PDF Oxu

Müsahibə

  • 11

“Müxalifətin yeniləşməsinə ehtiyac var”

“Müxalifətin yeniləşməsinə ehtiyac var”
Müsahibimiz "Ümid" partiyasının sədr müavini Ənvər Ağayevdir
- Bələdiyyə seçkiləri ərəfəsi "Azadlıq" blokunda təmsil olunan partiyalar və eyni zamanda, "Qarabağ və Respublika Uğurunda Hərəkat" birgə iştirak etmək haqqında fikirlər səsləndirirlər. Amma ortaq mövqe, hələ ki, bəlli deyil...
- Seçkilərə bir xeyli vaxt qalıb. Burada iki təklif var. Qarşıda duran məqsəd "QRUH"-da birləşən partiyalar siyasi blok kimi seçkilərə qatılsın və bələdiyyə seçkilərində vahid formada iştirak etsinlər. İkincisi isə, odur ki, partiyalar hərəkatda əməkdaşlıq çərçivəsində ayrıca siyahılarla qatılsınlar və bir-birlərinin namizədlərini dəstəkləsinlər. Bilirsiniz ki, bələdiyyə seçkilərində bütün namizədlərə səs vermək, onların öz namizədlərinin probleminə çevrilməyəcək. Ən başlıcası isə ondan ibarətdir ki, blokda birləşən partiyalar vahid mövqeyə gəlib, hansı formada olmasından asılı olmayaraq, bələdiyyə seçkilərində birgə iştirak edəcəklər. Burada ciddi fikir ayrılığı yoxdur.
- Necə düşünürsünüz, bir qədər əvvəl bir-birinə qarşı kəskin ittihamlarla çıxış edən Əli Kərimov, Sərdar Cəlaloğlu və digərləri İqbal Ağazadəni hakimiyyətə işləməkdə günahlandırırdılar...
- Zaman-zaman bu cür hallar baş verib. Müxalifət partiyaları arasında bir-birlərinə qarşılıqlı ittihamlar səsləndirilib. Amma irəliyə baxmaq lazımdır, keçmişə yox. Məsələyə bu cür yanaşmaq lazım deyil. Yenə deyirəm, əvvələr bir-birlərini ittiham edən partiyalar indi bir yerdədilərsə, irəliyə baxmaq lazımdır. Bu gün Azərbaycanın demokratikləşməsini, Avropa ailəsinə daxil olmasını istəyən hər kəs bu istiqamətdə fəaliyyətini əsirgəməməlidir.
- Bilirsiniz ki, MTN-in arxivləri hələ açılmayıb. Amma Ə.Kərimov bəyan edir ki, İqbal Ağazadə MTN-in agentidir. Bu ciddi, həm də qəribə ittiham deyil?
- Bu gün bir araşdırma aparsanız, görərsiniz ki, üzdə olan siyasətçilər haqqında zaman-zaman müxtəlif şayiələr, onlar haqqında qara piar kampaniyası aparılıb. Yəni, bu növ kampaniyalara təbii yanaşmaq lazım deyil. Düzdür, hansısa bir siyasətçi siyasət meydanına çıxırsa, sözsüz ki, onun rəqibləri olacaq. Bunlar əsasız ittihamlar idi. Artıq bu ittihamları səsləndirmirlər, çünki bilirlər ki, bunların heç bir əsası yoxdur.
- Şəxsiyyəti nə zamandan təhqir etmək adi və təbii hal hesab olunur?
- Müxalifət funksionerləri bu gün özləri də etiraf edirlər ki, vaxtilə İqbal bəy haqqında mətbuatda səsləndirdikləri böhtan kompaniyası əhəmiyyəsizdir.
- Necə düşürsünüz ki, S.Cəlaloğlu, Ə.Kərimov nə dərəcə də İqbal Ağazadə ilə əməkdaşlıqda səmimi olacaqlar?
- Biz onlara inanırıq.
- Bu inam növbəti mərhələdə problemlə müşahidə olsa, inam hansı formaya çevrilə bilər?
- Bu, siyasi prosesdir. Hansısa problem yaranarsa, bunu gələcək göstərər.
- Hazırkı mərhələdə iddia edirlər ki, müxalifətin yeniləşməsinə ehtiyac var. Bu yeniləşməni hansı formada görürsünüz?
- Bu, çox təbii prosesdir. Perspektivi, nüfuzu olmayan insanlar siyasi səhnədən getməlidirlər. Azərbaycanda siyasətçilərin yeniləşməsi prosesi başlayıb. Yaxın vaxtlarda tamam başqa bir mənzərədə siyasətçilər ortaya çıxacaq. Bunun canlı şahidi olcağıq.
- Yəni, deyirsiniz ki, yaxın zamanlarda İqbal bəy sədrlik kürsüsünü müstəqil formada tərk edə bilər?
- O, hələ çox gənc siyasətçidir. Siyasi səhnəyə yeni daxil olub. bütövlükdə siyasi partiya rəhbərləri arasında ən gəncdir. O, siyasətin gəncləşməsi üçün nümunədir. İ.Ağazadə köhnə siyasətçi deyil.
- E.Məmmədov, eləcə də R.Quliyev də sədrlikdən istefa verdilər...
- Etibar bəyin adını çəkmək istəmədim. O, geri çəkildi, İsgəndər Həmidov artıq siyasi səhnədə yoxdur. Zaman hər şeyi öz yerinə qoyur. 3-5 ildən sonra partiyalarda yeni bir nəsil olacaq. Bu gün "Ümid" partiyasında olanlar yeni nəslin nümayəndələridir.
- Axı, Ə.Kərimov, İ.Qəmbərov və b. siyasətə gəlir mənbəyi kimi baxırlar...
- Uzun müddət bunların siyasi səhnədə qalması, öz iddalarından geri çəkilməmələrinin səbəbi onların şansının olmamasıdır. Yenə deyirəm ki, perspektivi, intellektual savadı olmayanlar siyasi səhnədən getməlidir. Təbii ki, özləri könüllü geri çəkiləcək.
- Savadı olmayan şəxslər siyasətdən geri çəkilməlidirlər. Bunu İsa bəyə, Əli bəyə aid etmək olar?
- Bu barədə bir söz deyə bilmərəm.
- Sizcə, İ.Ağazadə Ayaz Mütəllibovun yanından nəyə görə getmişdir?
- Onu deyə bilərəm ki, İqbal bəy 2000-ci ildən oradan ayrılmışdı. İqbal bəy "Vətəndaş Birliyi Partiyası"nda olanda A.Mütəllibov heç oranın sıravi üzvü də deyildi.

Digər xəbərlər