PDF Oxu

Müsahibə

  • 15

“Hakimiyyətə işləmək günah sayılmamalıdır”

“Hakimiyyətə işləmək günah sayılmamalıdır”

- "Azadlıq" bloku bələdiyyə seçkilərində ayrıca qurum olaraq iştirak etməyi planlaşdırır. ADP bu qurumda təmsil olunmadığı üçün bu halda hansı mövqedə duracaq?

- Düzdür, "Azadlıq" blokunda təmsil olunmuruq. Bu blokun təmsil olunduğu  "Qarabağ və Respublika Uğurunda Hərəkat"ın keçirdiyi müəyyən tədbirlərdə onlarla bir yerdə olmuşuq. Ona görə də, onların qəbul etdiyi hər hansı bir qərarla bağlı aramızda dialoq olmayıb. O barədə həm ADP, həm də "Azadlıq" bloku özü üçün müstəqil addım atmağa qabildir.

- Yəni, ADP müstəqil şəkildə bələdiyyə seçkilərinə hazırlaşır?

- Bələdiyyə seçkiləri ilə bağlı bizdə xeyli müddətdir ki, müzakirələr aparılır. İki variant nəzərdə tutulubdur, həm partiyanın özü, həm də "QRUH" qərara gəlsə bir yerdə bələdiyyə seçkilərində iştirak edəcək. Çünki hesab edirəm ki, hər hansı bir siyasi mübarizədə tək güc ilə yox, birləşmiş güclərlə iştirak fayda verə bilər. Əgər sonda birlik nümunəsi alınmayacaqsa, tərəflər özləri ayrılıqda getməyə ehtiyac duyacaqlarsa, sözsüz ki, ADP tək gedəcək.

- Praktika göstərdi ki, prezident seçkilərində, referedumda müxalifətin birgə proqramla çıxış etməsi mümkün olmadı. Bələdiyyə seçkilərində bunun reallaşması nə dərəcədə doğru ola bilər?

-  Hər halda bələdiyyə seçkilərində vətəndaş cəmiyyətindəki roluna gölgə salmamaq şərtilə, demək istəyərdim ki, prezident və parlament seçkiləri bələdiyyə seçkilərindən fərqlidir.  Burada ambisiyalar daha çox fərqlidir. Prezident və parlament seçkilərinin namizədi ilə bələdiyyə seçkilərinin namizədi arasında fərq də böyükdür. Baxmayaraq ki, həmin məsələlərdə fərqli fikir yaranmışdı. Ancaq hər halda xatırlayırsınızsa, parlament seçkilərinə "Azadlıq" bloku ilə birgə getmişdik. İstər fərdlərə, istərsə də qruplara bir yerdə seçkilərə getməmək daima uğursuzluq gətirib. Hesab edirəm ki, nəticənin nə dərəcədə olub olmamasından asılı olmayaraq, bir yerdə iştirak etmək böyük effekt verə bilər.

- Sərdar Cəlaloğlunu hakimiyyətlə əməkdaşlıq etmək, konstruktiv mövqe nümayiş etdirmək təklifi əks qütb tərəfindən süngü ilə qarşılanmışdı. Belə halda əməkdaşlıq münasibətlərinin əsassız olması nə dərəcədə səmimi ola bilər?

-    Bəli, ADP hakimiyyətlə çox məsələrdə həmfikirdir. Partiyanın mövqeyi qarşılıqlı münasibətlərin qurulmasında  siyasi dialoqun baş tutmasından asılıdır. Ona görə də, dəfələrlə olduğu kimi, indi də dialoqun vacibliyini qeyd edirik. Müxalifət partiyaların bu məsələyə necə yanaşmasından asılı olmayaraq biz bu məsələnin çox vacib olduğunu qeyd edirik.

- AXCP (i), Müsavat, "VİP" sizə əməkdaşlıq təklif, ya da ki, birgə blok yaratmaq ideyası ilə çıxış edərsə, necə zəmanət verə bilərsiniz ki, onlar sizi hakimiyyətlə iş birliyində günahlandırmasınlar?

- Hakimiyyətə işləmək günah sayılmamalıdır. Siyasi mühütdə olan insanlar bunu başa düşməlidir. Siyasət aləmində siyasi dialoq olmalıdır. Bu sahədə daha praktik addımlar atmağın tərəfdarı olduğumuza görə adımız hallanır. Adıçəkilən partiyaların da siyasi dialoqun tərəfdarı olduqlarının dəfələrlə şahidi olmuşam.

- Bəzi siyasi partiyalar QHT-lər haqqında qanunun qəbul edilməsi gözlənilən ərəfədə, bu məsələdən yararlanaraq aksiyalar keçirməsi təklifi ilə çıxış ediblər. Bu ideyanın ADP tərəfindən dəstəklənməsi nə dərəcədə realdır?

- Birinci növbədə, onu deyim ki, QHT və KİV-lərlə bağlı qanunlarda əlavə və dəyişiklərin edilməsini ADP yüksək dəyərləndirir. Bunun aksiya formasında həyata keçirilməsi məsələsi də düzgün deyil.

Digər xəbərlər