Müsahibimiz Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Ramil Həsənovdur
- 15 İyun Qurtuluş Günü ərəfəsindəyik. YAP Gənclər Birliyi bu bayramı hansı formada keçirməyi planlaşdırır?
- YAP GB Qurtuluş Günü ilə bağlı hər il bu ərəfədə müxtəlif spektrdə tədbirlər keçirir. Tədbirlərimiz, əsasən, gənclərimizə Qurtuluş Gününün mənası, yaranması, ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin Naxçıvan MR-dən Bakıya dəvət edilməsi, ümumi xalqın lideri olaraq Azərbaycanın o dövrdəki çıxılmaz proseslərdə və vətəndaş müharibəsindən qurtarması, Azərbaycanı inkişafa doğru götürməsi və digər bu istiqamətli milli liderimizin artmış olduğu fenomen addımları gənclərimizə doğru və düzgün şəkildə izah etmək istiqamətində olub. Bununla bağlı müxtəlif səpgili seminar və konfranslar keçiririk. Bu seminar və konfranslarda vaxtilə Heydər Əliyevlə çiyin-çiyinə işləmiş, Onu şəxsən tanımaq şərəfinə nail olmuş, o dövrlərdə Milli Məclisdə təmsil olunmuş və bu gün hazırda siyasi meydanda fəaliyyət göstərən YAP-ın tərkibində olan insanlarla gənclərimizin qarşılıqlı dialoq xarakterli görüşlərini təşkil edirik. Seminar və konfranslar "Qurtuluşdan inkişafa gedən yol", "Qurtuluşa doğru gələn uzun bir dövr" və bu kimi adlar altında keçirilir. Onu da qeyd edim ki, bu istiqamətdə YAP GB Xətai rayon təşkilatında gənclərlə görüş keçirilib. İyun ayının 12-də isə, YAP GB Suraxanı rayon təşkilatında gənclərlə bu istiqamətdə konfrans və seminar keçiriləcək. Həmçinin, bundan başqa, GB-nin Regional Koordinasiya Mərkəzi olan Gəncəbasar zonasının Gəncə şəhərində, Şəki-Zaqatala zonası üzrə Şəki şəhərində, Qarabağ-Aran zonası Mingəçevr şəhərində və Ağcabədi rayonunda da bu tipli seminar-konfraslar keçirilir. Gənclərimizi Qurtuluş Gününün həmin adla elan olunması, Azərbaycan parlamentinin niyə məhz qərar qəbul etməsi ilə bağlı dolğun informasiyalarla bu istiqamətdə əsaslı məlumatlandırılır. Onlar bu günü Azərbaycanın həm keçmişi, həm bu günü, həm də gələcəyi üçün nə qədər əhəmiyyətli olduğun dərk etməlidirlər. Heydər Əliyev kimi dahi şəxsiyyətin, sadəcə, Azərbaycanın bu gününə yox, gələcəyinə yönəlmiş addımları doğru və düzgün şəkildə qavraya bilsinlər.
- Necə düşünürsünüz, Azərbaycan gəncliyi ulu öndərimizin onlara göstərdiyi diqqət və qayğını, onlara göstərilən etimadı kifayət qədər doğrulda bilirmi?
- Təbii ki, Azərbaycan gəncliyi imkanların vermiş olduğu sərhədlər çərçivəsində bu etimadı doğrultmağa və öhdəsindən gəlməyə çalışır. Əlbəttə ki, etimad böyükdür. Azərbaycan gəncliyinin uçuruma yuvarlanmaq ərəfəsində olan astanadan qaytarıb inkişafa doğru aparmaq və bu inkişafda gəncliyə çox böyük öhdəliklər vermək və bu gəncliyə böyük etimad göstərmək, bu gəncliyin qarşısında çox geniş yolun açılmasına şərait yaratmaq və gəncliyi ölkənin daha da qüdrətli və güclü olması naminə yetişdirmək, sadəcə, böyük liderlərə xas olan keyfiyyətdir. Heydər Əliyev kimi dahi şəxsiyyət də bu xüsusiyyətləri özündə ehtifa edən bu istiqamətli yenilikləri gənclər üçün etmişdir. Gənclər də bundan müsbət mənada yaxşı nəticələr çıxarmaqdadır və bu proses də davam etməkdədir. Azərbaycan gəncliyinin təhsildə qazanmış olduğu uğurlar, Azərbaycan gəncliyinin hələ də təhsil istiqamətində yeni-yeni uğurlara imza atmaq üçün əzmkarlıqla mübarizə aparması, idman sahəsində qazanmış olduğu uğurlar, dövlət idarəetmə sektorlarında seçki strukturlarında, orqanlarında təmsil olunması, ölkəni və dövləti ləyaqətlə təmsil etməyə çalışmaları və bütün bunların hər birisi onu göstərir ki, gəncliyimiz çalışır ki, Heydər Əliyev kimi dahi liderin zamanında onlara göstərmiş olduğu bu etimad və diqqəti doğrulda bilsinlər. Gənclərimiz bu istiqamətdə addımlarını atmaqdadırlar.
- Yeri gəlmişkən, YAP GB yay məktəbləri adlı layihə həyata keçirir. Bununla bağlı nə deyə bilərsiniz?
- YAP GB yay məktəbləri adını verdiyimiz layihənin startına başlayıb və bu layihə bütün dünyada, ABŞ və Avropada tətbiq olunan, xüsusilə də, gənclərə yönəlik effektli layihədir. Layihənin əsas məqsədi 2008-2009-cu illər ərzində GB-nin tərkibində aktiv fəaliyyət göstərmiş, prezident seçkilərində və referendum aksiyasında xüsusi fəallıq göstərmiş və təhsil göstəricilərində yüksək nailiyyətlər əldə etmiş gənclərimizi qiymətləndirmək məqsədi ilə həyata keçirilən aksiyadır. Bu aksiyamızda əsas məqsəd Bakı şəhərinin 11 rayonundan, Sumqayıt və Abşeron şəhərindən iştirak edən 65 nəfər gəncimiz iki gün GB-nin təşkil etdiyi yay düşərgəsində həm istirahət edəcəklər, bundan əlavə, burada əsas məqsədimizdən biri də ondan ibarətdir ki, eyni siyasətə, eyni istiqamətə xidmət edən, amma bir-birilərini tanımayan gənclərimiz yay məktəbləri vasitəsilə tanımaq şansı əldə edəcəklər. Bu bir-birlərini tanımaq, təbii ki, partiyamızın siyasətinə uyğun olaraq, eyni zamanda, aralarında şəxsi dostluq münasibətlərini yaranması və bununla da gələcəkdə GB-nin tərkibindən yeni ideyaların, layihələrin formalaşmasında ortaq fəaliyyətə təkan verəcəkdir. Eyni zamanda, onların asudə vaxtlarının təşkil olunması, ən əsası isə, GB-nin yay məktəblərinə düşmək şansı qazanmış üzvləri YAP-ın Sədr müavini, partiyanın İcra katibi, millət vəkili Əli Əhmədovla və digər parlamentin komitə sədrlərindən qeyri-rəsmi formatda görüş imkanı əldə edirlər. Bu da müasir ünsiyyət formalarının ən effektiv nəticələrindən biridir ki, gənclərimiz heç bir şablon və çərçivə olmadan YAP-ın səlahiyyətli şəxsinə istədikləri sualı verir, onunla istədikləri məsələni müzakirə etmək şansı əldə edirlər və təbii ki, eyni zamanda, ona şərait yaradır ki, gənclərimizin fəallıqları, nə dərəcədə aktiv və bacarıqlı olduqlarını üzə çıxartmaq üçün onların əlinə fürsət düşmüş olur. Bundan da müsbət mənada nə qədər yaxşı yararlanarlarsa, GB-nin, həm də onların şəxsi gələcək inkişafları üçün böyük təkan vermiş olar. Bu layihədən bir neçə istiqamətdə çox böyük, müsbət nəticələr gözləyirik. Qeyd edim ki, layihəmizin birinci etapı iyul ayının 4-5-də Oğuz şəhərində, Qəbələ-Şəki şəhərlərində davam edəcək. Yay ərzində ayda 1 dəfə olmaqla 3 layihə həyata keçirəcəyik. Üç layihədə iştirak edən gənclərimizin sayı 300 nəfərdir. Bu layihənin yay məktəbləri variantını 2007-ci ildə Lənkəran, Masallı və Astara bölgəsində, 2008-ci ildə qış məktəbləri variantı olaraq Quba şəhərində keçirmişik. 2009-cu ildə isə, artıq Oğuzdan başlayaraq, Qəbələ və Şəkidə davam edəcək.