PDF Oxu

Müsahibə

  • 10

“Yaranan bloklar 3-4 aydan sonra dağılır”

“Yaranan bloklar 3-4 aydan sonra dağılır”

- Fuad bəy, bələdiyyə seçkiləri ərəfəsi müxalifət düşərgəsində zidiyyətli proseslər yaşanmaqdadır. Bəziləri seçkilərə getmək, bəziləri isə getməmək fikrindədir. Bəs sizin qənaitiniz nədən ibarətdir?

- Partiya olaraq, düşünürük ki, seçkilərdə iştirak etmək vacibdir. Seçkilərə getməmək və ya boykot etmək düzgün addım deyil. Kimsə siyasi partiya yaradanda, hansısa ideyanı və ya fikri irəli sürür. Ondan sonra da çalışır ki, həmin elektoratı öz tərəfinə çəksin. Hesab edirəm ki, seçkidə iştirak etməmək, əksinə, mövcud elektoratı özündən daha da uzaqlaşdırmaqdır. Seçkilərdə mütləq iştirak etmək lazımdır. Onda asılı deyil ki, sən qalib gələcək və yaxud qalib gəlməyəcəksən. Təbii ki, hamı çalışır ki, qalib gəlsin. Amma hər bir yarışda qalib bir nəfər olur. Ona görə də, çalışıb öz üzərində işləməli, buraxdığın səhvləri aradan qaldırmaq üçün müvafiq addımlar atmalısan. Boykot taktikası və ya iştirak etməmək passivlikdir.

- Bəzi partiya sədrlərinin şəxsi maraqlarını milli maraqlardan üstün tutmaları sizi təəccübləndirmir ki?

- Onlar illər boyu öz şəxsi maraqlarını ümumi partiya maraqlarından üstün tutub. Artıq onlar buna öyrəşiblər. Bu yaxınlarda bir partiya nümayəndəsi belə fikir irəli sürüb ki, seçkidə iştirak etməyən hansısa bir partiya lideri istefaya getməlidir və yeni simalar gəlməlidir. Bu fikirlə biz də tam razıyıq. Partiya daxilində buna qiymət verilməlidir.

- İndiki məqamda müxalifət partiyaları arasında pərakəndəlik və dağınıqlıq hökm sürür. "QRUH"-da və digər partiyalar arasında da münasibətlər arzuolunan səviyyədə deyil. Dağınıq halda olan müxalifətin bələdiyyə seçkilərində hər hansı bir uğur qazanması nə dərəcədə gözləniləndir?
- Hesab edirəm ki, ümumi müxalifət birləşə bilsəydi və yaxud da yaranan, mövcud olan bloklar dağılmasaydı, təbii ki, hər hansı bir uğura inanmaq olardı. Blokların yaradıb 3-4 aydan sonra dağılması, onu göstərir ki, orada təmsil olunan partiyaların atdıqları addımlar uğursuzdur. Blok şəklində gedən partiya üzvləri hansısa taktika seçib, onun taktika üzərində işləyir. Blokların dağılması orada təmsil olunan partiya üzvlərinə də təsir göstərir. Ona görə də, partiya üzvlərində inamsızlıq yaranır. Seçkiyə qədər biz də çalışmışdıq seçki bloku yaradaq. Azərbaycanda reallıq budur ki, seçki bloku yaranmamışdan qabaq söz-söhbətlər gedir. Çalışırlar ki, blok yaranmasın və ya dağıdılsın. Biz də buna paralel olaraq özümüzü hazırlaşdırdıq. Şəxsi maraq güdən bəzi partiya sədrləri buna imkan vermədilər ki, bu blok yaransın. Ona görə də seçkiyə təkbaşına gedirik.

- Bəzi müxalifət partiya sədrləri var ki, ADP, AXCP (i), Müsavat özlərini aparıcı partiya hesab edirlər. Sizin kimi partiyaları qəbul etmək istəmir və sizləri "cırtdan" partiya hesab edirlər. Bu cür yanaşmaları necə dəyərləndirirsiniz?

- Bu məsələyə məhrum Zakir Məmmədov çox yaxşı cavab vermişdi ki, nağıldakı Cırtdan axırda divi nə günə salır. Hər halda, partiyamız prezident seçkilərində iştirak edib. Bu da, onu göstərir ki, Liberal-Demokrat Partiyası heç də onların dediyi kimi deyil. Onların bu proseslərdə iştirak etməməsi, əksinə, onu göstərir ki, onlar öz eloktratını itirib. Bu da, onu deməyə əsas verir ki, burada yerdəyişmə olub, yəni biz onlardan daha üstünük.

- BAXCP, BQP, ALDP prezident seçkirlərində namizəd olaraq iştirak edib. Mümkündürmü, həmin partiya sədrləri blok şəklində bələdiyyə seçkilərinə getsin?

- Bu, mümkündür. Sadəcə, istəyimiz o olmuşdur ki, liberalyönümlü partiyalara blok şəklində gedək. O istiqamətdə danışıqlar aparırdıq. BAXCP, BQP öz aralarına qərara gəlmişdilər ki, seçkilərdə blok şəklində iştirak etsinlər. Sonradan niyə görə alınmadı, onu deyə bilmərəm. Amma bələdiyyə seçkilərində olmasa da, parlament seçkilərində 3 və ya 4 partiya bir qurumda birləşməsi gözləniləndir.

- Əgər dediyiniz partiyalarla bir qurumda birləşsəydiniz, digər partiyalara-Müsavata, AXCP (i) və s. təklif edərdinizmi?

- Əgər hansısa bir blok yaranırsa, o, axıra qədər getməlidir. Təəssüf ki, 15 ildən artıqdır ki, siyasi bloklar, qurumlar yaranıb və dağılıb. Sizin dediyiniz partiyalar da onların təsisçiləri olub. İstəməzdik ki, yaratdığımız hansısa blok həmin partiyalara görə dağılsın. Partlament seçkilərinə yaxın müddətdə, hansı ki, ümumi maraqlara görə təkliflərə baxıb müzakirə edə bilərik. Yaxın gələcəkdə biz bunu görmürük.

- Bloklar yaradılır, qısa müddətdən sonra dağılır. Bunun günahını partiya sədrlərinin özündə axtarmaq nə dərəcədə düzgün olardı?

- Yenə deyirəm ki, blokların dağılması yalnız şəxsi maraqlara görədir. Əgər sənə təklif irəli sürülür ki, dairələrdən, məntəqələrdən öz namizədlərini geri götür, sonra bu bloka daxil ol. Onu deyə bilərəm ki, bu, düzgün mövqe deyil. Çünki həmin nümayəndələrə parlamentdə təsdiq olunan partiyalara görə yerlər verilib. Əgər belədirsə, deməli, partlamentdən, ilk növbədə, öz deputatlarını geri çağırmalısan. Ondan sonra onların təklifini qəbul edə bilərsən. Yenə də burada şəxsi ambisiyalar, maraqlar üstünlük təşkil etdiyinə görə hərəkatlar dağılır.

Digər xəbərlər