Son illər ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində əhalinin sosial müdafiəsi gücləndirilmiş, yol- nəqliyyat infrasturukturu yenidən qurulmuş, şəhər təsərrüfatı inkişaf etdirilmişdir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasından irəli gəlir.
Sözsüz ki, 2009-cu il də respublikamız üçün, o cümlədən, ölkə iqtisadiyyatı üçün uğurlu illərdən oldu. Beynəlxalq maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf temindən geri qalmadı. Bununla yanaşı, yeni iş yerləri yaradıldı, müasir təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib istifadəyə verildi, onlarla təhsil ocağı isə əsaslı təmir olundu. Bütün bunlar, onu göstərir ki, iqtisadiyyatımız elmə əsaslanır və Prezident İlham Əliyev tərəfindən məqsədyönlü iqtidsadi siyasət həyata keçirilir. Bu uğurlu iqtisadi siyasətin nəticəsidir ki, son 5 il ərzində 740 mindən artıq iş yeri yaradılmışdır. Həmçinin, ÜDM 3 dəfə artmışdır. İqtisadiyyatda davamlı inkişaf nəticəsində 9 ay ərzində orta aylıq əmək haqqı 15,5%, əhalinin gəlirləri 9,8%, adambaşına düşən gəlirlər 8,4%, pullu xidmətlər 12,5% artıb. Rabitədə 10,4 %, nəqliyyatda 5,4% olmuşdur, inflyasiya isə 2,1 % ortmuşdur. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə 1 milyard artaraq, 19.1milyard dollara artaraq 19,1 milyard dollara çatıb. Cari ildə ÜDM artımı 6,1 faiz səviyyəsində olub.
Cari ilin doqquz ayı ölkə iqtisadiyyatı üçün nə ilə yadda qaldı? Bu və ya digər suallarla iqtisadçı-ekspert Vüsal Qasımlıya müraciət etdik.
- Artıq 9 ayın doqquz ayı arxada qaldı. Cari ilin bu dövrü Azərbaycan iqtisadiyyatı üçün nə ilə yadda qaldı?
- Bu ilin doqquz ayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Azərbaycan MDB məkanında çox az ölkələrdəndir ki, iqtisadi böhran nəticəsində geriləmə baş vermədi, əksinə, iqtisadi inkişaf baş verdi. Ən yüksək artım baş verən ölkələrdən biri də Azərbaycandır. Ermənistan, Rusiya, Qazaxıstan və Ukraynada ÜDM-də azalma müşahidə olunsa da, respublikamızda ümumi daxili məhsul artımı baş verdi. Hətta adambaşına düşən ümumdaxili məhsul 4,7 % artaraq, 2657 manat təşkil edib. Bu da, onu göstərir ki, bu dövr respublika iqtisadiyyatı üçün uğurlu bir dövrdür. Bundan əlavə, sevindirici haldır ki, Azərbaycan manatı öz sabitliyini qoruyub-saxladı. Bu da iqtisadiyyatımızda bir nailiyyətdir. Beynəlxalq maliyyə böhranı dünya ölkələrinin iqtisadiyyatını iflic etdiyi bir dövrdə, o cümlədən, banklara mənfi təsir göstərdiyi bir zamanda Azərbaycanda bu baş vermədi. Ölkəmizdə kredit qoyuluşunun həcmi hazırda 7 milyard civarındadır. Bütün bunlar Azərbaycanda manatın dayanaqlı olduğunu göstərir. Daha bir uğur isə ölkəmizin valyuta ehtiyatları ilə bağlıdır. Digər bir sevindirici məqam da Azərbaycanın xarici borcları ilə bağlıdır. Hazırda ölkəmizin xarici borcu 1 milyard həcmindədir. Bəzi ölkələrin, o cümlədən, işğalçı ölkə olan Ermənistanın xarici borcları ÜDM-in 50%-nə bərabərdir. Bütün bunlar müsbət göstəricidir. Hətta ölkə iqtisadiyyatının bu nailiyyətləri beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir. Bu, Prezident İlham Əliyevin iqtisadi inkişaf, iqtisadiyyatın dayanıqlığı ilə bağlı yürdüyü uğurlu siyasətdən irəli gəlir. Şübhəsiz ki, bu uğurlar gələcəkdə də davam edəcək.
- Beynəlxalq maliyyə qurumlarının proqnozlarına görə, gələn il də maliyyə böhranı dünya ölkələrinə mənfi təsirini göstərəcək. Azərbaycana adıçəkilən böhran təsir edə bilərmi?
- Beynalxalq Valyuta Fondunun proqnozlarını bir daha xatırlatmaq istəyirəm. Fondun proqnozlarına görə, gələn il Azərbaycanda iqtisadi inkişaf 7,4% olacaqdır. İqtisadi inkişaf tempinə görə, 2010-cu ildə Azərbaycan MDB-nin ən sürətlə inkişaf etmiş ölkəsi olacaq. Eyni zamanda, Azərbaycanda inflyasiya gələn il 2-3 faiz proqnozlaşdırılır. Azərbaycan manatının sabitliyinin qorunması üçün də ölkəmizin kifayət qədər az xarici borcu və kifayət qədər çox valyuta ehtiyatları var. Bu da, o deməkdir ki, Azərbaycan manatı öz sabitliyini gələn ildə də qoruyacaq. Gələn il dünya bazarında neftin qiymətinin 80% olacağı proqnozlaşdırılır. Hətta bəzi təşkilatlar neftin qiymətinin 100 dollar olacağını bildirirlər. Bütün bu dediklərim onu sübut edir ki, iqtisadi sabitlik, bu il olduğu kimi, 2010-cu ildə də qorunacaq. Dövlətimiz Azərbacan iqtisadiyyatının davamlı inkişafı, makroiqtisadi tarazlığın qorunması istiqamətində ciddi problemlərlə üzləşməyəcək. Dünya ölkələri də tədricən maliyyə böhranından uzaqlaşmağa başlaycaq. Bu il olduğu kimi, gələn il də Azərbaycan iqtisadiyyatına maliyyə böhranı təsir etməyəcək.
- Gələn ilin dövlət büdcəsində neftin qiyməti 45 dol-dan götürüldü. Bir iqtisadçı olaraq buna sizin münasibətiniz necədir?
- Bu, kifayət qədər konservativ və ehtiyatlı yanaşmadır. İstərdim ki, 2009-cu ildə də dövlət büdcəsində neftin qiyməti aşağı götürüləydi. Yəni bu, məqbuldur. Gələn il neftin qiyməti dünya bazarında 80-100 dollar civarında olarsa, neftdən əldə etdiyimiz gəlirlər ən azından iki dəfə arta bilər. Bu artım həm dövlət büdcəsinə, həm də Dövlət Neft Fonduna yığılacaq. Bu baxımdan, düşünürəm ki, Azərbaycan hökuməti ehtiyatlı addım atıb. Əgər neftin qiyməti yüksək olarsa, dövlət büdcəsinə yenidən baxıla bilər. Onu da qeyd edim ki, təxmini hesablamalara görə, dünya bazarında neftin qiyməti bahalaşarsa, yəni 80-100 dollar həcmində olarsa, ölkəmiz illik gəlirindən əlavə olaraq, 8 milyard dollar gəlir əldə edəcək. Bu isə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, digər məsələlərin həllinə səbəb olacaq.
- Türkiyə iqtidarı RF iqtidarı ilə "Cənub axını" layihəsini müzakirə edir. Sizin fikrinizcə, bu, NABUCCO layihəsinin reallaşmasına mane ola bilərmi?
- Rusiya hazırda bölgədə yaranmış situasiyadan istifadə etmək istəyir. Rusiya çox gözəl başa düşür ki, Türkiyə ilə Azərbaycan arasında süni gərginlik yaşanmaqdadır. Bu da öz həllini tapacaq. Onu da qeyd edim ki, Türkiyə tezliklə Azərbaycanla qazın qiyməti ilə bağlı məsələləri həll etməlidir. NABUCCO kifayət qədər iqtisadi cəhəddən əsalandırılmış layihədir. Bu layihəsinin arxasında Azərbaycan qazı dayanır. İkincisi, adıçəkilən layihə "Cənub axını" layihəsindən ucuz başa gəlir. Həm də NABUCCO kəməri Avropanın RF-dən qaz asılılığından xilas olmasına səbəb olar. Türkiyə ilə Azərbaycan arasında qazla bağlı məsələ həll edilməyincə, "Şahdəniz" yatağında ikinci fazaya start verilə bilməz. Belə olduğu tədqirdə isə NABUCCO layihəsi gecikə bilər.
- Azərbaycanda bu il aqrar sektorda uğurlar əldə edildi. Gələn il bu sahədə hansı gözləntiləriniz var və eyni zamanda, bir ekspert olaraq, aqrar sektorun inkişafı ilə bağlı hansı təklifləriniz var?
- Qeyd etdiyiniz kimi, bu il Azərbaycan iqtisadiyyatında xüsusi çəkisi olan kənd təsərrüfatıında inkişafın biz şahidi olduq. Bunun nəticəsində də ÜDM-də artım müşahidə olundu. Bildiyiniz kimi, dövlət kənd təsərrüfatına subsitiyalar, kreditlər ayırır ki, bu da, öz növbəsində, aqrar sektorun inkişafına səbəb olur. Azərbaycan özünü bu gün əksər meyvə-tərəvəz məhsulları ilə təmin edir və hətta xaricə də ixrac edir. Ölkəmiz xaricə təxminən ildə 150 milyon dollarlıq meyvə-tərəvəz ixrac edir. Bundan əlavə, respublikamızda 2 milyon tondan artıq taxılın istehsal olunması da sevindirici haldır. Bu da, onu deməyə əsas verir ki, Azərbaycan özünü ərzaqla təmin edir. Azərbaycanda son illər ərzində aqraq sektorun inkişafı Prezident İlham Əliyev cənablarının kənd təsərrüfatına diqqət və qayğısından irəli gəlir. "Aqrolizinq" ASC-nin yaradılması da bu sahəyə yönəldilən diqqətdən irəli gəlir. Həmçinin, mənim də bir ekspert kimi tövsiyəm ondan ibarədətdir ki, kənd təsərrüfatında koperasiyalaşma sürətlənməlidir.