PDF Oxu

Müsahibə

  • 11

“Ermənistan beynəlxalq qanunlara hörmətsizlik edir”

“Ermənistan beynəlxalq qanunlara hörmətsizlik edir”

Azərbaycanın 20% torpaqları 15 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Bununla əlaqədar olaraq, BMT dörd qətnamə qəbul edib ki, həmin qətnamələrdə erməni qoşunlarının işğal etdikləri Azərbaycan ərazisindən çıxarılması tələb olunur. Lakin hər zaman işğılçılıq siyasəti həyata keçirən Ermənistan bütün beynəlxalq hüquq normalarına riayət etməyərək, hələ də işğal altında olan torpaqlarımızı geri qaytarmır. Təəssüfləndirci digər fakt bundan ibarətdir ki, Azərbaycan torpaqlarını işğal edən, yüzlərlə azərbaycanlının qətlində birbaşa iştirak edən şəxslər indi Ermənistan hakimiyyətini idarə edirlər. Elə həmin cinayətkar hakimiyyətdə təmsil olunan Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan Rusiya mətbuatına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan açıqlamalar verib. Bütün bunlara aydınlıq gətirmək üçün bu və ya digər suallarla politoloq Qabil Hüseynliyə müraciət etdik.
- Ermənistan xarici işlər nazirinin müavini Ş.Köçəryan "Exo Moskva"ya müsahibəsində qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dair BMT qətnamə qəbul etməyib. Sizcə, bu, işğalçı ölkənin beynəlxalq qanunlara hörmətsizliyi deyilmi?

-Sözsüz ki, hörmətsizlikdir və bu hörmətsizlik də uzun müddətdir ki, davam edir. Çox təəssüflər olsun ki, dünya ölkələri və bu qətnaməni qəbul edən beynəlxalq qurum da onun qətnamələrinə hörmətsizlik göstərən dövlətə qarşı hər hansı bir addım atmır. Yəni BMT-nin səlahiyyəti var ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana sanksiya tətbiq etsin. Onu da qeyd edim ki, BMT həm təcəavüzkar ölkəni, həm də təcavüzə məruz qalan ölkəni təkcə qətnamə səviyyəsində deyil, həm də xüsusi dönəm şəkilində təsdiq etdi. Bundan sonra təcavüzkarın cəzalandırılması istiqamətində işlər görülə bilər. Amma çox təssüflər olsun ki, bu baş vermir və bundan əlavə, Minsk Qrupu və bu qurupa daxil olan həmsədr dövlətlər də BMT-nin münaqişənin həlli ilə bağlı çıxardığı qərarlara hörmətlə yanaşmağa bəzən çətinlik çəkirlər. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanı da ruhlandıran bütün bu amillərdir.

-Ermənistan Dağlıq Qarabağ ərazisində hərbi təlimlər keçirir. Bunu işğalçı ölkənin Azərbaycana "güc nümayişi" kimi qiymətləndirmək olarmı?

-Bunu həm işğalçı dövlətin ölkəmizə "güc nümayişi" kimi, həm də beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirmək olar. Erməni tərəfindən bu məsələni soruşanda onlar iddia edirlər ki, qeyd olunan hərbi təlimlərdə Ermənistan ordusunun əsgərləri iştirak etmirlər. Amma həmin erməni əsgərlərinin ən azı dördü Azərbaycan tərəfinə keçib və üçüncü ölkəyə keçmək üçün icazə istəyib. Eyni zamanda, məlum olur ki, keçirilən hərbi təlimlərdə həm erməni əsgərləri, həm də Rusiyanın təlimatçıları iştirak edirlər.

-Son zamanlar RF Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirir. Doğurdanmı Rusiya bu münaqişənin həllində maraqlıdır?

-Rusiya bundan əvvəl də bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər doğurdan da, adıçəkilən ölkə bu münaqişənin həllində maraqlıdırsa və ölkəmizin ərazi bütövlüyünü tanıyırsa, bütün bunları sözdə deyil, əməldə göstərsin. Ancaq hər kəsə məlumdur ki, RF işğalçı ölkəni həm siyasi, həm də iqtisadi baxımdan asılılıqda saxlayır. Eyni zamanda, Rusiya Kollektiv Təhlükəsizlik Təşkilatı daxilində çevik hərbi qüvvələr yaradıb ki, bu da ölkəmizi güc tədbiq etməkdən çəkindirməyə xidmət edir. Düşünmürəm ki, adıçəkilən ölkə münaqişənin həllinə maraq göstərsin. Rusiya Cənubi Qafqazda hər zaman gərginliyin olmasında maraqlıdır. Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunda təmsil olunan ölkələrdən biri də RF-dir. Minisk Qurupunun da münaqişənin həlli istiqamətində fəaliyyəti hər kəsə məlumdur.

-Ermənistan daxilində iqtidar-müxalifət arasında gərginlik davam edir. Hər iki tərəf bəzən "Qarabağ" kartından istifadə edir. Ümumiyyətlə, erməni ictimaiyyətində Dağlıq Qarabağ münaqişəsinin həllini istəyən qüvvələr varmı?

-Bu gün Ermənistan daxilində siyasi gərginlik davam etməkdədir. Həmçinin, adıçəkilən ölkədə siyasi vəziyyətlə yanaşı, iqtisadi vəziyyət də gərgin olmaqdadır. Bu gün erməni əhalisi səfalət, yoxsulluq içindədir. Təbii ki, onlar üçün müharibənin kimin xeyrinə həll edilməsi maraqlı deyil. Ancaq yoxsul ermənilər Azərbaycanla müharibə olmasını istəmirlər. Çünki ermənilər də anlayır ki, Azərbaycan ordusu güclənib və ölkəmizlə müharibə etmək onlara xeyir verməyəcək. Bütün bunları anlayan erməni vətəndaşları qonşu ölkələrlə, o cümlədən, Azərbaycanla normal münasibət qurulmasını istəyirlər.

Digər xəbərlər