Müxalifət yalnız bir-birini ittiham etməklə gündəmdə qalır
- "Ümid" partiyasının bələdiyyə seçkilərində hansı formada iştirakı gözlənilir?
- Qarşıda duran əsas vəzifələrimizdən biri də bələdiyyə seçkilərində iştirak etməkdir. Bununla bağlı, mütamadi olaraq, toplantılar keçiriləcək və seçkilərdə blok şəklində iştirak edəcəyik.
- Nə qədər səmimi əməkdaşlıq ola bilər ki, bir qədər əvvəl Əli Kərimov, İsa Qəmbərov İqbal Ağazadəyə qarşı ittihamlar irəli sürürdülər...
- Ümumiyyətlə, siyasətdə hər kəsin hansısa anda, məqamda müəyyən fikirləri olur.
- Deyirsiniz ki, siyasətdə hər şey ola bilər?
- Mən o mənada demirəm. Yəni, umu-küsü olar.
- Ə.Kərimovun, Arif Hacıyevin İqbal bəy haqqında ciddi ittihamları mətbuatda müzakirə predimeti kimi qalmaqdadır...
- Onlar özləri də anladılar ki, ittihamlarının heç bir əsası yoxdur. Ona görə də, geri çəkildilər.
- Düşünürsünüz ki, müxalifət düşərgəsi "Qarabağ və Respublika Uğurunda Hərəkat"da təmsil olunan partiyalardan ibarətdir?
- Elə deməzdim. Müxalifət partiyaların çoxusu özünü müxalifətyönümlü sayır. Amma onlar da bəzi məqamlarda blok və qurumlarda birləşir. Onlar haqqında hər hansı fikir yürüdə bilmərik.
- "QRUH"-un bloka çevrilməsi nəzərdə tutulurmu və bu qurumun blok şəklində bələdiyyə seçkilərinə qatılması mümkündürmü?
- Çox güman ki, elə əvvəlki adı ilə bələdiyyə seçkilərinə qatılacaq. Müzakirələr aparılır, bunun da nəticəsi seçkilərə strat verilən məqamda öz sözünü deyəcək.
- Müsavat partiyası bəyan edib ki, fərdi qaydada seçkilərə qatılacaq. Eyni fikrlə Ə.Kərimov da çıxış edib...
- Onların nə fikir söyələməsindən asılı olmayaraq, hələ ki, heç nə dəqiqləşməyib.
- ASDP sədri Araz Əlizadənin iddiasına görə, "QRUH"-da təmsil olunan partiyaları xarici qüvvələr idarə edir. Onun fikirlərində həqiqətə oxşayan ifadələr var?
- Çox adam çox söz deyə bilər. Kimin hansı formada fəaliyyət göstərməsi göz qabağındadır.
- Bilirsiniz ki, "DUİ" də mövcuddur. Hətta fəaliyyəti qismən də olsa nəzərə çarpır. Nəyə görə onların konfrans keçirməsinə ADP, Müsavat və s. müsbət reaksiya vermədi?
- Deyə bilmərəm nəyə görə reaksiya vermədilər. Həmin məsələ biz tərəfindən qaldırılmışdı. Kollegial olmadığına görə həmin məsələdə ümumi razılıq olmadı.
- Nəzərə alın ki, həmin toplantıda Qarabağ problemi müzakirə predimeti olacaqdır...
- Biz də o toplantıda iştirak etdik.
- Bəs onda nəyə görə, Mirmahmud Fəttayev bəyan etdi ki, təmsil olunduğunuz qurum konfransa qatılmamaqla müxalifətin inteqrasiyasına mane olmaq yolunu tutdu?
- Onlar Qarabağla bağlı forum keçirmişdilər. "QRUH"-a daxil olan partiyaların hamısı iştirak etmişdi. Ola bilsin ki, M.Fəttayev məsələni qarışdırır.
- Müxalifətin indiki durumunu necə dəyərləndirirsiniz?
- Müxalifətin fəaliyyəsizliyi onların cəmiyyətdə aktiv olmamasıdır. Onlar gündəmdə yalnız bir-birini ittiham etməklə qalır. Bu da, o demək deyil ki, onlar aktivdilər.
- Gündəmdə qalmaq hansı formada ola bilər? Misal üçün tədbirlər keçirmək...
- Zaman-zaman bu məsələ gündəmdə qalıb, indi də gündəmdədir.
- Fakt göstərə bilərsiniz ki, hansısa tədbir keçirmək niyyətində olubsuz?
- Bu məsələnin gündəmdə olmasını gələcək göstərəcək.