PDF Oxu

Müsahibə

  • 14

“Dünya iqtisadiyyatı stabilləşməyə doğru hərəkət edir”

“Dünya iqtisadiyyatı stabilləşməyə doğru hərəkət edir”
- Əli müəllim, maliyyə böhranı nə qədər davam edə bilər? Bunun stabilləşməsi proqnozlaşdırılırmı?
- Maliyyə böhranı hələ də davam edir. Tədricən proseslərin gedişi müəyyən optimist fikir söyləməyə əsas verir ki, ağır dövrlər getdikcə arxada qalıb. Dünya iqtisadiyyatı stabilləşməyə doğru hərəkət edir. Bütün sahələrdə, o cümlədən, neftin qiymətində sabitləşmə prosesi gedir. Yəni, ötən ilin ortalarında 1 barell neftin qiyməti 147 ABŞ dollarına qalxmışdı. Böhranın təsiri ilə 40 dollardan da aşağı düşdü. Neftin qiyməti tədricən qalxmağa başlayıb və 70 dolların ətrafında hərəkət edir. Hələlik, başqa məhsullarda olduğu kimi, neftin qiymətində də sabit mərhələdən danışmaq olmaz. Eyni zamanda, digər birjalardakı qiymətlərdə özünü göstərir. Hələlik, sabit qiymətlərdən danışmaq olmaz. Bu il və gələn ilin müəyyən vaxt kəsiyində qiymətlər belə ziqzaqla gedəcək. Artıq kəskin enmələr, qalxmalar mərhələsi gözlənilmir. Amma neftin qiyməti müəyyən intervalda enmə və qalxmalarla gedəcək. Neftin qiymətinin 70-75 dollar civarında olması iqtisadi dövriyyəyə buraxılan ədalətli qiymət anlayışına uyğun gələcək. Bu qiymət iqtisadiyyata təsir göstərib, böhran yaratmaz. Hesab edirəm ki, indiki qiymət müəyyən dərəcədə aşağı, yuxarı getsə də, hər halda ədalətli qiymət trayektoriyasına doğru hərəkət edir. Böhranın təsiri azaldıqca qiymətlərdə, eləcə də, neftin qiymətində də müəyyən sabitləşmə prosesi olacaq. Amma hələ sabitləşmədən danışmaq tezdir. Böhran 2010-cu il müəyyən dərəcədə, 2011-ci ildə dünya iqtisadiyyatının böhran xarakterli proseslər gedəcək. Azərbaycan iqtisadiyyatında isə, bu il minumum 2-3 faiz civarında, gələn il 5-6 faiz civarında artım ola bilər. Təbii ki, neftin qiymətinin dəyişməsi ölkənin iqtisadi artmına təsir göstərəcək. Neftin qiyməti artsa, 6 faiz artacaq, aşağı düşsə, 5-6 faiz civarında olacaq.
- Neftin qiymətinin bahalaşması, sonradan aşağı düşməsi dünyada hökm sürən maliyyə böhranının müəyyən qədər dərinləşməsinə təsir göstərə bilərmi?
- Ötən il neftin qiymətinin birdən-birə 1 barell üçün 147 dollara gəlib çatması, təbii ki, dünya iqtisadiyyatına böyük təzyiqi idi. Neftin qiyməti iqtisadi amildən çıxıb geopolitik və siyasi amilə çevirilib. Neftin qiymətinin gepolitik və siyasi amilə çevirilməsi dünya iqtisadiyyatında ciddi təlatümlərin yaranmasına gətirib çıxarır. İstənilən vaxt neftin qiyməti kəskin surətdə aşağı düşsə də, hər halda, belə bir əsas yoxdur. İşbazlar və müəyyən dairələr süni surətdə qiyməti aşağı salsa da, həmin işbazlar və məsuliyyətsiz qrup qiymətləri süni surətdə yuxarı qaldırsa da, yenə də dünya iqtisadiyyatında ciddi təlatümlər olacaq. Bu da, bütün ölkələrin iqtisadiyyatına təsir göstərəcək. Ona görə də, bu işlə məşğul olanların maskaları vaxtında açılmalıdır ki, dünya məhvə doğru getməsin.
- Azərbaycanda manatın məzənnəsinin qorunub saxlanılması üçün Mərkəzi Bank tərəfindən müəyyən qədər vəsait xərcləndiyi qeyd olunur. Amma bu gün də manatın məzənnəsi dollara nisbətən möhkəmdir. Bunun davamlığını saxlamaq üçün nə etmək lazımdır?
- İqtisadi maliyyə böhranı dövründə həm dünyanın məşhur valyutaları, həm də MDB ölkələriin milli valyutaları ciddi şəkildə dəyişikliklərə məruz qaldı. Rusiyada, Ukraynada, Qazaxıstanda, Ermənistanda daha kəskin surətdə göstərdi. Nəticədə, təbii ki, iqtisadiyyata ciddi zərbə dəydi. Bunu bəzən təbii də hesab edirlər. Amma onun təbii tərəfindən əlavə iqtisadiyyada böyük ziyanı da var. Azərbaycan hökuməti manatın sabit saxlamaq siyasəti yeritdi. Bunun üçün də əlavə vəsait lazım idi. Əlavə vəsaitin dövriyyəyə buraxılması hesabına buna nail olundu. İndi əvvəlki dövrlə müqayisədə manatın kursunu sabit saxlamaq daha asandır. Çünki təhlükəli dövrlər arxada qalıb. Əgər manatın məzənnəsi diqqət edəndə baxıb görürük ki, son dövrlərdə Mərkəzi Bankın siyasətində müəyyən dərəcədə dollara nisbətdə kursunun çox az aşağı düşməsi prosesi gedir. Hesab edirəm ki, bu iqtisadi fəallığın artırılması, neftdən kənar sahələrin inkişaf etdirilməsi, həmin sahələrin potensialının artırılması üçün çox vacibdir. Ona görə də, hökumət manatın kursunun bu cür nisbi saxlanmasını davam etdirsə və dollara nisbətən onun məzənnəsminin aşağı düşməsi siyasəti yeritsə, onda əhaliyə də ziyan verməyəcək. Digər tərəfdən, Azərbaycanın eksportu stimullaşacaq və neftdən kənar sahələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Əgər manat həddən artıq bahalaşsa, onda xaricdən bizə gələn malların həcmi artırılacaq. Bizim xaricə göndərdiyimiz malların həcmi isə azalacaq. Daha doğrusu, eksport imkanları boğulacaq. Ona gbrə də indiki dövrdə manatın nisbi sabitliyinin təmin edilməsi Azərbaycan iqtisadiyyatının inkişafı nöqteyi-nəzərdən düzgün siyasətdi və bu siyasəti davam etdirmək lazımdır.
- Əli müəllim, bu ilin altı ayında Azərbaycanda ÜDM 3,6 faiz, əhalinin gəlirləri 19 faiz artıb. Buna baxmayaraq, ötən illə müqayisədə bir qədər az rəqəmdir. Növbəti mərhələdə proqnozlar nəyi deməyə əsas verir?
- Artıq Azərbaycanın sürətli artım məsələsi arxada qaldı. Biz 35-25 faiz artım tempinə nail olurduq. Yaxın illər ərzində Azərbaycan 8-10 faiz artım tempinə nail olsa, hesab edirəm ki, bu, uğurlu göstəricidir. Ölkənin qarşısında duran sosial-iqtisadi problemlərin həllini sürətləndirilməsi üçün çox vacibdir. 2-3 faiz artım Azərbaycan üçün yaramır. Düzdür, bu il MDB ölkələrinin orta göstəricisi hardasa 10 faizdən çox aşağı düşəcək. Ermənistanda 15-16, Baltikyanı ölkələrdə 10, Rusiyada 8 faizdən çox enmələr, Azərbaycanda isə 2-3 faiz artım gözlənilir. MDB ölkələri ilə müqayisədə tempimizi götürəndə yaxşıdır.

Digər xəbərlər