PDF Oxu

Müsahibə

  • 7

“AXC-nin yenidən bərpa olunması keçmişdə qalıb”

“AXC-nin yenidən bərpa olunması keçmişdə qalıb”
- Qarşıdan bələdiyyə seçkiləri gəlir. Seçkilərə hazırlıq dövründə ölkədə fəaliyyət göstərən siyasi qurumların fəaliyyətini necə görürsünüz?
- Biz də bələdiyyə seçkilərinə hazırlaşırıq. Həmin müddət ərzində "Azad Azərbaycan" seçki bloku yaratmaq niyyətindəyik. Təkliflər paketini müxtəlif liberal yönümlü partiyalara göndərmişik. Birinci mərhələdə partiyalara təkliflər verilib. Avqust ayında ikinci mərhələ başlayacaq ki, həmin mərhələdə onların cavabını gözləyəcəyik. Müsbət cavab alsaq, yuxarıda qeyd etdiyim seçki bloku yaradılacaq. Bu cür alınmasa, sadəcə olaraq, müzakirədə iştirak edəcəyik.
- Partiyanızın bələdiyə seçkilərinə hazırlıq prosesi əvvəlki seçkilərdən fərqli olacaqmı?
- Fərqli olmağını istərdik. Onu da istərdik ki, "Azad Azərbaycan" seçki bloku yaradılsın. Çünki bizim baxışımız ondan ibarətdir ki, seçki blokunda liberalyönümlü partiyalar birləşsin.
- Bir çox partiyalar bu seçkilərdə qadınlara və gənclərə üstünlük verəcəklərini bildirirlər...
- Biz də də çalışacağıq ki, gənclərə dəstək olaq.
- Sizin partiyadan fərqli olaraq, bəzi müxalifət partiyaları seçkilərə qatılıb-qatılmamaqda tərəddüd edirlər...
- Bizim fikrimiz bundan ibarətdir ki, seçkilərdə iştirak etmək lazımdır. Boykot taktikası düzgün deyil. O, artıq keçmişdə qalıb. Düşünürəm ki, seçkilərdə iştirak etmək lazımdır. Prezident seçkilərində iştirak etməyimiz düzgün qərar idi. Bu gün də onun bəhrəsini görürük. Hesab edirəm ki, bələdiyyə seçkilərində aktiv olacağıq.
- Müxalifətdə qeyri-normal fəaliyyət göstərənlərə nə kimi tövsiyələr verərdiniz?
- Müxalifət meydanı boş qalıbdır. Siyasətdə yeni simalar olmalıdır.
- Bilirsiniz ki, müxalifət düşərgəsində anormal proseslər baş verir. Təkliflər səsləndirilir ki, müxalifət partiyaları AXC ətrafında birləşsin...
- Mən də tərfədarıyam ki, müxalifət hansısa bir qurumda birləşsin. Amma digər tərəfdən AXC-nin yenidən bərpa olunması keçmişdə qalıb. Xalq hərəkatından çıxan insanlar artıq bir neçə partiya sədridir. Onlar bir dəfə bir yerdə qala bilməyiblərsə, hansısa şəxsi maraqlarına üstünlük verib hərəkatdan çıxıblarsa, çətin bu gün həmin maraqları kənara qoysunlar. Ona görə də inanmıram ki, bu təklif baş tutsun.
- Sizə əks mövqedə duran siyasi qurumlar pariyanızı ciddi qəbul etmir, prezident seçkilərində iştirakınıza və əldə etdiyiniz nəticələrə şübhə ilə yanaşırlar. Bu məsələyə münasibətiniz necədir?
- Hər kəsin öz baxışı var, məsələlərə öz prizmasından yanaşır. Onların bu fikirlərinə şərh vermək istəmirəm.

Digər xəbərlər