mədəniyyətdə paradiqmanın dəyişməsidir. Çünki fəzanın dərəcəsi dəyişdikcə, hissi yaradıcılığın forması dəyişir.
- Bu təklifinizin dünya tərəfindən qəbul olunacağına inanırsınızmı?
- Dünyanın son yüz ildəki inkişaf mənzərəsinə diqqət yetirsək, görünən uğurlarla bərabər, həm görünən, həm də görünməyən qüsurlar da az deyildir. Haqq nahaqa qalib gələ bilmir. (Qarabağ problemi buna misaldır. 15 ildən çoxdur ki, BMT -nin 4 qətnaməsi yerinə yetirilmir). Dünyanın dərdi dərmanından çoxdur. İnsanlar mənəvi dəyərləri iqtisadi qazanca qurban verirlər. Bir Qərb mütəfəkkiri son yüz ilin inkişaf fəlsəfəsini belə səciyyələndirmişdi: axırıncı ağac kəsiləndə, axırıncı balıq tutulanda, axırıncı çay zəhərlənəndə, insanlar başa düşəcəklər ki, pulu yemək olmur. Bu qüsur və əyintilərin əsasında dar dünyagörüş insanların səhv qərarları (SSRİ-nin xarici siyasəti buna misaldır. İkinci Dünya müharibəsindən sonra bu dövlət öz var-dövlətini çox hissəsini xərcləyərək, Afrikanın və digər qitələrin bəzi dövlətlərini özünəbənzər dövlətə çevirməyə cəhd etdi və nəticədə dağıldı) durur. Bunun isə kökündə qiymətləndirmədə buraxılan səhvlər durur. Bu səbəbdən də, inanıram ki, dünya bu fəlsəfəni qəbul etməyə məhkumdur.
- Bu kriteriyanın başqa tətbiq sahələri mümkündürmü?
-Bu modelin və kriteriyanın kömməkliyi ilə nənki fərdlərin, həm də məktəblərin, universitetlərin, ölkələrin təhsil sistemində vəziyyəti obyektiv qiymətləmdirməyə imkan olacaqdır.
Digər tərəfdən, məlumdur ki, düzgün qərar qəbul etmənin nəzəri əsalarını, texnologiyasıni hazırlamaq dövrün ən vacib və aktual məsələlərindən biridi. Ardıcıl düzgün qərarlar qəbul etməklə dövlətlər qüdrətli dövlətə, insanlar isə şəxsiyyətə çevrilirlər. Bu məsələ bu problemin həllinə də işıq salır. Düzgün və ya səhv qərar qəbul etmək qiymətləndirmənin həcmi modelinin dolu və boş hissələrinin münasibətindən törəyir.
- Yuxarıda dediniz ki, yeni şkalada Allahın da yeri var.
- Belədir.Yeni kriteriya dolu hissənin boş hissəyə olan nisbəti olduğundan, boş hissənin qiyməti azalaraq sıfıra yaxınlaşanda, kəsrin qiyməti artaraq, sonsuzluğa yaxınlaşır. Kriteriyanın qiymətinin sonsuzluğa yaxınlaşması o deməkdir ki, bütün sualların cavabı var. Dünyada olan bütün sualların cavabını kim bilir? Kimin biliyində qüsur yoxdur. Hər şeyi bilən və görən kimdir?
Bütün səmavi kitablar, o cümlədən də, bizim müqəddəs kitabımızda dönə- dönə deyilir ki, hər şeyi bilən, hər şeyi görən qadir Allahdır. Bax, Allahın varlığının riyazi isbatı budur.
- Bəzi insanlar Allahın varlığina (və ya yoxluğuna) biganədirlər?
- Ateist əsaslı bir quruluşda uzun müddət yaşadığımzdan, belə insanlara mən də rast gəlmişəm. Bu insanlar Allahın varlığını qəbul etsələr, səmavi kitabların buyurduğu düzgün yolla gedərlər və rahat yaşayarlar. İnsanları bu yoldan sapdıran ideyalardan biri də Darvinin insanın meymundan əmələlə gəlməsi ideyasıdır. İnsanın Allah tərəfindən yaranması yox, əmək vasitəsi ilə meymundan əmələ gəlməsi bəşəriyyətə baha başa gəlir. İnsanlar səmavi kitabların qoyduğu yolla getmirlər. Axirəti yaddan çıxarırlar. Nəticədə mənəviyyat aşılanır, ailələr zəifləyir, fitnə - fəsad getdikcə artır. Vəziyyət o hala çatıbdır ki, it saxlamaq uşaq saxlamadan sərfəli göründü. Avropa filosofları belə hesab edirlər ki, 50-60 ildən sonra Avropada yaşayanlar köklü avropalılar yox, əslən Afrikadan, Asyadan gələn emiqrantlar olacaqlar. Görün Allah yolundan azmaq hansı bəlalara gətirir.
- Tədbirdən daha hansı yeniliklə qayıtdınız?
- Yenilik ondan ibarətdir ki, həmin tədbir çərçivəsində məni Avropa Təbiətşünaslar və Rusiya Təbiətşünaslar Akademiyalarına (RAE) üzvü seçdilər.
- Şahlar müəllim, bu fikirlərin çapı, yayilması nə yerdədir?
- Bu il mən bu ideyaları Rusiya Federasiyasının iki Akademiyasının sesiyalarında məruzə etmişəm. Bu nəticələri 2009-cu ilin aprel ayında Rusiya Pedaqoji və Sosial Elimlər Akademiyasının (APSN) yaz sesiyasında məruzə etdim. Bu ilin sentiyabrında isə Rusiya Təbiətşunaslar Akedemiyası (RAE) payız sesiyasında məruzə etdim. 2009 cu ilin oktyabrın 29-da bu nəticələri Respublika Təhsil Şurasının iclasında məruzə etdim.
- Mütəxəsislər Sizi dəstəkləyirlərmi?
- Hər üç məruzə mütəxəssislər tərəfindən yaxşı qarşılandı. Təvazökarlıqdan uzaq olsa da, bir-iki məqamı qeyd etmək istəyirəm. Rusiya Təbiətşunaslar Akademiyasındakı (RAE) çıxişımın sonunda zala müracət etdim: "O hansı şüurlu varlıqdır ki, hər şeyi bilir, görür və biliyi sonsuzdur?" Yerdən səslər gəldi ki o, ancaq Allah ola bilər.