PDF Oxu

Müsahibə

  • 6

Bələdiyyə seçkilərinə cəmiyyətdə maraq yüksəkdir

Bələdiyyə seçkilərinə cəmiyyətdə maraq yüksəkdir

Bu ilin payızında bələdiyyələrə növbəti seçkilər keçiriləcək. Proseslərin inkişafına, eləcə də, aparılan araşdırmalara görə, demək olar ki, yerli idarəetmə orqanlara keçiriləcək seçkilərə cəmiyyətdə maraq yüksəkdir. Bu da bələdiyyələrin ötən müddət ərzində quruculuq-abadlıq işlərində, insanların sosial müdafiəsinin gücələndirilməsində və digər məsələlərdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən irəli gəlir. Yəni, bələdiyyələr kifayət qədər özlərini doğrulda bilib.
Bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası hansı texniki məsələləri həll edib, seçki siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən tədbirlər nədən ibarətdir və digər suallarla əlaqədar MSK-nın sədr müavini Svetlana Qasımovaya müraciət etdik.

- Hazırda seçki siyahılarının dəqiqləşdirilməsi işi gedir. Bu işi biz yerli bələdiyyə və icra orqanları ilə birgə aparırıq. Seçki siyahılarının tam dəqiqləşməsi müsbət nəticə verir. Bu nəticə ondan ibarətdir ki, seçki zamanı əksər seçicilər seçki siyahısında öz adlarını tapırlar. MSK-nın nəzdində qaynar xətt var. Adını tapa bilməyən hər bir vətəndaş bu qaynar xətt vasitəsilə müraciət edə bilər. Bundan başqa, MSK Azərbaycanda bütün seçicilərin siyahısını öz internet sayıtında yerləşdirib. Hər bir bir vətəndaş internetə daxil olub, öz adını seçki siyahısından tapa bilər. Onu da qeyd edim ki, internet sayıtında seçicilərin siyahısı məntəqələr, dairələr üzrə göstərilib. Nəinki göstərilib, hətta internet saytında məntəqənin ünvanı da qeyd edilib. Beləliklə, seçki siyahılarının dəqiqləşdirilməsi MSK-nın hər zaman diqqət mərkəzindədir. Diqqət mərkəzində olmaqla yanaşı, işlər də görülür, həmçinin, bu işlər Seçki Məcəlləsinə uyğun aparılır.

- Məntəqə və dairə seçki komissiyalırına, təbii ki, yeni üzvlər qəbul olunub. Onlar arasında maarifləndirmə işinin aparılması üçün MKS hansı tədbirləri həyata keçirir?

- Maarifləndirmə işləri daima aparılır. Bilirsiniz ki, bununla bağlı ölkə başçısı fərman imzalayıb. Həmin fərmanda MSK-ya tövsiyə olunub ki, xüsusi kurslar təşkil edilsin. Seçki təşkilatçılarının maarifləndirilməsi ilə əlaqədar təlim aparılsın. Biz bütün dairə, məntəqə seçki komissiyalarının sədrlərini, üzvlərini bu kimi kurs və təlimlərdən keçirmişik. Sentyabr ayından yenidən bu işə başlanılacaq.

- Hazırkı mərhələdə MSK-nın Venesiya Komissiyası ilə, xarici qurumlarla, beynəlxalq təşkilatlarla əlaqələri hansı səviyyədədir?

- Bütün beynəlxalq təşkilatlarala əlaqələr sıxdır. Venesiya Komissiyası ilə birgə bizim müxtəlif təlimatlarımız hazırlanır. Bu təlimat MSK-nın icrasında təsdiq olunub. Keçirilən bütün kurs və seminarlarda, təlim məşqlərində AİDS-in nümayəndəsi iştirak edib. Çox tədbirləri beynəlxalq təşkilatlarla birgə keçiririk.

- Qarşıdan ümumxalq tədbiri olan bələdiyyə seçkiləri gəlir. Bu tədbirlə əlaqədar olaraq MSK əvvəlki seçkilərdən fərqli seçki taktikası ortaya qoya biləcəkmi? Yaxud burada texniki dəyişikliklər nəzərdə tutulurmu?

- Yuxarıda qeyd etdiyim tədbirlər seçkilərə hazırlıq məqsədi güdür. Seçki elan olunandan, MSK-nın icrasından sonra xüsusi təqvim planı təsdiq olunur. Təqvim planına uyğun olaraq, seçkilərə uyğun lazımi tədbirlər keçirilir və addımlar atılır.

Digər xəbərlər