PDF Oxu

Müsahibə

  • 14

“Prezident İlham Əliyev öz fəaliyyəti ilə xalqın qəlbinə yol tapıb”

“Prezident İlham Əliyev öz fəaliyyəti ilə xalqın qəlbinə yol tapıb”

 - Elşad müəllim, ABŞ-ın "Gallup" təşkilatı postsovet ölkələrində sorğu keçirib. Sorğuda iştirak edən vətəndaşlar Azərbaycan hakimiyyətinin apardığı siyasəti dəstəklədiklərini bildiriblər. Siz bunu necə şərh edirsiniz?

- Qeyd edim ki, bu təşkilat öz sorğuları ilə kifayət qədər məşhur bir təşkilatdır. ABŞ, kobud da olsa, dünyaya demokratiya ixrac edən bir ölkədir. Yəni, dünyaya  demokratik dəyərləri aşılayan bir dövlətdir. Ona görə də, bu ölkədə fəaliyyət göstərən "Gallup" şirkəti belə bir sorğunu keçirməsi və sorğuda iştirak edən Azərbaycan vətəndaşlarının öz Prezdentinə 77 faiz etimad göstərməsi özü-özlüyündə bizi çox sevindirir. Bu sorğunun göstəriciləri tamamilə obyektiv elementlərə, amillərə söykənir. Bildiyimiz kimi, Azərbaycanda və eyni zamanda, dünya da bunu müşahidə edir ki, hər şeydən öncə, Azərbaycanda beynəlxalq arenada, beynəlxalq hüququn tam ciddi bir aksiyonuna çevrilmişdir. Burada ölkənin hərtərəfli, xüsusilə, iqtisadi potensialı çox mühüm rol oynamışdır. İqtisadı potensialın yüksəlməsi, yoxsulluğun aşağı düşməsi, dövlət büdcəsinin artması və sözsüz ki, hər bir azərbaycanlı Prezidentə qarşı böyük rəğbət, inam etimad yaratmışdır. Bu da sorğunun nəticələri öz əksinin tapmışdır. Cənab Prezidentimiz  İlham Əliyev istər 2003-ildə, istərsə də  2008-ci ildə prezident seçkilərində qeyd etmişdir ki, mən hər bir azərbaycanlının Prezidenti olacağam və o, həqiqətən də, fəaliyyəti ilə, özünün idarəetmə üsulu və xalqına yaxınlığı ilə hər bir Azərbaycan vətəndaşının qəlbinə yol tapa bildi. O, sübut etdi ki, həqiqətən də, ümümmilli lider Heydər Əliyevin ən layiqli  davamçısıdır. Ona görə də, hər bir azərbaycanlı İlham Əliyevi xalqına yaxın və doğma Prezident hesab edir. Bu da, təbii olaraq, "Gallup" şirkətinin həmin sorğularında öz əksini tapıb. Səhv etmirəmsə, Ukraynada prezidentə əhali 4 faiz etimad göstərib. Yəni, bütün bunlara əsaslanaraq, bildirirəm ki, "Gallup" təşkilatının sorğusu tamamilə realığı əks etdirir. Şübhəsiz ki, əhalinin 77 faizinin Azərbaycan Prezidentinə böyük inam, etimad  göstərməsi tam realığı əks etdirir.
- Ölkəmizin iqtisadi, siyasi sahədə əldə etdiyi uğurlar Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərə bilər?

- Birmənalı şəkildə, çox müsbət təsir göstərəcəkdir. Birincisi,  ümummilli lidermiz Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərkən, məhz bu, Dağlıq Qarabağın münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına hesablamışdır. Yəni, bu münaqişənin həllində böyük kömək edəcəyinə hesablanmışdır. Bu, nədən ibarətdir? Birincisi, iqtisadi inkişaf, ikincisi, müasir  ordu quruculuğu, üçüncüsü isə diplomatik güc, yəni, bu iki amil iqtisadiyyatda və orduda güc Azərbaycan diplomatiyasının keçərli olmasına xidmət etməli idi. Ulu öndərin bu strategiyası çox unikal və əvəzolunmaz strategiyadır. Bu gün Prezidentimiz bu strategiyanı çox uğurla davam etdirir. Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir ordunun formalaşmasına inkişaf etməsinə şərait yaratmışdır və bunu fərqləndirmişdir. Bu iki amil də, öz növbəsində, bu gün göz qabağındadır. Azərbaycan beynəlxalq hüququn müasir beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi bir fiqura çevrilmişdir. Yəni ki, bu strategiya, göründüyü kimi, özü-özlüyündə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına hesablanmışdır.  2008-ci ildə BMT-nin  61-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamə qəbul olunmuşdur. Bu qətnamə birmənalı şəkildə Azərbaycanın bütün maraqlarına cavab verirdi. BMT-nin Baş Assambleyasında bu cür qətnamənin qəbul olunması nədən xəbər verir? Ondan xəbər verir ki, beynəlxalq təşkilatların respublikamıza münasibəti xeyli dərəcədə dəyişmişdir. Sözsüz ki, bu tendensiya davam edir. Məlumdur ki, sentyabr ayında Dağlıq Qarabağ məsələsi müzakirəyə çıxarılacaq. Ümid edirəm ki, bu müzakirələrin müsbət nəticəsi olacaq.

- Qeyd etdiyiniz kimi, sentyabrda Dağlıq Qarabağ məsələsi BMT-də mükazirə olunacaq. Müsbət nəticə gözləmək olarmı?
 
- Ötən il Dağlıq Qarabağ məsələsi müzakirəyə çıxarılanda bəzi ölkələr, o cümlədən, ABŞ, RF, Fransa Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verdilər. Digər dövlətlər lehimizə səs verdilər, bəzi ölkələr isə bitərəf qaldılar. Ancaq Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi olaraq, dünya dövlətləri Azərbaycanın haqlı olduğunu anlayır və ümid edirəm ki, BMT-də aparılacaq müzakirələrdə ölkəmizin haqlı mövqeyini dəstəkləyəcəklər.

- "Cənub axını" layihəsini RF-nin ölkəmizə iqtisadi-siyasi təzyiqi kimi qiymətləndirmək olarmı?

- Birincisi, onu vurğulamaq istəyirəm ki, bu lahiyənin Azərbaycana təsiri olmayacaqdır. Ölkəmiz Rusiyaya və digər ölkələrə qaz satır. Ancaq bununla belə, NABUCCO layihəsinin reallaşması Azərbaycan qazı üçün yeni bir bazarın yaranmasına səbəb olar. Bu məsələ artıq RF ilə Qərb arasında olan məsələdir. Buna görə də, Azərbaycana hər hansı bir təzyiqin və mənfi təsirin olmasını güman etmirəm. Rusiya Avropanı enerji asılılığında saxlamağa çalışır. Onu da qeyd edim ki, avqustun 6-da RF və Türkiyənin baş nazirləri arasında "Cənub axını" layihəsi ilə bağlı razılaşma əldə edilib. Bu lahiyənin olması NABUCCO-ya ciddi təhlükə yaradır. Ancaq bildirim ki, Azərbaycan NABUCCO olmadan belə təbii qazını dünya bazarına çıxarmaq imkanındadır.

Digər xəbərlər