PDF Oxu

Müsahibə

  • 11

“Araz Əlizadənin problemi var”

“Araz Əlizadənin problemi var”

- Hazırkı mərhələdə bələdiyyə seçkilərinə hazırlıqla bağlı müxalifət partiyalarında qurumlar və bloklar yaradılır. Həmin qurum və blokların perspektivliyini necə görürsünüz?

- Bələdiyyə seçkilərinə "Qarabağ və Respublika Uğurunda Hərəkat"la bir yerdə getmək niyyətimiz var. Yəni, biz həmin birlikdə təmsil olunuruq. O birliyin perspektivliyinə çox böyük ümidlə baxırıq. Güman edirik ki, bələdiyyə seçkilərində da kifayət qədər yer qazana biləcəyik.

- Gəlin razılaşaq ki, orada bir-birini qəbul etməyən partiyalar var. Deyək ki, bir zaman Əli bəy, Lalə xanım, İsa bəy və s. İqbal bəy haqqında heç də xoş olmayan fikirlər səsləndirib, onu hakimiyyətlə işbirliyində günahlandırıblar. Bunu nəzərə alırsınız?

- Artıq bu gün həmin fikirlər səsləndirilmir. Biz həmişə  keçmişə yox, irəliyə baxırıq. Keçmişdə olan yanlışlıqların üstündən keçmək lazımdır. Bu gün müxalifətə birlik lazımdır. Biz bunu yaxşı başa düşürük. Ona görə də keçmişdə olanları xatırlamağa, gündəmə gətirməyə ehtiyac yoxdur.

- Yəni, təhqirlər və söyüşlərin bir anda üstündən keçib, yaddan çıxardırsınız?

- Bizi heç vaxt təhqir edə bilməzlər. Hakimiyyətlə işbirliyində olmağımızla bağlı kimsə təhqiramiz ifadə işlədirsə, başa düşməlidir ki, qarşı tərəf də bu ölkənin vətəndaşıdır. Biz hakimiyyətlə işbirliyində olmağı söyüş hesab etmirik. Əgər bunu kimsə hesab edirsə, onda həmin adamlara başqa sözüm yoxdur.

- Müsavatın icra aparatının rəhbəri Arif Hacıyevin fikrinə görə, siyasi situasiyaya uyğun mövqelərin dəyişməsinə təbii yanaşmaq lazımdır. Yəqin ki, "Ümid" partiy ası da bu mövqedən məsələlərə yanaşır?

- Həmişə gələcəyə baxırıq. Bilirsiniz ki, bizim ən böyük problemimiz Dağlıq Qarabağ problemidir. Bu problemin həllində istər iqtidar, istərsə də müxalifət bir olmalıdır. Bu ölkənin vətəndaşları, gələcəyini düşünən insanlar birlikdə səylərini birləşdirərək problemin həllinə bu və ya digər şəkildə köməklik göstərməlidir.

- Hakimiyyət hər zaman Qarabağ məsələsi ilə bağlı danşıqları sürətləndirən zaman, müxalifət hansısa qarşıqlıq salmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq üçün müəyyən səylər göstərir. Müsavat, AXCP (i) mitinqlər keçirməyə  cəhdlər göstərir. Bu günlər isə ADP sədri bəyan etdi ki, guya kimsə bunu öldürmək istəyir...

- Əslində, həmin məsələyə müxalifət partiyaları ciddi reaksiya vermədi. Amma fakt ondan ibarətdir ki, S.Cəlaloğluna hədə məktubu göndərilib. Haqlı olaraq hüquq-mühafizə orqanlarına müraciət etdilər ki, məsələni araşdırsınlar. Həmin məktubu kim hansı məqsədlə göndərib, bu, hüquq-mühafizə orqanlarının işidir. Ola bilsin ki, ölkədə xalqı qorxu içində saxlamaq istəyən xarici qüvvələr var.

- Olub ki, dəfələrlə hansısa açıqlamaya, hədələrə partiya sədrləri qeyri-ciddi yanaşdıqlarını bəyan ediblər. İndi isə, bu məktuba ciddi reaksiya verildi...

- Əslində, ciddi reaksiya verilmədi.

- Bununla bağlı mətbuat konfransı keçirildi. S.Cəlaloğlu, İ.Qəmbərov, Ə.Kərimov bu məsələ ilə bağlı müsahibələr verdilər. Bu, fakt deyilmi?

- Bu, təxribat xarakterli də ola bilərdi və dövlət orqanlarının işidir ki, bunu araşdırsın.

- ASDP həmsədri Araz Əlizadə açıqlamasında bəyan etdi ki, qurum, blok yaradan partiyalar artıq tükənib. Ona görə də ümidləri artıq pçixi pozğunluğu olan insanın açıqlamsına qalıb...

- Normal adamın elə fikir səsləndirməsi düzgün deyil. Yəqin, Araz Əlizadənin özündə problem var ki, elə fikir səsləndirir. Şəxsən siyasətlə məşğul olan normal insanların belə fikir səsləndirməsinə qeyri-ciddi yanaşıram. Güman edirəm ki, belə fikir səsləndirən insanların özlərində problem var.

- A.Əlizadə Azərbaycanın siyasi səhnəsində kifayət qədər ciddi fiqur kimi tanınır...

- Mən onu ciddi fiqur hesab etmirəm.

- Niyə? Əsasınız var?

- Elə danışığına, fikirlərinə, möqeyinə görə...

- Yəni, həqiqəti dediyinə, sizi tənqid etdiyinə görə? Əlinizdə hansısa fakt varmı?

- A.Əlizadə həmişə İran və Rusiyanın mövqeyindən çıxış edir.

- Bəy, bütün bunlar kifayət qədər ciddi ittihamlar deyilmi?

- Bəli, onun həmişə çıxışlarına qulaq asmışam. İsrail-Azərbaycan münasibətləri çərçivəsində, həmçinin, İsrailin ölkəmizə səfəri zamanı kifayət qədər Rusiyanın və İranın mövqeyini müdafiə edib.

- Bütün bunlar kifayət qədər ciddi ittihamlardır. O, sizi məhkəməyə verə bilər? Siz bundan qorxmursuz?

- Mən onun çıxışlarına istinadən deyirəm. Ondan qorxum da yoxdur.

Digər xəbərlər