PDF Oxu

Müsahibə

  • 12

Ermənistan dünya birliyindən təcrid olunur

Ermənistan dünya birliyindən təcrid olunur

- BMT-nin açıqladığı hesabata görə, Ermənistan əhalisi aclıq və səfalət içərsində yaşayır. Mövcud fakt Sarksiyan hakimiyyətinin səhv siyasətinin məntiqi nəticəsi hesab etmək olarmı?

- Bunun belə olduğunu BMT-nin açıqlaması olmadan da bilmək olar. Ermənistanın qonşu dövlətlərdən birinin torpağını işğal etməsi və digərinə isə iddia etməsi aydın məsələdir ki, sərhədlərin bağlanmsına və Ermənistan iqtisadiyyatını pis vəziyyətə gətirib çıxarmalı idi. Eyni zamanda, hərbiləşdirilmiş büdcə ölkənin sosial vəziyyətini acınacaqlı bir durumda salıb. Fikrimcə, bu gün Ermənistanda hər hansı bir inkişafdan danışmaq olmaz, adıçıkilən ölkədə ancaq bir sahə inkişaf edir, o da orduya daha çox vəsaitin ayrılmasıdır. Hesab edirəm ki, nə qədər ki, Ermənistan belə siyasəti yürüdəcək, həmişə bu cür problemlər içərisində itib-batacaq.

-Türkiyə ilə Ermənistan arasında sərhədlər açılarsa, bu, işğalçı ölkələrin iqtisadi dirçəlişinə səbəb ola bilərmi?

- Qonşu İran ilə sərhədlər açıqdır və İran Ermənistana enerji resusları və gündəlik tələbat mallarını geniş çeşiddə ötürür. Əgər bütün qonşu dövlətlər Ermənistala sərhədlərini bağlasaydı, Ermənistan işğal etdiyi torpaqlardan əl çəkərdi və normal sivil qaydada qonşularla yaşamağa üstünlük verərdi. İndi isə Türkiyə ilə bağlı eyni bir prosesin yaşanması gözlənilir. Türkiyə sərhədləri açacaqsa, aydın məsələdir ki, Azərbaycanın Ermənistanla apardığı danışıqlarda Ermənistanın mövqeyi sərtləşəcək. Fikrimcə, Ermənistan müəyyən qədər öz problemlərini Türkiyənin vasitəsi ilə həll etməyə çalışacaq. Ona görə də, çox istərdik ki, Türkiyədə buna çalışan dairələr bu məsələnin narahatçılığını hiss etsinlər. Biz gözləyirik ki, Türkiyə Azərbaycana verdiyi sözü yerinə yetirəcəkmi?

- KİV-lərdə yayılan məlumatlara görə, Türkiyə-Ermənistan arasında imzalanan protokol Türkiyə Böyük Millət Məclisində qəbul olunarsa, sərhədlər açılarsa, bu, işğalçı ölkə prezidentinin fiziki məhvi ilə nəticələnək. Buna Sizin münasibətiniz?

- Bütün bu Ermənistanla bağlı olan fikirlər fərziyyələrdir. Ancaq aydın məsələdir ki, Ermənistanda proseslər asan yolla getmir. Bu da ondan irəli gəlir ki, cəmiyyət uzun müddətdir psixoloji təzyiq altında qalır. Erməni xalqının siyasi liderləri uydurma soyqırım və qonşu dövlətlərin torpaq iddiası ilə daima təsir altında saxlamağa çalışırlar. Cəmiyyət sağlam və normal bir ideologiya və siyasət eşitmir və erməni millətçilərinin əlində bir oyuncağa çevrilir. İş burasındadır ki, bu gün həmin o siyasət Ermənistanı çıxılmaz vəziyyətə gətirib çıxarıb. Fikrimcə, Ermənistan istər-istəməz özü üçün bir çıxış yolu axtarıb tapmalıdır. Burada siyasi rəhbərlik məsələsi ikinci dərəcəli məsələdir. Yəni Ermənistan cəmiyyəti oyanır və nəyisə daha yaxşı dərk etməyə çalışır. Bu baxımdan, Sarksiyan da bu iki qüvvənin köhnə qaydalarını saxlanması ilə yeniliyin olmasını arzuluyan qüvvələr arasında bir manevr etməyə çalışır. Ermənistanda mütləq bu dəyişiliklər getməlidir. Söbhət Sarkisiyanın personasından və yaxud da kimin hakimiyyətdə qalmağından getmir. Ona görə də, əgər torpaqlar işğaldan azad olunacaqsa və qonşu dövlətlərlə normal siyasət qurulacağsa, bunun iqtisadi bəhrəsini cəmiyyət özündə görəcək və köhnə iddialardan əl çəkməyə başlayacaq.

- Türkiyə və Ermənistan ictimaiyyəti iki ölkə arasında münasibətlərin qurulmasına etiraz edir. Sizin fikrinizcə, bu, adları çəkilən dövlətlərinin hakimiyyətlərinin Azərbaycanı aldatmaq üçün növbəti hiyləsi ola bilərmi?

- AKP "problemsiz qonşular" siyasətini həyata keçirmək istəyir. Yəni son dövrdə viza rejimi ləğv edildi, İranla münasibətləri normallaşdırmağa, işğalçı dövlətlə sərhədləri açmağa çalışır. Bir məsələni də qeyd edim ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılsa, bu, Dağlıq Qarabağ münaqişəsinə mənfi təsir edə bilər.

Digər xəbərlər