- İlham müəllim, Rəcəb Tayyib Ərdoğanın "Cənub Axını" layihəsini dəstəkləməsi diqqət çəkəndir. Hətta onun Rusiyaya səfəri gözlənilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Türkiyənin həm NABUCCO-ya, həm də "Cənub Axını" layihəsinə marağı var. Eyni zamanda, adıçəkilən ölkə bu siyasətdən yararlanmağa çalışaraq, Transərəb qaz kəməri layihəsinə də qoşulur. Buraya Misir, İordaniya, Suriya və Türkiyə daxildir. Türkiyə qarşısına iki əsas məqsəd qoyub. Məlumdur ki, Avropanın enerjiyə ehtiyacı çoxdur və Türkiyə hökuməti istəyir ki, bu enerji ehtiyatını ödəməklə bir nəqliyyat mərkəzinə çevilisin. Yəni, tranzit mərkəzinə daxil olsun. Türkiyənin atdığı bütün addımlar siyasətdən yararlanmağa xidmət edir. NABUCCO ilə bağlı iyunun 13-də hökumətlərarası saziş imzalandı. Oktaybr ayının əvvəlində Türkiyə artıq "Cənub Axını"nın öz ərazi sularından keçməsinə icazə verdi. Azərbaycanla danışıqların növbəti mərhələsində Yunanıstan, İtaliya, İran, o cümlədən də, İraqla mümkün əlaqələrin genişləndirilməsi dayanır. İraqda hesab edirlər ki, "Cənub Axını"ndan yaxın 5-6 ildə 8-10 milyard kubmetr qaz almaq mümkün olacaq. Bu ölkələrin bu layihədə dövlət maraqları var. İstəyirlər ki, enerji təhlükəsizliyinin Avropaya axınından yararlansınlar. Dövlət olaraq bundan yararlanmaq siyasətləri var.
- Azərbaycanla Türkiyə arasında məlum məsələlər ortaya çıxdıqdan sonra AKP hakimiyyəti "Cənub Axını" ilə bağlı layihənin reallaşması üçün səylərini artırır. Sizcə, bu cəhdlər nəyə hesablanır?
- Kim nə qədər desə ki, enerji resursları ancaq biznesdir, bu, düzgün deyil. Çünki böyük biznesdə həmişə siyasi çaların arientasiyası olur. Baxın, Türiyə tərəfi öz ərazi sularının "Cənub Axını"nda istifadəsinə hökumət səviyyəsində icazə verdi. Bu, Bolqarıstanda müxalifətin hakimiyyətə gəldiyi vaxt gündəmə gəldi. Onlar Rusiyadan "Cənub Axını"na yenidən baxılması və öz şərtlərinin sərtləşdirilməsi ideyasını ortaya qoyduldar. Türkiyə də bundan istifadə edərək, öz ərazi sularından istifadə məsələsini gündəmə gətirdi. Ancaq Türkiyə Rusiyanın bundan istifadəsinə razı deyildi. Çünki oktyabrın 20-də Tehranda 4 ölkənin - İran, İtaliya, Rusiya və Türkiyənin şirkətlərinin iştirakı ilə Samsunq-Ceyhan neft kəmərinə dair şirkətlərarası memorandum imzalandı. Söhbət də ondan gedirdi ki, Rusiya hər il təqribən 40 milyon tona yaxın neft və neft məhsullarını boğazlardan keçirir. Rusiya Bolqarıstandan Yunanıstana, boğazlardan yan keçməklə, boru kəməri çəkmək istəyirdi. Türkiyəyən ekoloji problemlərlə əlaqədar boğazlardan keçmək məsələlərinin sərtləşdirilməsi ilə bağlı alternativ yol lazım idi. Türkiyə yenə də bundan istifadə etdi. Hazırda özü üçün sərfəli şərtlərin qəbul edilməsi alınır. Müqavilələrin öz səviyyəsi ilə gəlib reolizə olunması dövrü hələ başlamayıb, ilkin addımlar kimi öz dövlətlərinin marağı naminə normal addım atır.
- Sizcə, "Cənub Axını" layihəsinin region dövlətləri tərəfindən dəstəkləməsi nəticə etibarı ilə Avropanın Rusiyadan enerji asılılığı vəziyyətini möhkəmləndirmir ki?
- İş ondadır ki, Avropanın əsas enerji istehlakçıları olan ölkələr heç də yaxın orta dövr üçün Rusiyanın enerji asılılığından qurtulmaq siyasəti güdmür. Yəni, bu gün Avropada ən böyük qaz alıcıları olan 4 ölkə-Almaniya, İtaliya, Fransa və Böyük Britaniya, hansı ki, 50 milyard kub metrdən çox qaz alır. Faktiki olaraq, aldıqları qazın yarıdan çoxu Rusiyanın payına düşür. Nədən Almaniya NABUCCO-ya maraq göstərməyib? Çünki onun marağı "Şimal Axını"ndadır. Digər tərəfdən, "Şimal Axını" əgər reallaşsa, əvvəlcə yol Hollandiyaya, oradan da Böyük Britaniyaya yol açılır. Çünki Britaniyada qaz istehlakı ildən-ilə öz resursları hesabına azalmaqdadır. İtaliya 70 milyarddan çox qaz istehlak edir, bunun yarısı Rusiyanın hesabınadır və 35 illik müqavilə imzalayıb. Avropanın xəritəsinə fikir versək, bu əsas enerji resurslarını rus qazından ayırmaq siyasətini Şərqi Avropa tələb edir. Onların tələbi, əsasən, ondan ibarətdir ki, uzun müddət 50 ilə yaxın Rusiyanın təsir dairəsində olub. Bu müddətdə ruslar onları istismar ediblər və bu baxımdan, hazırda ruslar daha bahalı qaz alır. Yuxarıda adlarını qeyd etdiyim 4 ölkə çox kiçik həcmdə qaz istehlak edir. Hardasa maraqlıdır ki, öz ərazisindən tranzit yolu olsun və həmin tranzitdə nə isə qazanasan. Yəni, həmin ölkələrin istehlak etdiyi enerji resurslarının bir hissəsi həmin tranzitdən keçirməklə digər ölkələrin də iqtisadiyyatlarını özlərinə bağlaya bilsin.
- Azərbaycanın enerji təhlükəsizliyi məsələsində Avropanın rolu nədən ibarətdir?
- Avropa perspektiv bazar kimi Azərbaycanın enerji resurslarını istehlak edilməsində önəmli rol oynayır və bunu da göstərir. Əvvələr bizim dünya bazarı ilə əlaqələrimiz ya yox idi, ya da ki, məhdud idi. Çünki Azərbaycan Rusiyaya bağlı idi. Avropa həm ivestisiya gətirməklə, həm də şərait yaratmaqla məhsullarımızın dünya bazarına çıxarılmasına kömək etdi. Bunu bugünü neft məhsullarında, təbii qazın ixracında da deyə bilərik.