PDF Oxu

Müsahibə

  • 5

“Dövlət Proqramı idarəetmənin yeni modelindən xəbər verir”

“Dövlət Proqramı idarəetmənin yeni modelindən xəbər verir”

- Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrasına başlanılıb. Bu proqramdan Azərbaycanın iqtisadi inkişafında görülən işlər nədən ibarət olacaq?

- İlk növbədə, bu proqram Azərbaycanda idarəetmənin yeni modelindən xəbər verir. Çünki regional idarəetmə Azərbaycanda ölkə başçısının idarəetmə modeldir. Bunun ardınca ikinci bir istiqamət gəlir. O da proqramlarla idarəetmədir. Regionların idarəedilməsi proqramından başqa hər hansı bir sahənin idarəedilməsi də xüsusi dövlət proqramları ilə aparılır ki, bu da öz səmərəliliyini artırır. Regionların sosial-iqtisadi inkişafında ötən proqramda Prezident ciddi məsələ ortaya atmışdı. Bu da sosial maraqların adreqasiyası texnologiyasına uyğun iş yerlərinin yaradılması idi. İş yerlərinin yaradılması üçün region mərkəzlərində infrastruktur yarandı, məktəb tikintisinə vüsət verildi, yol çəkildi, şəhər mərkəzlərində abadlıq işləri aparıldı. Bu mərhələdə daha çox kənd mərkəzlərindən çox kəndlərin qazlaşması, yol məsələsi gündəmə gəldi. Yəni, bu istiqamət artıq region mərkəzlərindən kənd mərkəzlərinə doğru yönəlib. Bu da proqramın özəlliklərindən biridir. Digər bir istiqamətdə var ki, kənd təsərrüfatının inkişaf etdirilməsi, kəndin vüsət alması, kənd sahələrində becərilmə, aqrolizinq, aqrotexnika ilə bağlı olan məsələlər, kəndin sosial inkişafı bu proqramın özəyində duran məsələrdən biridir.

- Dünyada hökm sürən maliyyə böhranı ilə əlaqədar olaraq, ikinci Dövlət Proqramında müəyyən sahələrin təxirə salınması mümkündürmü?

- Azərbaycan dövlətinin, eləcə də ölkə başçısının bir baş xətti odur ki, sosial məqsədlərə ayrılmalar günü-gündən artır. Bu, yeni vüsətlə inkişaf edir. Əsaslı, bəzi kapital qoyuluşları ola bilər ki, onlarda azalma olsun. Amma sosial məqsədlərə olan ayırmalar həmin qayda ilə artır, inkişaf edir. Dövlətimizin baş məqsədi Azərbaycan xalqı olduğuna xalqa yönələn nə varsa, hamısı yerində qalır.

- 2004-2008-ci il Dövlət Proqramında iş yerlərinin açılması dəqiq rəqəmlərlə göstərilmişdi. Bu proqramda nə qədər iş yerinin açılması gözlənilir?

- Burada iş yerinin açılmasının dəqiq rəqəmi yoxdur. Bu proses davam edir.

- Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramının icrası kənddən şəhərə axının qarşısının alınması üçün hansı önəmli işlər görülüb?

- Regionların sosial-iqtisadi inkişafında bu məsələ önə çəkilib ki, Bakıya axının qarşısı alınsın. Çünki iş yerləri yarananda region mərkəzlərində insanlar məskunlaşır. Bunun bariz nümunəsi nədir? Bu gün mənzil tikintisi üçün müraciət edənlərin sayı 2-3 dəfə artıb. Yardımlı rayonunda 12 dəfə artıb. Elə rayonlar var ki, orada 30 dəfə artıb. Bu, o deməkdir ki, insanlar artıq məskunlaşırlar. Əgər biz 1990-cı illərlə müqayisə etsək, o vaxtı Azərbaycanda fərdi mənzil tikintisi, demək olar ki, sıfıra bərabərləşirdi. Adamlar Bakıya, Rusiya şəhərlərinə miqrasiya edirdilər. Yuxarıda qeyd etdiyimi kimi, bu gün kəndlərdə, kənd mərkəzlərində, rayonlarda mənzil tikintisi geniş vüsət alıb.

- Seçildiyiniz Lənkəran rayonunda əhalinin güzaranı, orada sosial-iqtisadi vəziyyət necədir?

- Lənkəran Azərbaycanda hər kv km-ə düşən əhalinin sayına görə, əhalisi sıx olan rayonlardan biridir. Ona görə də, burada əmək ehtiyatları bir az çox olub. Bütün buna baxmayaraq, bu günün özündə də Lənkəranda 600 boş iş, vakant yeri var. Ölkədə daha çox seçim problemi var. İş yerləri bazara uyğunlaşmalıdır. Bu baxımdan, problemlər var. Bəzən bu da bizi qorxutmamalıdır ki, miqrasiya prosesi var. Azərbaycanda əmək miqrasiyası haqqında qanun var. Təsəvvür edin ki, dünyanın bir sıra ölkələri-Ərəb Əmirliklərinin əhalisinin 49 faizi miqrantdır. Buna baxmayaraq, Lənkəranda boş iş yerləri var. Çünki müəllim var, dağ kəndlərinə getmək istəyən yoxdur.

Digər xəbərlər