PDF Oxu

Müsahibə

  • 11

“QHT-lər ilk növbədə obyektiv, şəffaf olmağa borcludur”

“QHT-lər ilk növbədə obyektiv, şəffaf olmağa borcludur”

- Bəzi QHT-lər var ki, xarici təşkilat və Avropa Şurasında Azərbaycan əleyhinə müəyyən qədər antitəbliğat kampaniyası aparırlar. Bu cür QHT-lərin fəaliyyətini necə dəyərləndirirsiniz?

- QHT-lər vaxtaşırı həm mövcud vəziyyətlə, həm insan hüquqları, həm ekologiya, həm də digər sahələrlə bağlı beynəlxalq təşkilatlara illik arayış təqdim edirlər. Bu illik arayışlarda yuxarıda qeyd olunan sahələr üzrə vəziyyəti beynəlxalq təşkilatın diqqətinə çatdırırlar. Amma bütün bunlarla bərabər, bəzi QHT-lər doğrudan da Azərbaycanda mövcud vəziyyəti təhrif edirlər. Bu da, əlbəttə ki, qəbulolunmaz məsələdir. Ona görə ki, QHT-lər ilk növbədə obyektiv, şəffaf olmağa borcludur. İstənilən QHT beynəlxalq təşkilatlara illik arayış təqdim edirsə, bu, ilk növbədə obyektiv olmalıdır. Buna görə də QHT Forumu dəfələrlə bildirib ki, ilk növbədə hökumətdən, dövlət qurumlarından obyektivlik tələb edən QHT-lərin özü ikiqat obyektiv olmalıdır. Çünki bu, Azərbaycan haqqında hər hansı bir rəyin beynəlxalq ictimayyətə çatdırılmasıdır. Burada həm ölkəmizin mövqeyi, həm beynəlxalq imici məsələsi var. Eyni zamanda, yaddan çıxartmaq lazım deyil ki, bu gün işğal altında olan torpaqlarımızı azad etmək üçün təkcə Ermənistanla yox, onu müdafiə edən beynəlxalq ictimayyətin böyük bir hissəsi ilə mübarizə aparırıq. Belə olan halda, ilk növbədə, hər hansı QHT rəhbəri məsələyə bir vətəndaş kimi yanaşmalıdır.

- Çox maraqlı məqam ondan ibarətdir ki, Avropa Şurasında Azərbaycan əleyhniə antitəbliğat kampaniyası aparan QHT-lərin müəyyən hissəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından vəsait alan təşkilatlardır...

- Fərqi yoxdur, hansı təşkilatdır, heç bir əsas olmadan kimsə ölkədə mövcud vəziyyəti təhrif olunmuş şəkildə təqdim edirsə, biz bunu qəbul etmirik. Ölkədəki vəziyyətlə əlaqədar olaraq, həm Azərbaycanda, həm də beynəlxalq aləmdə çıxış edib real vəziyyəti qərəzsiz təqdim edirsə, bu, QHT-lərin funksiyasını və fəaliyyətinə aiddir.

- Bu günlərdə Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi həmin QHT-lərin danoslarına əsaslanaraq, ölkədə ictimai fəaliyyətlə məşğul olan QHT-lərə problemlərin yaradılması ilə bağlı bəyanatla çıxış edib...

- QHT-lərlə əlaqədar olaraq ölkə Prezidenti 27 iyul 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası təsdiq edib. Həmin Konsepsiyada dövlətin, hökumətin, şəxsən ölkə Prezidentinin QHT-lərə Dövlət Dəstəyi ilə əlaqədar münasibəti birmənalı şəkildə öz əksini tapıb. Dövlət QHT-lərin inkişafına dəstək verdiyini həmin Konsepsiyada ortalığa qoyub. Burada əlbəttə ki, QHT-lərin fəaliyyəti ilə bağlı dövlətin mövqeyi ortadadır. Amma ayrı-ayrı hallarda, bəzi məqamlarda müəyyən problemlər var ki, bunlar aradan qaldırılmayıb. Ümumi Azərbaycan, dövlət adından danışmağa, rəy təqdim etməyə heç bir əsas yoxdur.

- Fakt ondan ibarətdir ki, beynəlxalq təşkilatlarla Azərbaycan arasında müəyyən sərinliyin yaradılmasına QHT-lər səylər göstərir...

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bütün dünya yaxşı bilir ki, bunu hökumətlərarası problem kimi bunu təqdim etmək qərəzlidir. Ermənistan Azərbaycanın ərazisinin 1918-ci ildən 40, 1988-ci ildən isə 20 faizdən çox ərazini işğal edib. Bu da olduğu kimi dünya ictimaiyyətinə təqdim olunmalıdır. QHT-lərin hansı formada təqdim etdiyindən asılı olmayaraq beynəlxalq ictimaiyyətə yaxşı məlumdur ki, hansı ölkə hansı ölkənin ərazisini işğal edib və bu günə qədər də həmin işğal davam edir. Forum olaraq, dəfələrlə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayana qədər bu və ya digər formada erməni təşkilatları ilə görüşməkdən imtina etmişik. Yəni, Qarabağa Yerevan üzərindən getməkdən imtina etmişik. Bəli, bizim bəzi təşkilatlar var ki, Yerevandan Qarabağa gediblər. Biz də bunu qəbul etmədiyimizi dəfələrlə bəyan etmişik. Amma beynəlxalq təşkilatların konfranslarda ermənilərlə birgə iştirak edirik. Soyuq münasibətlərin davam etməsinə baxmayaraq Ermənistandan gələn QHT-lərin diqqətinə çatdırmışıq ki, sizin ölkənin silahlı qüvvələri torpaqlarımızı işğal ediblər. Bu da 20 il işğal altında saxlamaqla 1 mln-dan artıq qaçqınımızın yaranmasına, Azərbaycanın iqtisadiyyatına, sosial həyatına, tarixi abidlərinə vurulmuş ziyandır. Bununla yanaşı, bildirmişik ki, siz heç də bir şey qazanmamasınız. Yalnız Ermənistan beynəlxalq layihələrdən kənarda qalıb, əhalinin normal həyatı təmin olunmayıb. Bununla yanaşı, Ermənistan qonşuluq şəraitində Qafqazda yaranan ən böyük sülhə, sabitliyə, stabilliyə təhlükə mənbəyi kimi bütün dünyaya məlumdur. Bir də onların diqqətinə çatdırmışıq ki, QHT-lər kimi öz ölkənizin rəhbərliyinə təsir göstərin ki, işğala son qoyulsun. Çünki bu işğal davam etdikcə Cənubi Qafqazda heç bir stabillik və sabitlikdən danışmaq mümkün deyil. İstər Türkiyədə, istər Avropada, istərsə də dünyanın digər dövlətlərin tədbirlərində biz bu məlumatı onların diqqətinə çatdırmışıq. Ancaq onlar da etiraf ediblər ki, bizim bu məsələdə heç bir gücümüz, qüvvəmiz yoxdur. Biz hər hansı formada ölkə rəhbərliyinə, onun siyasətinə təsir göstərək. Hansısa QHT ilə görüşmək, söhbət etmək olar. XXI əsr dialoqlar əsridir və biz də dialoqlardan heç zaman qaçmırıq. Biz gün torpaqlarımızın işğaldan azad olunmasını, Azərbaycanın ədalətli mövqeyini bütün dünyada müdafiə olunmasını bütün dünya ictimaiyyətindən tələb edirik.

- Gəlin etiraf edək ki, bəzi təşkilatlar ermənilərlə görüşməyə səy göstərirlər. Bu cür milli maraqlara zidd mövqe tutan QHT-lərə münasibətiniz necədir?

- Biz, sadəcə olaraq, Yerevanın üzərindən Qarabağa getməyə imtina etmişik. Heç bir beynəlxalq təşkilatdan görüşməkdən nə imtina edirik, nə də qorxuruq. İstənilən nümayəndə heyəti ilə Azərbaycanın ədalətli mövqeyini onların diqqətinə çatdırmağa hər zaman hazırıq. Sadəcə olaraq, məsələnin mahiyyəti başqadır. Azərbaycanın torpaqlarını işğal edən düşmən ölkənin QHT-ləri ilə görüşməkdən imtina etmişik.

- Ümumiyyətlə, "Xalq diplomatiyası" çərçivəsində ziyalıların keçirdiyi görüşləri necə dəyərləndirirsiniz?

- Mən belə düşünürəm ki, "Xalq diplomatiyası", təbii ki, hər iki tərəf bu işğala, terrora, Azərbaycana qarşı haqsız mövqeyə qarşı etirazını bildirməlidir.

- Milli QHT Formu birbaşa Azərbaycan ərazisindən keçməklə Dağlıq Qarabağa gedərmi?

- Əgər ciddi təklif olunarsa, elə bir vəziyyət yaranarsa, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edərsə, getməyə dəyər.

Digər xəbərlər