- Ziyafət müəllim, bir müddət bundan əvvəl Türkiyənin həm baş naziri, həm də prezidenti Dağlıq Qarabağsız Ermənistanla sərhədlərinin açılmasının mümkünsüz olması barədə bəyanatlar verib. Buna baxmayaraq, bildiyiniz kimi Sürüxdə Türkiyə-Ermənistan arasında qarşılıqlı əməkdaşlığı və sərhədlərin açılmasını əks etdirən Protokollar imzalandı. Sizə elə gəlmir ki, Türkiyə bizi aldadır?
- Hamıya məlumdur ki, bu ilin may ayında Türkiyənin Baş naziri, cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Parlamentində oldu və Milli Məclisdə geniş bir açıqlama verdi. Onun çıxışı mənim çox gözəl yadımdadır. O belə bir bəyanat verdi ki, Azərbaycan torpaqları azad olunmayana kimi, Türkiyə Ermənistanla heç bir əlaqə qurmayacaq. Bu bəyanatın mənası ondan ibarətdir ki, yəni bütün Azərbaycan torpaqlarında Azərbaycanın suverenliyi bərpa olunmayana qədər, Türkiyə bu yola getməyəcək. Mən çox təəssüf edirəm ki, amma Türkiyə bu yola getdi və sənədlər Sürixdə imzalandı. İndi belə deyirlər ki, guya sənədlər gedəcək Türkiyə Parlamentinə və orada ratifkasiya olunmayacaq. Bunu zaman göstərəcək, gələcək göstərəcək. Amma hər halda mən təəssüf edirəm ki, Bakıda verilən bəyanat bu prosesin özünə uyğun gəlmir.
Bəzən deyirlər ki, guya Türkiyəyə ABŞ, Qərb tərəfindən təzyiqlər var. Bilirsiniz, mən bunları ciddi qəbul etmirəm. Ona görə ki, Türkiyə böyük dövlətdir, Türkiyənin böyük ordusu var, NATO-da ordunun gücünə görə Türkiyə ABŞ-dan sonra ikinci yerədə durur. Türkiyəyə əvvəllərdə müəyyən təzyiqlər olub. Məsələn, siz bilirsiniz ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəyə təzyiq edirdi ki, qoşunlarını Şimali İraqa yerləşdirsin, amma Türkiyə buna getmədi. Bununla da məsələ çözüldü. Yəni, əgər təzyiqə qalsa, o zaman Türkiyəyə çox təzyiqlər ola bilər. Azərbaycanın özünə elə bilirsiniz təzyiqlər olmur, amma Azərbaycan Türkiyədən balaca dövlət olsa da, bu duruşlara, bu təzyiqlərə dözür və sinə gəlir.
Mən hesab edirəm ki, əgər Türkiyəyə bu cür təzyiqlər var idisə, Türkiyə istəsəydi, onlara sinə gələ bilərdi. Digər bir tərəfdən məni çox narahat edən məsələlərdən biri də Ermənistan və Türkiyə arasında Protokolların imzalanması məsələsidir. Siz təsəvvür edin ki, bu Protokolların imzalanması prosesindən əvvəl həm Ermənistan, həm də ATƏT-in Minsk Qurupunun həmsədrləri bəyan edirdilər ki, guya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələləri ayrıca bir prosesdir. Yəni, bunu bir-birinə bağlamaq və qarışdırmaq olmaz. Amma, biz isə həmişə, o cümlədən bu gün də deyirik ki, bu proseslər bərabər və paralel getməlidir. Yəni, əgər sərhədlər açılırsa, mütləq Dağlıq Qarabağ məsələsi də paralel şəkildə həll olunmalıdır. Həmişə həmsədrlər deyirlər ki, bunlar ayrı-ayrı proseslərdir, bunları bir-birinə qatmaq olmaz.
O zaman sual çıxır, əgər bunlar ayrı-ayrı proseslərdirsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ABŞ, Fransa və Rusiyanın xarici işlər nazirləri Sürixdə Protokolların imzalanmasında nə edirdilər? Əgər Dağlıq Qarabağ problemi ilə sərhədlərin açılması prosesində heç bir əlaqə yoxdursa, o zaman həmsədr ölkələrin xarici işlər nazirlərinin orada nə işi vardı, nə şahidlik edirdilər?
Yəni, bunlar özlərinə bilavasitə aid olan işin həllini qoyublar bir kənara, gedib tamamilə bunlara aid olmayan bir işdə şahidlik edirlər. Yaxşı, sərhədlər açılırsa, bu Türkiyə ilə Ermənistanın öz işidir. Amma, sizin işiniz bilavasitə münaqişənin həll etməkdir, bilirsiniz ki, ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağın həlli üzrə ATƏT-in Minsk Qurupunun həmsədr ölkələridir. Siz gəlin bu məsələni həll edin, bu məsələdə şahidlik edin.
Mən soruşuram, bir dəfə də olsun ABŞ-ın dövlət katibləri və ya Fransanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bir dəfə də olsun bir araya gəliblər?
Gəlməyiblər, amma sərhədlərin açılması prosesində o saat getdilər Sürixə...
Bilirsiniz, bu həddindən artıq dünya birliyində ikili, üçlü standartların olduğunu göstərir. Mən çox təəssüf edirəm ki, bunların Ermənistana özəl münasibətləri var. Elə bil ki, bunlar Ermənistanı bir uşaq kimi bəslmək istəyirlər. Bəs beynəlxalq hüquq prinsipləri və normaları var. Axı, bu prinsip və normaları bu qədər alçatmaq olmaz. Bu dövlətlər böyük dövlətlərdir və dünyada davranış qaydalarında bu dövlətlər nümunə göstərməlidirlər. Çünki, bunların davranışından çox şey asılıdır. Digər dövlətlər də onların davranışından nümunə götürməlidirlər. Özlərinə aid olmayan işlə məşğuldurlar, özlərinə aid olan işlə məşğul deyillər. Mən bütün bunlara çox təəssüf edirəm və hesab edirəm ki, bu heç də beynəlxalq hüququn prinsip və normalarına hörmət gətirmir. Məsənin digəri olan Türkiyə tərəfinə baxaq, təbii ki, Türkiyə müstəqil dövlətdir, bizim dostumuz-qardaşımızdır öz yerində, amma suveren dövlətdir və kiminlə necə münasibət qurmağı onun öz işidir.
Bunu biz qəbul edirik, amma eyni zamanda onu da Türkiyədən gözləyirik ki, axı Ermənistanla sərhədlər məhz Dağlıq Qarabağın, Kəlbəcərin işğalına görə bağlanmışdı. İndi mən soruşuram Türkiyə prezidenti və ya Türkiyə Baş nazirindən: Bu işğal aradn götürüldümü? Kəlbəcər işğaldan azad olundumu? Dağlıq Qarabağ və onun ətraf rayonları işğaldan azad olundumu?
-Bəs yaxşı, o zaman belə çıxır ki, Türkiyə o vaxtı səhv edib sərhədləri bağlayıb?
Mən hesab edirəm ki, Türkiyə böyük dövlətdir və bu dövlətin xarici siyasətini yönəldən insanlar Azərbaycan kimi bir dost və qardaş dövlətə, bizim suveren hüquqlarımız hörmətlə yanaşmalıdırlar.
Bayağ mən dedim ki, Şimali İraq məsləsində Türkiyəyə təzyiqlər oldu, amma Türkiyə buna tab gətirdi. Eyni zamanda siz bayaq sualınızda maraqlı məsələ qoydunuz ki, "belə çıxır ki, Türkiyə bizi aldadır".
Axı Türkiyənin özünü aldadırlar. Fikir verin, Şimali və Cənubi Kipr məsələsilə bağlı BMT-nin sabiq Baş Katibi Kofe Annanın təşəbbüsü ilə referendum keçirildi, Kipr yunanları buna getmədilər, amma Şimali Kipr türkləri bu referenduma getdilər və Kofe Annan referendumuna "hə" dedilər.
Nəticəsi nə oldu, Türkiyəni yenə də aldatdılar. Heç bir müsbət nəticəsi olmadı. O vaxtı BMT-nin Baş katibi Kofe Annanın təklifi ilə belə bir referendum keçirilib və referenduma türk icması gedir və beynəlxalq hüquqa hörmət göstərir, amma bunun nəticəsini heç kəs nəzərə almır. Ona görə də mən güman edirəm ki, Türkiyə əgər bu Protokolları öz Parlamentində ratifkasiya edərsə, bu bizim qardaşlığımıza çox böyük xələl gətirəcək. Bu Azərbaycan xalqına qarşı çox böyük ədalətsizlik olacaq. Mən inanmaq istərdim ki, bu belə olmayacaq. Çünki, ən azından Türkiyə xalqı Azərbaycan xalqı ilə qardaşdır. Buna görə də Türkiyəni idarə edən insanlar bu məsələni mütləq nəzərə almalıdırlar.
- Əgər iki ölkə arasında imzalanan Protokollar Türkiyə Parlamentində ratifkasiya olunarsa, o zaman Azərbaycanın Türkiyə ilə olan münasibətlərində hər hansı dəyişiklik olacaq?
- Gəlin hadisələri qabaqlamayaq, istərdim ki, bu məsələ ilə bağlı bir az gözləyək görək ki, sözügedən ratifkasiya məsələsi Türkiyə Parlamentində necə olacaq, onun nəticəsindən asılı olaraq Azərbaycan öz mövqeyində sözsüz ki, müəyyən korrektələr edəcək.
- Türkiyə-Ermənistan arasında oynanılan futbol yarışı zamanı stadiona Azərbaycan bayrağlarının buraxılmaması və bayrağımızın təhqir olunmasına məsələsinə necə şərh verərdiniz?
- Bilirsiniz, bunu həddindən artıq şişirdib siyasiləşdirməyi Azərbaycan dövlətinə olan hörmətsizliyin əlaməti hesab edirəm. Siz fikir verin, eyni gündə Bakıda keçirilən Rusiya-Azərbaycan futbol matçında ən yuxarı yerlərdə Türkiyə bayrağları dalğalanırdı. Amma, FİFA ona etiraz etmədi, baxmayaraq ki, Azərbaycanla Rusiya oynayırdı. FİFA gəlib etiraz edəcək ki, Azərbaycan bayrağları niyə stadionda dalğalanır?
Bilirsiniz, bunların hamısı boş-boş sözlərdir, burada FİFA-nın heç bir günahını görmürəm. Bu sadəcə bir oyun idi. Bunu da belə qələmə verdilər ki, guya FİFA belə qərar verib. Mənim bayrağım, Azərbaycanın bayrağı hər bir ölkə vətəndaşı üçün, o cümlədən mənim üçün qürur mənbəyidir.
Mənim bayrağımı tapdalayırlarsa, deməli məni tapdalayırlar, məni təhqir edirlər. Bayrağın tapdalanması, təhqir olunması, Ziyafət Əsgərovun tapdalanması və təhqir olunması deməkdir. Hər halda, yəqin ki, bu məsələlər sonrdan da araşdırılacaq. Bu işi törədənlərə ar olsun deyirəm.
- Bu yaxınlarda Türkiyədən səfərdən qayıdan 11 nəfər deputatlarımızdan bəziləri Protokolların Böyük Millət Məclisində ratifkasiya olunmayacağına inandığlarını deyiblər. Sizdə məlumat var ki, bu əminlik onlarda haradan yaranıb?
- Deputatlarımıza təşəkkür edirəm ki, orada çox yaxşı işləyiblər. Səfər çərçivəsində deputatlarımız Türkiyənin dövlət və hökumət nümayəndələrilə görüşüb söhbət ediblər. Çox məhsuldar görüşlər aparıblar, televiziyalarda çıxış ediblər və bir daha Azərbaycanın mövqeyini, sərhədlərin açılmasından sonra vəziyyətin hansı istiqamətdə dəyişəcəyi haqda çox geniş məlumatlar veriblər. Amma iş burasındadır ki, cənab Ərdoğan bizim Parlamentdə çıxış edərkən də biz çox mımnun olmuşduq. O bəyanat verəndə ki, sərhədlər açılmayacaq, siz narahat olmayın və bu kimi vədlərə sevinmişdik. Amma, biri var təəssürat, biri də var real əməl.
Gözləyək, baxaq görək necə olacaq. İndi Türkiyədə də, Ermənistanda da çox tələsirlər ki, sərhədlər açılsın, Ermənistana oksigen maskası verilsin, Ermənistan özünə gəlsin və sairə. Amma, istərdim ki, bunu bütün türk xalqı bilsin. Bu gün Ermənistanın Konstitusiyasında və digər qanunvericiliyində Türkiyə ərazilərinə iddialarla bağlı müddəalar var. Bu gün hətta şifahi sözdə belə Ermənistan desə də mən Türkiyənin ərazi bütövlüyünü tanıyıram, bu tamamilə boş söhbətdir. Yəni, sərhədlər açılan kimi onların iddia etdikləri ərazilərdə erməniləri yerləşdirəcəklər və bir müddətdən sonra tələb edəcəklər ki, bura bizim torpaqlardır. O zaman Türkiyə nə edəcək?
Necə ki, ermənilər bunu bizim başımıza gətiriblər. Mən istəyirəm ki, bu məsələlərdə Türkiyə xalqı ayıq olsun. Çünki, bu ermənilər belə bir tayfadırlar ki, bunlar bir yerdə bir-iki il cəmləşən kimi, oranı mənimsəyirlər. Yəni, ermənilər özlərini qonaq kimi yox, yerli kimi hiss edirlər. Bunların elə bil psixologiyası korlanıb, zəhərlənib. Baxın, ermənilər bu cür tayfadırlar. Buna görə də mən bir daha o fikirdəyəm ki, hər halda bu sərhədlərin açılması nəinki Azərbaycana, birinci növbədə Türkiyənin özünə zərbə olacaq. Bunu da açıqlamaq istəyirəm ki, bu gün bir çox dövlətlərin marağındadır ki, Türkiyəni zəiflətsinlər, parçalasınlar. Bu həmin dövlətlərin əzəli maraqları olub. Türkiyədə bunu hər bir insanın bilməsi vacibdir.
Onlar sərhədləri ona görə açmırlar ki, Türkiyə gedib Ermənistanda investisiyalar qoysun. Onların sərhədləri açmaqda məqsədi başqadır. İndi siz fikir verin, bunlar sərhədi açırlar, ermənilər həmin ərazilərə köçürülürlər, digər tərəfdən kürd məsələsi və sairə. Görün nə günə qalıb ki Türkiyə, hətta Türkiyəyə deyirlər ki, Atatürkün mühafizə haqqında qanununu rədd edin. Atütürk bu dövlətin qurucusudur. Görün Türkiyənin milli heysiyyatına necə toxunurlar. Biz türk deputatları ilə bu mövzuda çox söhbətlər edirik: Guya Avropa İttifaqının bunların qarşısında qoyduğu şərtlərdir ki, siz mülkü cəmiyətə keçməlisiz, ordu söz sahibi olmamalıdır və sairə.
Bunların məqsədi ondan ibarətdir ki, Türkiyəni zəiflətsinlər. Amma, mən yenə də məsuliyyəti ilə deyirəm ki, bu problemləri Türkiyə hətta həll etsə belə, onlar Türkiyənin qarşısında yeni şərtlər qoyacaqlar.
- Nəzərə alsaq ki, 15 ildən artıqdır 20 faizdən artıq torpağlarımız erməni işğalı altındadır. Əgər Ali Baş Komandanımız tərəfindən hərbi-səfərbərlik elen edilərsə, Azərbaycan dövlətinin hazırkı vəziyyətdə gücünü necə qiymətləndirirsiniz?
- İstəyirəm ki, hörmətli oxucularımız da bilsinlər ki, ulu öndərimiz Heydar Əliyev bizə hər zaman məsləhət görürdü və tövsiyyə edirdi ki, biz hər zaman özümüzə, iqtisadiyyatımıza və öz ordumuza arxalanmalıyıq. Həyat göstərdi ki, ulu öndər doğrudan da uzaqgörən bir siyasətçi, uzaqgörən dövlət adamı olub. Bu gün də mən ulu öndərimizin o fikirlərini təsdiqləyib deyirəm ki, bu gün Azərbaycan torpaqlarının işğaldan azad olunması Azərbaycan ordusunun gücündən asılıdır.
Bizim ordumuz nə qədər güclü olsa, diplomatiyamız da bir o qədər güclü olacaq. Ordunun güclü olması üçün isə iqtisadiyatımız güclü olmalıdır. Şükr allaha ki, ordumuz da güclüdür, iqtisadiyyatımız da. İqtisadiyyatımızın güclü olması üçün möhtərəm Prezidentimiz İlham Əliyev olmalıdır və biz onu müdafiə etməli, dəstəkləməliyik. Bu üç kompanent - ordu, iqtisadiyyat və ölkə Prezidenti cənab İlham Əliyev varsa, Azərbaycan da güclü olacaq. Çünki, bu gün Azərbaycanda ordunun güclənməsi iqtisadiyyatdan keçir, iqtisadiyatın güclənməsi isə möhtərəm Prezident İlham Əliyevin apardığı siyasətdən keçir. Azərbaycanda bütün bu güclənmənin başında möhtərəm Prezidentimiz İlham Əliyev cənabları durur.
Mən istəyirəm ki, bunu hər bir oxucumuz bilsin. Bu sözlər sadəcə bir iqtidar nümayəndəsinin dediyi ifadələr deyil. Mən daxilən buna inanıram və daxilən buna əminəm ki, bu doğrudan da belədir. Çünki, görə-görə gəlirik. Baxın, son 5 il ərzində Cənab Prezident nə qədər işlər görüb. Hətta müxalifətdə olan insanların arasında da Azərbaycanda gedən işlərə böyük qiymət verənləri var. Onlar özləri də əmin olub görürlər ki, bəli bu günki ordunun güclənməsi, bu günki iqtisadiyyatın güclənməsi, əhalinin güzaranının yaxşılaşması bilavasitə ölkə rəhbəri, bizim cənab Prezidentimiz İlham Əliyevin xidmətidir.
- Azərbaycanın Hərbi Doktrinası ilə bağlı müvafiq iş aparılırdı...
- Cənab Prezidentin Sərəncamı əsasında Azərbaycanın Hərbi Doktrinası ilə bağlı xüsusi Komissiya yaradılıb və bu Komissiya hazırda işləyir. Mən bildiyimə görə, sözügedən sənədin üzərində artıq tamamlanma işləri gedir və cənab Prezident tərəfindən təqdim olunduqdan sonra yəqin ki, biz onu təsdiq edəcəyik. Yəni, bu Konstitusiya ilə Prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Adətən, dövlət başçımız sənədi Azərbaycan Milli Məclisinə təqdim edir və biz də onu təsdiq edirik. Hərbi Doktrina bizim konstitusion institumuzdur və buz bizim Konstitusiyada yazılıbsa, biz bunu qəbul etməliyik. Mən belə fikirləşirəm ki, Hərbi Doktrinanın vaxtı bir az yubansa da, bu sənəd hərtərəfli və balanslaşdırılmış bir sənəd olacaq. Yəni, regionda baş verən son proseslər bizi məcbur edir ki, biz bu sənədi daha da kamilləşdirək və onu Azərbaycan xalqı və dövlətinin mənafeyinə uyğun formada ortaya qoyaq.
- Qarşıdan NATO Parlament Assambleyasının Qış Sessiyası gəlir. Bu sessiyada Azərbaycanla bağlı hansı məsələlərin müzakirə olunması gözlənilir?
- Bizim ora səfərimiz noybar ayında nəzərdə tutulub. Həmin sessiyada konkret Azərbaycanla bağlı ayrıca mövzu olmayacaq. Gündəlik hələ dəqiq məlum deyil, amma təxminən noyabrın əvəllərində biz sessiyanın gündəliyini əldə edə biləcəyik. Hələlik mən bildiyimə görə, sessiyada xüsusi olaraq Azərbaycan və ya Ermənistanla bağlı müzakirə olunacaq mövzu yoxdur.
- Son vaxtlar orduda zəhərlənmə ilə bağlı bir neçə dəfə məlumatlar yayılmışdı. Bu məsələyə münasibətiniz necədir?
- Mən əlbəttə ki, belə fikirləri tamamilə rədd edirəm. Bu gün Azərbaycan ordusu NATO standartlarına cavab verən kamil bir ordu səviyyəsindədir və istənilən işğalçını yerində oturtmaq gücündədir. Sadəcə nəzərə almaq lazımdır ki, ordu cəmiyətin bir hissəsidir. Cəmiyyətdə necə ayrı-ayrı hadisələr olursa, orduda da belə hallar mümkündür. Əsas odur ki, belə hallar olanda, ordu rəhbərliyi və hərbi prokurorluq buna dərhal reaksiya verir və bu məsələ dərhal aradan qaldırılır. Amma, kütləvi zəhərlənmələr barədə deyilən məsələlər ordunu gözdən salmaq məqsədi daşıyır.
- Alternativ xidmət haqqında qanun layihəsi nə vaxt qəbul olunacaq?
- Alternativ xidmət haqqında bizdə qanun layihəsi var. Biz bu sənədi Avropa Şurasının Venesiya Komissiyasına göndərmişik və oradan bizə cavab gəlib. Onların cavabı analiz olunub və indi həmin cavablar yenidən ora göndərilib. Yəni, biz qarşılıqlı surətdə işləyirik və eyi zamanda biz həmin qanun layihəsi ilə bağlı Azərbaycanda müvafiq dövlət qurumlarının, Müdafiə Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Respublika Hərbi Komisarlığının, Qafqaz Müsəlmanları İdarəsinin rəylərini almışıq ki, bu sənəd kamil bir formada ortaya çıxsın.
-Hazırda da biz Venesiya Komissiyası ilə birgə sözügedən sənəd üzərində çalışırıq. Yəqin ki, o rəylər razılaşdırıldıqdan sonra biz bu qanun layihəsini artıq qəbul edə biləcəyik. - Milli Məclisin növbəti sessiyalarında hansı məsələlərlə bağlı qanun və qanun layihələrinin qəbul olunması nəzərdə tutulub?
- Bilirsiniz ki, birinci iclasımızda Milli Məclisin Payız Sessiyasının qanunvericilik işləri planını təsdiq etmişik. Yaz sessiyasından qalan bir sıra qanunlar var idi. Növbəti sessiyanın iclaslarında Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi, Rəqabət Məcəlləsi, Məişət zorakılığının qarşının alınması haqqında, Həbs yerlərində saxlanılan şəxslərin hüquqularının və azadlıqlarının təmin edilməsi haqqında, Sülməramlı əməliyyatlarda iştirak haqqında, Bank olmayan kredit təşkilatları haqqında, Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında, Bələdiyyələrin dövlət reystrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında və digər qanun layihələrinin qəbul olunması nəzərdə tutulub.
Payız Sessiyasının da qrafiki çox sıxdır və qəbul olunması nəzərdə tutulan sənədlərimiz var. Əlbəttə ki, biz çalışacağıq ki. həmin sənədlərin hər birini qəbul edək.