PDF Oxu

Müsahibə

  • 10

“Radikal müxalifət düşərgəsində alçaq adamlar var”

“Radikal müxalifət düşərgəsində alçaq adamlar var”

- Çingiz bəy, hazırkı mərhələdə bələdiyyə seçkilərinə hazırlıq mərhələsi gedir. Seçkilər ərəfəsi ölkədəki ictimai-siyasi sabitliyi necə dəyərləndirirsiniz?

- Ölkədə möhkəm əsaslara malik ictimai-siyasi sabitlik hökm sürür. Baxmayaraq ki, bu ərəfədə Dağlıq Qarabağ problemi bir tərəfdən, Türkiyənin və digər supergüclərin ölkəmizə qarşı birmənalı olmayan siyasətləri mövcuddur. Amma ölkə Prezidenti İlham Əliyev xarici təzyiqlərə və yaradılan süni problemlərə prinsipial mövqe nümayiş etdirir. Azərbaycan xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutaraq bununla diplomatik qətiyyət göstərir.

- Azərbaycanda yüksək nailiyyətlər, uğurlar əldə olunur, radikal müxalifət partiyaları isə bu uğurları görmək istəmir. Bunun səbəbini nə ilə izah etmək olar?
- Dünya Türkiyəyə Ermənistanla yaxınlaşmasına təzyiq göstərdi. Buna görə də Ermənistan quduraraq, Dağlıq Qarabağla bağlı mövqeyini sərtləşdirib. Belə olan halda kiminsə hakimiyyətdən gedib, kiminsə hakimiyyətə gəlməsini fikirləşməməliyik. Uğurlu milli mənafeyimizi, ərazi bütövlüyümüzü və dövlətçiliyimizin qorunması naminə addımlar atılmalıdır. Bu gün daxildə vətəndaş həmrəyliyi lazımdır. Bütün xarici qüvvələr ölkəni ancaq daxildən parçalayayır, qarşıdurma yarada bilir. Buna da yalnız radikalların köməyi ilə nail olmağa çalışırlar. Ona görə də, bu gün bütün səyimizlə Prezidentin ətrafında birləşib problemlərimizi həll etməliyik.

- Ermənistan hakim dairələri Azərbaycanla azad iqtisadi zonanın yaradılmasının vacibliyini söyləyir. Azərbaycan hakimiyyətinin məsələyə qətiyyətlə mənfi münasibət bildirdiyi bir vaxtda, radikal müxalifət belə bir ideyanın reallaşdırılmasını iki dövlət arasında münasibətlərə uğur gətirəcəyini bildirir. Belə bir anormal təklifə münasibətiniz necədir?

- Radikal müxalifətin içərisində xarici qüvvələrin ideyalarını həyata keçirməyə meyilli insanlar, milli birliyə və vətəndaş həmrəyliyinə zərbə vuran alçaqlar var.

- Radikal partiyalar bələdiyyə seçkiləri ərəfəsi ölkədəki milli birliyi pozmağa, qarşıdurmalar yaratmağa cəhd göstərir. Bütün bunlar isə, xalqımızın, dövlətimizin qarşıya qoyduğu vəzifələrin pozulmasına xidmət edən addımdır...

- Biz bir-birimizə enerji sərf etməli deyilik. Bu dəfə də demokratik seçkilərin keçirilməsinə nail olmaq üçün birgə addımlar atmalıyıq. Ziddiyyətləri dərinləşdirmək, qarşıdurma yaratmaq əvəzinə, radikalları da xalqın, dövlətin mənafeyinə yönəltmək lazımdır.

- Siz milli birlikdən danışdınız. Amma İsa Qəmbərov Türkiyədə erməni diasporası rəhbərləri ilə görüş keçirib. "Xalq diplomatiyası"ndan müzakirələr qurur. Axı bütün bunlar Azərbaycanın dövlətçilik maraqlarına zidd addımlardır?

- Müxalifət düşərgəsində o qədər alçaq adamlar var. Onlardan nə desən gözləmək olar. Çünki onlar öz çirkin əməllərindən qalmır, hətta Prezdentin siyasətini dəstəkləyən partiya sədrlərinə qarşı anti-təbliğat aparır.

Digər xəbərlər