PDF Oxu

Müsahibə

  • 5

“Mən bulmaca həll etmək fikrində deyiləm”

“Mən bulmaca həll etmək fikrində deyiləm”
- Arif bəy, qarşıdan gələn bələdiyyə seçkilərində Müsavatın əvvəlki seçkilərindən fərqli addım və yenilikləri nədən ibarət olacaq?
- Seçki kampaniyası dövründə açıqlayacağıq.
- Heç olmasa bununla bağlı qərərgah yaradılıbmı?
- Müsavat partiyasında daimi fəaliyyət göstərən seçki departamenti var. Seçki departamenti daima proseslərlə bağlı cari işlə məşğul olur.
- Ola bilərmi, Müsavat partiyası bu dəfə referendumdan fərqli olaraq, seçkilərə təkbaşına deyil, qurum şəklində qatılsın...
- İstisna deyil. Müsavat partiyası bu seçkilərdə təkbaşına da, blok şəklində də iştirak edə bilər. Bu siyasi proseslərdə və seçki kampaniyası ərəfəsində olan şəraitdən asılıdır.
- "DUİ" ilə, yoxsa, "Azadlıq" bloku ilə ola bilər?
- Müxtəlif formalar ola bilər. Hələlik, daha çox "Qarabağ və Respublika Uğurunda Hərəkat"ın çərçivəsi altında bu proses davam edir. Düşünürəm ki, böyük ehtimalla hərəkata daxil olan partiyalarla bir qurumda bələdiyyə seçkilərində iştirak edəcək.
- Bəs "Azadlıq" bloku?
- "Azadlıq" bloku da həmin hərəkatın çərçivəsində fəaliyyət göstərir.
- Bələdiyyə seçkilərində partiyanın yuxarı eşalonunda təmsil olunan müavin və ya sədrlərin iştirakı nə dərəcədə mümkündür?
- Rayon təşkilatları səviyyəsində iştirak nəzərdə tutulur. Rayon təşkilatlarının sədrləri və Divan üzvləri seçkilərdə fəal iştirak edəcəklər.
- Son günlər müxalifət daxilində arzuolunmaz istefalar baş verir. Məsələn, AXCP (i)-də baş verən istefaları nəzərdə tuturam. Eyni zamanda, partiyalar arasında qarşıdurmalar, eləcə də, "Ümid" partiyası ilə Müsavat arasında da xoşagəlməz proseslər yaranır...
- Fuad Mustafayevin istefasının motivləri mənə bəlli deyil. Ona görə də bu məsələni şərh edə bilmərəm. O ki qaldı "Ümid" partiyası ilə Müsavat arasında heç bir problem yoxdur. Sadəcə olaraq, mətbuatda "Ümid" partiyası tərəfindən belə bir fikir səsləndirilib ki, guya YAP tərəfindən seçki komissiyaları "Ümid" partiyası üçün təyin olunmuş şəxslər "Bizim Azərbaycan" blokunun nümayəndələri ola bilər. Söhbət keçmiş "Bizim Azərbaycan" blokundan gedir. Hansı ki, əsasını Müsavat partiyası təşkil edirdi. Biz onu təkzib etmişdik. Hər hansı ziddiyyətli fikir ayrılığı yoxdur.
- İqbal Ağazadə mətbuatda qeyd edir ki, Arif bəy şəxsi məsələlərə görə, bu cür ittihamlarala çıxış edir.
- Mən belə bir ifadə ilə rastlaşmamışam.
- Amma deyir ki, mən bilirəm. O, nəyə işarə edir?
- Mən bulmaca həll etmək fikirində deyiləm. O, nəyə işarə edir açıq-aşkar desin.
- Bəs Fazil Mustafa ilə aranızda nə baş verir?
- Heç bir şey. Sadəcə olaraq, müxalifətin ünvanına bəzi ittihamlar irəli sürmüşdür. Mən həmin ittihamlara cavab vermişəm. Aramızda heç bir problem yaşanmır.
- Müxalifətin inteqrasiyasına mane olan qarşılıqlı ittihamlar səsləndirilir...
- Düşünürəm ki, hər vaxt olduğundan daha çox müxalifət bir araya gəlib. "QRUH"-un daxilində real siyasi təşkilatları birgə fəaliyyət göstərir.
- Digər partiyalar müxalifət hesab olunmur?
- Hesab oluna bilərlər. Yəni, hesab edirəm ki, müxalifətin əsas qüvvələri bu hərəkatda birləşib. Bu, mənim subyektiv, şəxsi mövqeyimdir. Digər qüvvələr də müxalifət hesab oluna bilərlər, yəqin ki, kimlərsə onları müxalifət hesab edir. Əgər əsas, real, ciddi müxalifət dedikdə "QRUH"-da təmsil olunan partiyalar nəzərdə tutulur.
- Bəs "DUİ", AMİP hansı yönümlü partiyalardır?
- Onları şərh etmək mənim işim deyil. Mən siyasi şərhçi deyil, siyasətçiyəm.
- Bəs əməkdaşlıq necə, mümkündür?
- Ümumilli məsələrdə həmin partiyalarla əməkdaşlıq etməyə hazırıq. Onlarla müxtəlif çərçivələrdə əməkdaşlığımız mövcuddur, münasibətlərimizdə heç bir problem yoxdur.
- Arif bəy, deyirsiniz ki, milli məsələrədə onlarla bir yerdə ola bilərsiniz. Niyə görə, DUİ Qarabağ adlı form keçirən zaman Müsavat partiyası ona dəstək vermədi...
- Mən öz dediyim fikirləri yenidən söyləmək niyyətində deyiləm. Bu məsələlərlə bağlı fikirlərim mətbuatda açıqlanıb.

Digər xəbərlər