PDF Oxu

Müsahibə

  • 10

Dövlət mətbuatın inkişafında maraqlıdır

Dövlət mətbuatın inkişafında maraqlıdır

- Rəşad müəllim, bəzi qəzetlərdə ordu ilə bağlı xoşagəlməz yazılar dərc olunur. Siz ordunun təbliğatında, inkişafında kütləvi informasiya vasitələrinin rolunu necə dəyərləndirirsiniz?

- Ordu ilə bağlı məsələlərdə həddindən artıq həssas olmaq lazımdır. Bu, elə mövzudur ki, burada jurnalistin peşəkarlığı və informasiya çatdırmaq haqqı bəzi məqamlarda ikinci plana keçməlidir. Hesab edirəm ki, əsasən, mətbuatın 90 faizi ordu məsələləri ilə bağlı fikirlər səsləndirir. Bu fikirlər də bir az hay-küyə səbəb olur. Mətbuat informasiya çatdırmaq məsələlərində daha operativ olmalıdır. Belə halda lazımsız şayiələr mətbuatda yer almamalıdır.

- Bəzən yazıları oxuyanda onun ruhunda qərəzçilik və hansısa bir sifariş dayandığını hiss edirsən. Bu, müəyyən mənada təəssüf hissi doğurmur ki?

- Əlbəttə, ordu ilə bağlı yazılarda  hansısa bir qərəzlik, şəxsi məsələlər varsa, yəni, kimsə öz şəxsi məsələlərini və düşmənçiliyini ordu ilə bağlı məsələlərdə dilə gətirib qəzet səhifələrinə çıxırırlarsa, bu, bağışlanılmaz günahdır. Bunun hər hansı bir qəzetdə işıq üzü görməsi peşə davranışlarına ziddir.

- Rəşad müəllim, kütləvi informasiya vasitələri haqqında qanunda müəyyən dəyişikliklər ediləcəyi gözlənilir. Bu qanundan gözləntilər nələrdən ibarət ola bilər?

- Bu məsələlərlə bağlı biz Mətbuat Şurasında müzakirələr apardıq. Bu gün Azərbaycanda jurnalistikadan uzaq xeyli insanlar var ki, qəzet açıblar və jurnalistikamızın nüfuzuna xələl gətirən hərəkətlər etməklə məşğuldurlar. Gələcəkdə də real şəraiti nəzərə alaraq, KİV haqqında qanuna hansısa dəyişikliklər təklif oluna bilər, həm Mətbuat Şurası tərəfindən, həm də digər münsiflər tərəfindən.  Bütün bu məsələlərə normal baxıram.

- Ümümiyyətlə, dövlətinin kütləvi informasiya vasitələrinə göstərdiyi münasibəti necə dəyərləndirirsiz?

- Azərbaycan Prezidenti İlham Əliyev də KİV-in iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər görüb, qərarlar verib. Yaradılan Mətbuata Dövlət Dəstəyi Fondu dövlətin qayğısının təzahürüdür. Ümidvaram ki, getdikcə, mövcud problemlər öz həllini tapır və Azərbaycan mətbuatı həm iqtisadi cəhətdən, həm də digər cəhətlərdən güclü inkişaf edir.

- Mətbuatın İnkişafına Yardım Fondu gündəlik çıxan qəzetlərə və yaxud da agentliklərə vəsait ayıracaq. Amma bəzən iddia edilir ki, bu, ədalətsiz qərar olacaq. Bəs siz necə düşünürsünüz?

- Bildiyimiz kimi, bu proses gedir. Gələcəkdə, şübhəsiz ki, təqdim olunan layihələr dəstəklənəcək və maliyyələşəcək. Həmçinin, layihələrin hansı qəzet tərəfindən təqdim olunacağı, layihənin səviyyəsi və ölkəmiz üçün əhəmiyyəti nəzərə alınacaq. Amma hesab edirəm ki, heç bir ciddi mətbuat orqanı mətbuat fondunun yardımlarından kənarda qalmayacaq. Eyni zamanda, ayrı-ayrı jurnalistlərin də mükafatlandırılması məsələsini gündəmə gətirmək istəyirik. Yəqin ki, bütün bu məsələlər öz həllini tapacaq və jurnalistlərimizin sosial vəziyyəti xeyli yaxşılaşacaq.

- Reketçiliyin aradan qaldırılması üçün Mətbuata Yardım Fondundan qəzetlərə vəsaitin ayrılmasının vacibliyini söyləyənlər var. Amma bəziləri isə başqa mövqe ortaya qoyurlar. Bəs sizcə, çıxış yolu nədir?

- Bir sıra mətbuat orqanları var ki, onlar dəfələrlə peşə davranış qaydalarını pozurlar. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki,  jurnalistikaya dəxli olmayan insanlar bu gün də fəaliyyət göstərirlər. Məncə, onlara maliyyə yardımı ayrılması düzgün olmaz. Maliyyə çətinliyinə görə, az tirajla çıxan elə qəzetlər var və onlara, şübhəsiz ki, kömək etmək lazımdır.

Digər xəbərlər