PDF Oxu

Müsahibə

  • 16

Maliyyə böhranı Azərbaycana təsir göstərməyib

Maliyyə böhranı Azərbaycana təsir göstərməyib

- Əli müəllim, dünyada hökm sürən maliyyə böhranının Azərbaycana təsirini yaxın gələcək üçün necə proqnozlaşdırırsınız?

- Qlobal iqtisadi böhranın Azərbaycana təsirini bu ilin yanvar ayından aprel ayınadək davam edib. Aprel-may ayından başlayaraq iqtisadiyyatda müəyyən meyillər var. Əgər yanvar ayında ÜDM-nin azalması müşahidə olunurdusa, ondan sonrakı aylarda aşağı templə də olsa, artım müşahidə olunur. Mart ayında bankların aktivlərinin ən aşağı həddi 8 milyard 815 milyon manata qədər endiyinin şahidi olmuşduq. Hazırda bu aktivlər 9 milyard 191 milyon manata qədər artıb. Əhalinin əmanətləri ən aşağı həddə qədər, yəni aprel ayının 1-də 1 milyard 772 milyon manata qədər enib. Hazırda bu rəqəm 1 milyard 912 milyon manatdır. Aprel ayının əvvəlində Azərbaycanda kredit qoyuluşları 6 milyard 37 milyon manata qədər enmişdirsə, indi bu göstərici 6 milyard 287 milyon manat təşkil edir. Ölkənin fəaliyyətin təşkil edən maliyyə-bank sektoru böhranın təsirindən xilas olmaq üzrədir. Yaxın vaxtlarda bank sektorunun daha da canlanmasının şahidi olacağıq.
Əlbəttə ki, maliyyə böhranının hər bir ölkəyə öz təsiri olub. Dünya iqtisadiyyatına dəyən ziyan isə trilyonlarla dollar məbləğində ölçülür. Azərbaycana bir neçə istiqamətdə müəyyən dərəcədə ziyan dəyib. Xüsusilə, neftin qiymətinin aşağı düşməsi nəticəsində ümumi zərər burada qeyd oluna bilər. Məsələn, 1 barrel neftin qiymətinin aşağı düşməsi Azərbaycanın ümumi illik gəlirini təxminən 200-250 milyon dollar azaldır. Dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürüldüyünü və qiymətlərin 40-70 dollar intervalda hərəkət etdiyini nəzərə alsaq, bunun Azərbaycana ziyan gətirdiyini söyləmək olar. Amma qeyd etmək lazımdır ki, neftin qiymətinin aşağı düşməsinə Azərbaycan hökuməti tərəfindən adekvat cavab verildi. Dərhal neftin hasilatı azaldıldı. Bu il 65 milyon ton neft hasil etmək barədə düşünürdük, ilin sonuna qədər isə bu hasilatın 45 milyon tona qədər azaldılacağı gözlənilir. Yəni, bu, bizim üçün itki deyil və həmin neft quyularda saxlanılır.

- Böhrandan ən çox hansı ölkələr ziyan çəkib?

- Böhran ABŞ-ın iqtisadiyyatında başladı və adıçəkilən ölkənin iqtisadiyyatı ilə sıx əlaqəli olan ölkələrə keçdi. Müxtəlif ölkələrə güclü, orta və zəif şəkildə təsir göstərib. Nə qədər ki, ABŞ, Avropa Birliyi ölkələrinin iqtisadiyyatı böhrandan çıxmayıb, hələlik, böhranın başa çatmasından danışmaq olmaz. Dünya statistikasına baxanda, görürük ki, dünya iqtisadiyyatında bu il 1,7 faizə qədər gerilimə olub. İnkişaf etməkdə olan ölkələrdə bu gəlir hardasa, 2 faizdən yüksək olacaq. Dünya üzrə götürəndə Çində və Hindistanda artım olacaq. Çində 8 faiz artım gözlənilir və çoxları da düşünür ki, dünya iqtisadiyyatını böhrandan çıxarılmasında lokomativ rolunu adıçəkilən ölkənin iqtisadiyyatı görə bilər. MDB ölkələrindən Rusiya, Ukrayna, Qazaxıstan və Ermənistan iqtisadiyyatı ziyan çəkib. Baltikayanı ölkələrə tez-tez səfər edirəm. Həmin ölkələrin iqtisadiyyatı ilə yaxından tanışam. Baltikyanı ölkələrin içərisində böhran ən çox Latviyaya təsir göstərib. MDB məkanında ən az təsir Azərbaycana, Türkmənistana, Özbəkistana dəyib. Ona görə də, qaz hasil edən ölkələrdən - Rusiyada 6, Qazaxıstanda 2 faizdən çox enmə gözlənilirsə, Azərbaycanda aşağısı 5, yuxarısı 7 faizə qədər artım gözlənilir. Bu, özü onu göstərir ki, MDB məkanında olan üç ən iri neft hasil edən ölkələr içərisindən ikisi bu il böhrandan çıxa bilməyəcək, yəni enmələr davam edəcək. Azərbaycan isə 5-7 faiz artım gözlənilir. Həmin artımı MDB-nin orta göstəricisi ilə müqayisə etdikdə, MDB-yə daxil olan ölkələrin iqtisadiyyatında bu il orta hesabla 6 faizə qədər enmə olacaq. Azərbaycanda isə, yuxarıda qeyd etdiyim kimi, artım olacaq. Bir sıra səbəblər var ki, həmin səbəblərin içərsində, xüsusən, Azərbaycanın maliyyə bazarı beynəlxalq bazarından asılı olmaması məsələsi rol oynayır. Məsələn, Rusiyanın, Qazaxıstanın iqtisadiyyatının maliyyə bazarı beynəlxalq bazarından çox asılı idi. Ona görə də, böhran zamanı Rusiya və Qazaxıstan iqtisadiyyatına üç qat, Azərbaycana isə, bir qat zərbə dəydi. Yəni, Rusiya iqtisadiyyatınd neftin qiyməti kəskin aşağı düşdü. Bu, həm Rusiyanın, həm Qazaxıstanın, həm də Ukraynanın gəlirlərinə çox ciddi mənfi təsir göstərdi. Amma Azərbaycanın maliyyə sektorunda 2,5 milyard dollarlıq maliyyə kapitalı var idi. O da bütün kapitalın hazırda təqribən 20-25 faizini təşkil edirdi. Azərbaycan bankları da 2,5 milyardlıq vəsaitin çox hissəsini artıq qaytardı. Amma bu rəqəm Rusiya və Qazaxıstanda həddən artıq yüksək səviyyədədir. Ona görə də, tərəf-müqabilləri vəsaiti geri çəkəndə, Rusiya iqtisadiyyatına zərbə dəydi. Azərbaycan iqtisadiyyatı ilə müqayisədə başqa ölkələrin iqtisadiyyatına böhranın təsiri daha çox oldu.

- İqtisadi artım olsa da müəyyən maliyyə, pul və bank sistemində müəyyən qədər problemlərin olduğu qeyd olunur. Xüsusilə, manatın məzənnəsi ilə bağlı ekspertlərin iddialarına görə, dollara nisbətən müəyyən ucuzlaşmalar müşahidə edilib. Bu vəziyyəti necə izah edərdiniz? Doğrudan da, bu problemlər mövcuddur?

- Manatın dollara nisbətən dəyərinin artması, bütövlükdə, Azərbaycan iqtisadiyyatı üçün bir sıra problemlər yarada bilər. Əgər manatın dəyəri süni surətdə qalxırsa və bu, davamlıdırsa, o zaman idxalçıların əlində cəmlənir. Ona görə də, manatın dəyərinin dollara nisbətdə aşağı düşməsinin iqtisadiyyata ziyanı yoxdur.

Digər xəbərlər