PDF Oxu

Müsahibə

  • 12

“Mənfi enerjili millət olan ermənilər heç zaman riyakarlıqdan əl çəkməyəcəklər”

“Mənfi enerjili millət olan ermənilər heç zaman riyakarlıqdan əl çəkməyəcəklər”
Müsahibimiz politoloq Qabil Hüseynlidir
-Türkiyə XİN-i Bakı-Laçın-Yeravan-Ədirnə magistral yolunun çəkilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs reallaşa bilərmi və bunun ölkəmizə nə kimi təsiri olacaq?
-Mütəxəssislər Azərbaycan üçün strateji və iqtisadi baxımdan bu yolun əlverişli alternativini söyləyiblər. Deyilənlərə görə, SSRİ dönəmində Bakı-Füzuli-Mehri-Naxçıvan-Ermənistan-Türkiyə marşurutu nəzərdə tutulmuşdur. Bu dəfə isə Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu siyasi mativləri özündə əks etdirən bir yol layihəsi irəli sürüb. Türkiyə hökuməti biri-birinə düşmən olan xalqları birləşdirən strateji bir xəttin çəkilməsini istəyir. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün atılan addımlardır. Ancaq təəssüflər olsun ki, Ermənistan bütün bu cür təklifləri rədd edir. Qeyd olunan yol məsələsində ermənilər həssasdırlar. Çünki onların bu cür kommuinikasiya əlaqələrinə ehtiyacları var və ola bilsin ki, onlar bunu dəstəkləsinlər. Amma Azərbaycan bu cür layihələri o zaman dəstəkləyər ki, ölkəmizlə Ermənistan arasında olan buzlar ərisin və işğal altında olan torpaqlarımız geri qaytarılsın. Nə qədər ki, torpaqlarımız işğal altındadır, o vaxta qədər Azərbaycanla Ermənistan arasında kommunikasiya əlaqələrinin qurulması mümkün deyil.
-Bəzi ekspertlər Türkiyə-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də həll ediləcəyini bildirir. Bu, real görünürmü?
-Həmin ekspertlər çox nikbindirlər və çox şeyi nəzərə almırlar. Çünki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması, sərhədlərin açılması işğalçı dövlətin iqtisadi baxımdan güclənməsinə və danışıqlar masası arxasında daha aqressiv, barışmaz olmasına gətirib çıxarır. Yəni hesab etmirəm ki, iki ölkə arasında sərhədlərin açılmasının Dağlıq Qarabağ münaqişəsinə müsbət təsiri olacaq. Mənfi enerjili millət olan ermənilər heç zaman riyakarlıqlarından, böyük Ermənistan yaratmaq ideyalarından əl çəkməyəcəklər. Onlar yenə ərazi iddiaları ilə çıxış edəcəklər. Rusiya tərəfindən idarə edilən ermənilər 2 əsrdən çoxdur ki, regionu çalxalayırlar.İşğalçı dövləti şirnikləndirmək yolu ilə deyil, dar bir çərçivəyə salmaqla onları məğlub etmək olar.
-KİV-in yaydığı məlumata görə, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması ABŞ-ın təzyiqi ilə baş tutub. Bu, həqiqitə uyğundurmu?
-Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının ABŞ-ın təzyiqi ilə baş tutmasına şübhə etmirəm. Bu, Barak Obamanın seçkiqabağı verdiyi vədlər sırasına daxildir. Birləşmiş Ştatların prezidenti B. Obamanın Türkiyəyə rəsmi səfər edərkən, onun danışıqlarının əsas mövzusu Ermənistanla sərhədlərin açılması məsələsi idi. Bir ay yarım müddətində ABŞ prezidenti bir neçə dəfə Türkiyə rəsmiləri ilə telefonla danışıb. Yəni Ağ Ev Administrasiyası Türkiyədən Ermənistanla aralarındakı sərhədi açmağı tələb edir. Fikrimcə, iki ölkə arasında sərhədlərin açılması mütləq baş tutacaq.
-RF mətbuatının yaydığı məlumata görə, Türkiyə- Ermənistan münasibətləri normallaşarsa, bir il ərzində Gürcüstan tranzit ölkə hüququnu itirəcək və işğalçı ölkə də regional layihələrə cəlb olunacaq. Buna sizin münasibətiniz?
-Bu, Rusiya mətbuatının uydurduğu fikirlərdir. Əvvəla, Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər xətlər Gürcüstandan keçir. Bundan əlavə, Azərbaycanı yüklə təmin edən xüsusi yollar həmin ölkənin ərazisindən keçir. Çünki ölkəmizin dənizə çıxışı Gürcüstan vasitəsilədir. Yəni adıçəkilən ölkənin tranzit ölkə hüququnu itirəcəyi mümkün deyil. "Nabucco" layihəsinin Ermənistan ərazisindən keçməsi haqqında fikirlər səslənir. Amma bu, inandırıcı görünmür. Əgər işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın bütün maraqlarını təmin etsə, o zaman respublikamızın da mövqeyində müəyyən dəyişiklik ola bilər. Ancaq hələ ki, Ermənistan 20 % torpağımızı işğalda saxlayır. Belə olan tədqirdə, adıçəkilən ölkənin regional layihələrdə iştirak etməsi qətiyyən mümkün deyil.

Digər xəbərlər