PDF Oxu

Müsahibə

  • 12

“Azərbaycanda düşünülmüş, fundamental siyasət həyata keçirilir”

“Azərbaycanda düşünülmüş, fundamental siyasət həyata keçirilir”

-Türkiyənin İqdır bölgəsindən Naxçıvan MR-ə qaz çəkilməsi nəzərdə tutulub. Bu, muxtar respublika əhalisinin qazla təminatına nə kimi təsir göstərəcək?

-1988-ci ildən ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinə qədər Naxçıvan MR blokadada yaşayırdı. Blokada şəraitində olduğu dövrdə muxtar respublikaya yardım edən yeganə dövlət Türkiyə olub. Ulu öndərin hakimiyyətə qayıdışından sonra, digər bölgələrdə olduğu kimi, Naxçıvanda da problemlər öz həllini tapmağa başladı. Lakin Azərbaycandan bir başa muxtar respublikaya enerji və qaz təminatı yoxdur. Buna görə də, Türkiyədən Naxçıvan ərazisinə qaz çəkilməsi nəzərdə tutulub və bu, məqsədə uyğun hesab olunmalıdır. Sözsüz ki, bu, həmçinin, əhalinin qaza olan təlabatını ödəyəcək.
Bildiyiniz kimi, bu gün Naxçıvanda çox böyük quruculuq, abadlıq işləri görülür. Muxtar respublikada istehsalat, sənaye sahələri ilə yanaşı, digər sahələr də inkişaf etməkdədir. Əhalinin qazla təminatının yaxşılaşdırılması da, sözsüz ki, bu inkişafa bir təkan verəcək.

-Regionların inkişafı ilə bağlı II Dövlət Proqramı qəbul edilib. 2009-2013-cü illəri əhadə edən Dövlət Proqramının icrasını necə qiymətləndirirsiniz?

- 2004-2008-ci illəri əhadə edən "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrası başa çatıb. Bu Dövlət Proqramı uğurla icra olundu. İkinci Dövlət Proqramı daha əhatəlidir. 2009-2013-cü illəri əhadə edən "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramında digər infrasturukturlarla yanaşı, istehsalat sahələrinin artırılması və bölgələrdə əhalinin daimi iş yerləri ilə təmin olunması öz əksini tapıb. Bu gün respublikamızda 740 mindən artıq yeni iş yerlərinin yaradılması ölkəmizin iqtisadi inkişafından xəbər verir.

-Əhalinin pul gəlirlərinin artmasına baxmayaraq, ölkəmizdə inflasiya artımına rast gəlinməyib. Bunu necə izah edərdiniz?

- Azərbaycan manatının digər valyutalara nisbətən möhkəm olması bu, maliyyə-kredit siyasətinin düzgün şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu siyasət iqtisadiyyatda çox incə bir siyasətdir. Həmçinin, böyük diqqət tələb edən məsələdir. Bu, onu göstərir ki, ölkəmizdə düşünülmüş, fundamental siyasət həyata keçirilir. Bütün bunlarda bizim manatın sabit qalmasına səbəb olan əsas amillərdəndir.

-Beynəlxalq maliyyə böhranının yaxın gələcəkdə Azərbaycana təsirini necə proqnozlaşdırırsınız?

-Qeyd etmək lazımdır ki, beynəlxalq maliyyə böhranı pik nöqtəsinə çatanda da Azərbaycana ciddi təsir göstərmədi. Artıq demək olar ki, bu böhran öz gücünü itirməkdədir. Bundan əlavə, dünya ölkələri də bu böhranla mübarizə aparır. Belə hesab edirəm ki, bundan sonra da böhran ölkəmizə təsir etməyəcək. Bu, Prezident Cənab İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü iqtisadi siyasətin tərkib hissəsidir.

-Aqrar sahə iqtisadiyyatda və regionların inkişafında əsas yer tutur. İqtisadçı-ekspert kimi ölkəmizin son illər aqrar sahədə əldə etdiyi nailiyyətləri necə izah edərdiniz?

- Son illər Azrbaycanda kənd təsərrüfatının, aqrar sahənin inkişafı faktdır. Bu da, birinci növbədə, ondan asılıdır ki, torpaqların özəlləşdirilməsi sahəsində işlər düzgün həyata keçirilib. İkincisi, kənd təsərrüfatı ilə məşğul olan şəxslərə kreditlərin verilməsi, "Aqrolizinq" ASC-nin yaradılması və ümumiyyətlə, aqrar sahəyə dövlətin diqqət ayırması ölkəmizdə kənd təsərrüfatının inkişafına səbəb ola bilən amillərdəndir. Bir məsələni də qeyd edim ki, bəzi eksperlər belə bir fikir səsləndirirlər ki, bütün kreditlər, sərmayələr ancaq aqrar sahəyə qoyulmalıdır. Lakin vurğulamaq lazımdır ki, bir zaman ölkəmiz aqrar ölkə idi. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra, respublikamız sənaye ölkəsində çevrildi. Bununla belə, ölkəmizdə sənaye ilə yanaşı, kənd təsərrüfatı da paralel inkişaf etməyə başladı. Yəni onu nəzərinizə çatdırmaq istəyirəm ki, ölkədə yalnız aqrar sahəyə investisiya qoymaq düzgün olmazdı. Bu sahə elə inkişaf etdirilməlidir ki, ölkə özünə olan tələbatı daxili məhsulun hesabına ödəyə bilsin. Bu gün Azərbaycan, demək olar ki, strateji kənd təsərrüfatı məhsulu hesab olunan taxıla olan tələbatını özü ödəyə bilir. Bu, Azərbaycanda ölkə rəhbərliyinin, digər sahələrə olduğu kimi, aqrar sektora diqqət və qayğısından irəli gəlir.

Digər xəbərlər