PDF Oxu

Müsahibə

  • 5

Yeni Azərbaycan Partiyası daim siyasi proseslərin önündə gedir

Yeni Azərbaycan Partiyası daim siyasi proseslərin önündə gedir

2009-cu ilin dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasından sonra bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsinə start verilmiş və bu istiqamətdə ciddi işlər görülməyə başlanılmışdır. Artıq qarşıdakı üçüncü bələdiyyə seçkisinə namizədlərin irəli sürülməsi prosesi başa çatmaq üzrədir. Xüsusi olaraq qeyd edilməlidir ki, iqtidarda olan Yeni Azərbaycan Partiyası seçkiyə hazırlıqla bağlı mühüm işlər görür. Belə ki, partiyanın şəhər və rayon təşkilatlarının "Səs" qəzetinə verilən açıqlamalarda da bildirilir ki, artıq namizədlərin ərizə və bildirişləri müvafiq dairə seçki komissiyalarına təqdim olunub. Həmçinin, imzatoplama prosesi də uğurla başa çatmaq üzrədir.

YAP Tərtər rayon təşkilatı bələdiyyə seçkiləri ilə bağlı fəal iş aparır

"Demokratik dəyərlərlə idarə edilməsi dövlətimizin dünya miqyasında layiqli formada təmsil edilməsi üçün ən prinsipial vəzifələr yerinə yetirilir. Seçki məsələsi də bu istiqamətdə ən ümdə vəzifələrdən biri kimi xarakterizə olunur" deyən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizdə keçirilən bütün seçki proseslərində vətəndaşların istək və arzularının geniş şəkildə tərənnüm olunduğunu bildirdi. Seçkinin azad və demokratik şəraitdə keçirilməsi üçün dövlətimiz tərəfindən mühüm addımların atıldığını deyən R.Şabanov seçki prosesinin daha da təkmilləşdirildiyini vurğuladı: "Cəmiyyətimiz inkişaf etdikcə, istənilən məsələnin həlli artıq mümkün görünür. Milli strategiyamızın müəyyənləşməsi və dövlətçiliyimizin möhkəm təməllər üzərində bərqərar olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də məhz həmin strategiyanın tərəfləri özünü göstərməkdədir. Çünki ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev müəyyənləşmiş olan inkişaf konsepsiyasını daha da irəliyə aparmaqla dövlətimizin sivil dəyərlərə töhfəsi üçün əlindən gələni əsirgəmir. Seçki Məcəlləsinin də günün tələblərinə uyğunlaşması yuxarıda sadaladığımız məsələlərin tərkib hissəsidir. Çünki demokratik dəyərlərlə idarə olunan bir ölkədə Seçki Məcəlləsinin geniş anlamda təzahür olunması vacibdir. Bu baxımdan da, ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunda da keçirilmiş seçkilərin hər biri ayrı-ayrılıqda şəfaflığı və demokratikliyi ilə səciyyələnib".
Bu ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinin mahiyyətinin eyni olacağına ümid bəslədiyini dilə gətirən R.Şabanov YAP Tərtər rayon təşkilatınında geniş hazırlıq işlərinin görüldüyünü bildirdi. Onun sözlərinə görə, artıq rayon təşkilatında partiya fəallarının seçildiyini və namizədlərin müəyyənləşməsi ilə bağlı işlər görülmüş, namizədlər müəyyən edilibdir: "Bu seçkidə 35547 seçici 95 saylı Tərtər və 97 saylı Goranboy-Ağdam-Tərtər Dairə Seçki Komissiyalarının 36 məntəqəsində 29 bələdiyyə, 263 bələdiyyə üzvünün seçilməsində iştirak edəcəklər. Cari ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinə rayon təşkilatı 263 nəfər irəli namizəd irəli sürüb. Artıq namizədlərin siyahısı dairə seçki komissiyalarına göndərilib və imza toplanmasına start veriləcək. Düşünürəm ki, əvvəlki əvvəlki siyasi kampaniyalarda olduğu kimi, bu dəfə də YAP-ın namizədləri böyük üstünlük əldə edəcəklər. Çünki 1993-cü ildən xalq öz gələcəyini bu partiyaya etibar edib inamını hər bir siyasi kampaniyada nümayiş etdirir".
Müxalifətin seçki ilə bağlı müəyyən "tərpənişlərinə" toxunan rayon təşkilatının sədri bildirdi ki, iş görmək naminə fəaliyyət göstərmək opponentlərə dividend gətirməyəcək: "dünyadakı proseslər sürətlə dəyişdikcə, gərək siyasi qüvvələr də fəaliyyətlərində novatorluq etsinlər. Bu novatorluq funksiyasını isə Azərbaycanda hər zaman Yeni Azərbaycan Partiyası həyata keçirib, bu gün bunu edir və gələcəkdə də edəcək. Amma alternativ layihə ortaya qoymağı bacarmayan, sadəcə, demaqogiya ilə məşğul olan müxalifət, həmişə olduğu kimi, bu dəfə də xalqın etimadından, dəstəyindən məhrum olacaq. Yeni Azərbaycan Partiyası isə, həmişə olduğu kimi, qələbə qazanacaq".
Bu seçkidə daha çox bələdiyyə üzvlüyünə layiqli şəxslərə böyük önəm veriləcəyini qeyd edən R.Şabanov gənclərin və qadınların da seçkidə aktiv və birbaşa iştirakçı formada iştirakının təmin ediləcəyini vurğuladı. Bildirdi ki, bu seçkidə 151 nəfər ilk dəfə, 63 nəfər ikinci, 49 nəfər isə üçüncü dəfə iştirak edəcək. YAP rayon təşkilatı, həmçinin, dairə və məntəqədə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüququna malik olan üzvlərin, dairə və seçki məntəqələrində müşahidə aparacaq partiya fəaliyyətinin tərkibini də müəyyənləşdirmiş, bələdiyyə seçkilərinin keçirilməsinə dair
YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı rolunun olduqca böyük olduğunu deyən partiyanın Tərtər rayon təşkilatı gənclər birliyinin sədri Cavanşir Musayev bildirdi ki, xalq artıq özünün istək və arzularının bu güclü təşkilat tərəfindən tərənnümünə arxalanır. YAP Tərtər rayon təşkilatı gənclər birliyinin sədri 88 ilk ərazi təşkilatında olan 4247 partiya üzvlərinin 51 faizini qadınlar, 35 faizini isə gənclər təşkil etdiyini dedi. Seçkilərin əhəmsiyyətinə toxunaraq, vurğuladı ki, bələdiyyələr gənclərin idarəçiilik sahəsində qabiliyyətini göstərmək üçün ideal müstəvidir: "Son zamanlar dövlətin dəstəyi sayəsində gənclərimiz cəmiyyətin ən aktiv üzvlərinə çevrilməkdədirlər. Onların bu fəallığı özünü siyasi kampaniyalarda da göstərir. Qeyd edim ki, ötən seçkilərdə gənclərimizin nümayiş etdirdiyi aktivlik, xüsusilə, seçildi. Əminəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində də biz Tərtər rayon gəncləri yenidən fəallıq nümayiş etdirəcək və partiyamızın yüksək nəticələr əldə etməsinə kömək edəcəyik".

YAP Şamaxı rayon təşkilatı seçkiyə ciddi hazırlaşır
YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov ölkəmizdə bu günə qədər keçirilmiş bütün seçki proseslərində seçicilərin böyük fəallıq göstərdiklərini bildirdi. YAP-ın apardığı hər bir işin sırf vətəndaş mövqeyinə əsaslandığını vurğulayan rayon təşkilatının sədri Şamaxı rayonu ərazisində fəaliyyət göstərən seçki dairələrinin və məntəqələrinin hər birində qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlıqla bağlı müvafiq göstəriş və tapşırıqların verildiyini qeyd etdi. B.Abbasov bu seçkilərdə daha çox qadınlara və gənclərə üstünlük veriləcəyini vurğulayaraq, artıq müəyyənləşmiş plan üzrə ciddi işlərin görüldüyünü dedi.
Ölkədə gedən uğurlu iqtisadi inkişafdan danışan YAP Şamaxı rayon təşkilatının sədri B.Abbasov təşkilatın və rayon əhalisinin bələdiyyələrə etimadının yüksək olduğunu bildirdi: "Məlum ollduğu kimi, ölkəmizdə bu qurumun fəaliyyətinin tarixi o qədər də çox deyil. Lakin 10 il fəaliyyət göstərən yerli özünüidarəetmə orqanına seçicilərin münasibəti müsbətdir. Tez-tez seçicilərlə söhbətlərimiz olur. Onlarla söhbət zamanı bildirirlər ki, digər seçkilərdə olduğu kimi, bu seçkilərdə də çox böyük fəallıq nümayiş etdirəcəklər. Bu isə, onu göstərir ki, xalqımız dövlətin apardığı siyasətə inanır. Eyni zamanda, bu fikirlər onu sübut edir ki, ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycanımıza rəhbərlik edən dövlət rəhbəri, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin apardığı uğurlu siyasət xalq tərəfindən dəstəklənir".
YAP Şamaxı rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının həmişə uğurlu üstünlük əldə etdiyini söylədi və bununla da, alternativsiz siyasi partiya olduğunu sübuta yetirdiyini bildirdi: "təşkilatımızın 4300 nəfər partiya üzvünün 2057 nəfəri qadınlar, yəni 51 faizi, 1611 nəfri gənclər, yəni 35 faizini təşkil edir. 4086 nəfər seçicimiz 85 saylı Şamaxı Dairə Seçki Komissiyasının 63 məntəqəsində 37 bələdiyyə və 301 bələdiyyə üzvünün seçilməsində fəallıq nümayiş etdirəcək. YAP rayon təşkilatı bu seçkilərdə hər yer üçün bir rəfərin namizədliyini irəli sürəcək. Hazırda YAP Şamaxı rayon təşkilatı namizədliyi irəli sürüləcək şəxsləri müəyyən edib. Namizədlər imza toplamağa başlayıblar. B.Abbasovun sözlərinə görə, yerli əhali tərəfindən dəstəklənən və hazırkı bələdiyyələrdə təmsil olunan YAP üzvlərinin namizədlikləri yenidən irəli sürüləcək. Bundan əlavə, göstərilən etimada ötən 5 ildə doğrulda bilməyən bələdiyyələrə isə yeni namizədlər irəli sürüləcək.

YAP Yardımlı rayon təşkilatı bələdiyyə seçkiləridə uğur qazanacaqlarını bildirirlər

"Namizədlərimizin uğur qazanacağına və partiyamızı layiqincə təmsil edəcəyinə əminik." Bu sözləri Yeni Azərbaycan Partiyasının Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev söylədi. O bildirdi ki, əsas vəzifələri vətəndaşlara xidmət etmək olan bələdiyyələrin üzərinə çox böyük məsuliyyət düşür: "Bu səbəbdən, vətəndaşların sosial problemlərinin həllində daha da aktivlik göstərmək, qarşımızda duran vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var qüvvəmizlə çalışacağıq."
Rayon təşkilatının partiyanın qarşıya qoyduğu vəzifələrin öhdəsindən bacarıqla gəlmək üçün çalışdığını söyləyən M.Mirzəyev budəfəki seçkilərə gənclərin daha çox cəlb edildiyini, o cümlədən, qadınların aktiv iştirakının təmin edilməsi üçün münbit şəraitin yaradıldığını da bildirdi: "Seçkilərlə əlaqədar YAP-ın rayon təşkilatının tədbirlər planı tərtib edilib, müvafiq olaraq bir sıra tədbirlər həyata keçirilib. YAP-ın rayon təşkilatında 15 nəfərdən ibarət seçki qərargahı yaradılıb, ərazi təşkilat sədrlərinin seminar-müşavirələri keçirilib və onlara seçkilərin demokratik şəkildə və yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq tövsiyələr verilib. Bələdiyyə üzvlərinə namizədlərin irəli sürülməsində ali təhsillilərin, qadınların, gənclərin seçilməsinə xüsusi diqqət yetirilib. Namizədlərdən 89 nəfər ali təhsillidir. 28 nəfər qadın, 55 nəfər gəncin namizədliyi irəli sürülüb."
YAP Yardımlı rayon təşkilatının gənclər birliyinin sədri Azər Xamyev qeyd etdi ki, ötən seçkilər zamanı gənclər həddindən artıq fəallıq göstərmələri ilə yadda qaldı. Bələdiyyə seçkiləri zamanı da gənclərimiz yaradılmış imkanlardan maksimum bəhrələnməyə çalışacaqlar: "Cəmiyyətin yenilikçi və fəal üzvləri kimi vətəndaşların sosial problemlərinin həllində də aparıcı rol oynamağa çalışırıq. Bunun üçünsə ən böyük imkanları bizə bələdiyyə seçkiləri qazandıracaq."
YAP Yardımlı rayon təşkilatının qadınlar şurasının sədri İfadə Ağayevanın dediyinə görə, bütün siyasi kampaniyalarda aktiv iştirak edən qadınlar bələdiyyə seçkilərindən də kənarda qalmaq istəmirlər. Qadınlar şurasının əsas vəzifəsinin seçkilərdə rayon qadınlarının aktivliyini təmin etməkdən ibarət olduğunu söyləyən İ.Ağayeva buna nail olacaqlarına inanır: "2008 və 2009-cu illər hər bir Azərbaycan vətəndaşı, o cümlədən, YAP üzvləri üçün uğurlu olub. Bu uğurlar hələ də davam etməkdədir. Qadınlarımızın fəallığının artırılması rayonumuzun ictimai həyatına da müsbət təsirini göstərməkdədir. Rayonumuzda seçici fəallığında qadınların rolunu artırmaq, siyasi proseslərdə onların iştirakını təmin etmək üçün əlimizdən gələni edirik."

Digər xəbərlər