PDF Oxu

Müsahibə

  • 12

“Çoxları böhtan və şantajdan istifadə edir”

“Çoxları böhtan və şantajdan istifadə edir”

- Mirmahmud bəy, Qarabağla bağlı keçirdiyiniz piket və forum müxalifətdə təmsil olunan partiyalar tərəfindən bir o qədər dəstək qazanmadı. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Kimin dəstək və önəm verməsi bizim üçün önəmli deyil. Önəmli olan odur ki, Qarabağla bağlı keçirdiyimiz forum və aksiya millətin mənafeyinə uyğun idi. Müxalifət partiyalarından kimin iştirak edib etməməsi bizi bir o qədər də maraqlandırmır. Hesab edirik ki, atdığımız addım doğrudur və bu addımı kimin qəbul edib- etməməsi önəmli deyil.

- Arif Hacıyev bəyan edib ki, mitinq xatirinə bu cür aksiyalar keçirilir...

- Mən heç kimin sözünə, fikrinə şərh vermək istəmirəm.

- Qarabağ forumuna dəstək qazanmayan "Demokratiya Uğurunda İttifaq" əqidə yoldaşları ilə bələdiyyə seçkilərinə birgə gedə biləcəkmi?

- Onu kim deyir ki, Qarabağ forumu ilə bağlı dəstək qazanmırıq? Bələdiyyə seçkilərində də hər kəs özünə məxsus tərzdə iştirak edəcək. Düzdür, seçkilərdə təşkilatlar iştirak etməmək haqqında qərar qəbul edirlər. Bizim isə, elə qərarımız yoxdur. Ona görə də hər kəsin öz bloku, dostu, müttəfiqi var və bunu da təbii qarşılamaq lazımdır.

- Bələdiyyə seçkiləri yaxınlaşmamış seçkilərdə iştirakı etməmək qərarı nə dərəcədə düzgündür?

- Bələdiyyə seçkilərinə hazırlıq olmalıdır.

- Seçkilərdə iştirak etməmək çıxış yolu sayıla bilər?

- Seçkilərdə mütləq iştirak etmək lazımdır.

- Partiyaların hazırkı durumunu necə xarakterizə edərdiniz?

- Onu zaman göstərəcək. Bütün proqnozlar özünü doğrultmur ki? Seçkilər göstərəcək ki, kimin gücü və bazası nədir. Demokratik seçki keçirilsə, bütün proqnozlar alt-üst olar.

- Onda siz parlamentə qeyri-demokratik yolla seçilmişdiniz?

- Hər seçki ərəfəsi Seçki Məcəlləsində təkmilləşmə gedir.

- Siz hansı formada deputat seçilmişdiniz?

- Əli-Bayramlı-Salyan seçki dairəsindən məndən başqa heç kim səs almamışdı. Alternativlərim də mənim qələbəmi tanımışdı.

- Maraqlıdır, seçiləndə, dəstək qazananda demokratik adlandırılır. Amma seçilməyəndə sizə qarşı haqsız olduqlarını iddia edirsiniz.

- Sualınız birbaşa mənə aid deyil. Hər kəs şahiddir ki, mən o mövqedə olmamışam. Düzdür, adamlar böhtan, şantajdan istifadə edirlər. Bunlar mənim xarakterimə yaddır. Mənim siyasətimdə bu, yoxdur.

- Hazırkı mərhələdə müxalifət dağınıq və pərakəndə haldadır. Sizcə, belə bir qüvvə ilə seçkilərdə uğur qazanmaq olar?

- İstəsən həmin dağınıq qüvvəni bir yerə yığmaq olar.

- İki partiya tapa bilməzsən ki, birinin sözü o birisinin boğazından keçsin...

- Kifayət qədər tapmaq mümkündür və ondan ötrü bədgüman olmağa dəyməz.

Digər xəbərlər