PDF Oxu

Müsahibə

  • 9

“Müxalifətin ölkədəki siyasi proseslərə təsir imkanları yetərincə zəifləyib”

“Müxalifətin ölkədəki siyasi proseslərə təsir imkanları yetərincə zəifləyib”
- Elşən bəy, hazırkı mərhələdə bələdiyyə seçkilərinə hazırlıqla bağlı 6 radikal partiya blok yaradıb. Amma nədənsə konstruktiv mövqeli partiyalar orada təmsil olunmur. Bu, nə ilə bağlıdır?
- Fikrimcə, həmin partiyaların arasında zaman-zaman münasibətlərdə müəyyən problemlər olub. Konstruktiv təmayüllü partiyalar kimi qiymətləndirilən partiyalar son prezident seçkilərində iştirak edən, əslində, seçkilərin alternativliyini təmin etmiş siyasi müxalifətdir. Həmin müxalifətdən fərqli olaraq radikal müxalifət prezident seçkilərində boykot etmişdir. Amma radikal müxalifətin prezident seçkilərini boykot etməsi,  təbii ki, ölkədəki daha çox siyasi reallıqlardan irəli gəlmişdi. Çünki həmin  ənənəvi müxalifət dediyimiz müxalifət gözəl anlayır ki, onun son bir neçə ildə ölkədəki siyasi proseslərə təsir imkanları yetərincə zəifləyib. Bu da iqtidarın müəyyən sahələrdə həyata keçirdiyi məqsədyönlü və çox mühüm siyasəti ilə əlaqədardır.
- ADP-nin sədri Sərdar Cəlaloğlu və Müsavat başqanı İsa Qəmbərov, eləcə də AXCP (i) sədri Əli Kərimov bəyan edib ki, müxalifət yalnız 6 partiyadan ibarətdir...
- Əgər sırf politoloji kontekstdən həmin məsələyə yanaşsaq, müxalifətçilər seçkilərdə iştirak edib uduzan partiyalar nümayəndələridir. Demokratiyanın qanunlarına görə, müxalifət iqtidarın legitimliyini birmənalı şəkildə qəbul etməlidir. Məsələ burasındadır ki, konstruktiv təmayüllü partiyalardan fərqli olaraq, indiki radikal müxalifət nə parlament, nə də prezident seçkilərində legitimliyini qəbul etmək istəmədi. Halbuki onların çox istinad etdikləri müəyyən Avropa və Qərb dövlətlərinin institutları, dünyanın aparıcı dövlətləri indiki hakimiyyətin legitimliyini çoxdan qəbul ediblər. istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində indiki Azərbaycan hakimiyyətinə çox uğurlu münasibətlər var. Bunu Azərbaycan müxalifətinin ənənəvi dediyimiz qolu da çox gözəl anlayır. Amma təbii ki, qatıq ağ ola-ola, ona qara demək prinsipi indiki ənənəvi müxalifətin siyasi kursunda həmişə özünü qabarıq şəkildə büruzə verib. Məhz bu baxımdan, həmin müxalifətin xalq arasındakı mövqe və reytinqlərinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə səbəb olub. Çünki hələlik, Dağlıq Qarpabağ problemi istisna olmaqla, indiki Azərbaycan hakimiyyəti bir çox sahələrdə xalqa seçkilərdə verdiyi vədlərin əhəmiyyətli hissəsinin öhdəsindən gəlib. Hətta Dağlıq Qarabağ probleminin ətrafında danşıqlar intensiv xarakter alıb. Ölkə başçısının son bir ildə altı dəfə bununla bağlı Ermənistan prezidenti ilə görüşüb. Bu da belə bir fikir səsələndirməyə əsas verir ki, problemin həlli ilə bağlı məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək. Ənənəvi müxalifət isə, çox təəssüf ki, ölkədəki siyasi reallıqları nəzərə almaq istəmir. Ənənəvi müxalifət nədənsə öz baxışlarını postsovet məkanında "narıncı inqilabı" həyata keçirmiş qüvvələrlə bağlamaq istəyir.
- Sizcə, bələdiyyə seçkilərinə az vaxtın qalmasına baxmayaraq, bəzi partiya sədrləri seçkiləri boykot edəcəklərini indidən bəyan ediblər. Bu cür anormal qərarları necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, bələdiyyə seçkilərinə münasibət müxalifətin özündə münasibət birmənalı şəkildə deyil. Birincisi, bu gün hakimiyyətlə münasibətləri konstruktiv zəmində qurmaq istəyən siyasi partiyalar həmin seçkilərə gedəcək. İkincisi, ən radikal, ən mürtəce qanunların özü ilə belə ədalətli, demokratik seçkilərin keçirilməsinə nail olmaq olar. Bunu da bir çox ölkələrin təcrübəsi dəfələrlə göstərib. Amma müxalifətin ənənəvi qanadı, sadəcə olaraq, komissiyalırın təşkili ilə bağlı məsələlərdə, seçkilərin guya ki, azad və ədalətli təmin edilməməsi ilə bağlı məsələləri dəfələrlə qabardırlar. Əslində, özlərinin siyasi proseslərə təsir etmək imkanlarını kifayət qədər azaldığını etiraf etmək istəmirlər. Məsələnin də mahiyyəti bundan ibarətdir. Artıq Azərbaycan hakimiyyətinin özündə kifayət qədər fərqli simalar, islahatlara meyilli qüvvələrin mövqelərinin güclənməsini müşahidə edirik. Ancaq müxalifətin ənənəvi qanadında bunu görmürük. Siyasi reallıqlar göz qabağındadır. Ona görə də ənənəvi müxalifətin özündə də liderlərin dəyişməsinə kifayət qədər ciddi ehtiyac var.
- Deyirsiniz ki, ənənəvi müxalifətin dəyişilməsinə ehtiyac var. İ.Qəmbərov, Ə.Kərimov, S.Cəlaloğlu, E.Məmmədov oturduqları kürsünü asanlıqla boşalda bilərlər? Amma nəzərə almaq lazımdır ki, onlar siyasətə gəlir mənbəyi kimi baxıblar...
- İ.Qəmbərov, səhv eləmirəmsə, 2009 və ya 010-cu ildə Müsavat başqanlığından  getməsini bildirmişdi. E.Məmmədova gəlincə, onun AMİP sədrliyi postundan imtina etsə də maraqlıdır ki, partiyanın lider postunu əlində saxlayıb. Bu siyasətçinin mövqeyində mənim üçün qəribə anlam bundan ibarətdir ki, E.Məmmədov nədənsə ölkədəki ictimai-siyasi reallıqlara münasibət bəsləməkdən daha çox Cənubi Azərbaycanda gedən proseslərə bağlı mətbuatda çıxış edir. Bu da, onu göstərir ki, indiki siyasi reallıqları nəzərə alaraq, yəqin ki, Məmmədov manevr etməyə və siyasi gündəmdə qalmağa çalışır.
- Bəs Ə.Kərimov?
- Maraqlı məqam ondan ibarətdir ki, Ə.Kərimovun öz yaxın silahdaşları-Qulamhüseyn Əlibəyli, Cəmil Həsənli indiki hakimiyyətlə münasibətləri konstruktiv zəmində qurmağa daha böyük önəm verərək, onu radikal mövqeyindən uzaqlaşdılar. Ə.Kərimov radikal müxalifət qismində çıxış etməyə çalışaraq, özünü indiki hakimiyyətin həyata keçirdiyi sosial-iqtisadi kursdan narazı qalan təbəqələrin "lideri" kimi göstərməyə çalışır. Amma o anlamalıdır ki, həmin təbəqələrin maraqlarından çıxış edə biləcək partiyalar ideloji kontekstdən çıxış etməlidir.
- Ənənəvi müxalifət yenidən gündəmə gəlmək üçün "Milli Müqavimət Hərəkatı" adlı qurum yaratmağa hazırlaşır...
- Təbii ki, həmin siyasətçilər bir sıra amilləri nəzərə almalıdırlar. Həmin amillər bundan ibarətdir ki, Azərbaycan hakimiyyəti ilə müqayisədə həmin partiyaların artıq ölkədəki siyasi proseslərə təsir imkanları yetərincə azalıb.

Digər xəbərlər