İnvestisiya layihələri təxirə salınmayacaq
Azərbaycan çox uğurlu iqtisadi siyasət aparır. Bu siyasətin həyata keçirilməsi bir daha göstərir ki, dünyanın əksər ölkələrində inkişaf tənəzzülə getdiyi halda, Azərbaycanda iqtisadi artım var. May ayında Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsinə yenidən baxılacaq. Eələcə də, dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dövlət büdcəsindəki dəyişikliklər isə sosial proqramların həyata keçirilməsinin davam etdirilməsi, sahibkarlığın inkişafı və regionların təsdiq olunmuş sosial-iqtisadi inkişafının təmin olunması istiqamətindəki tədbirlərin həyata keçirilməsindən ibarətdir.Bəzi iqtisadçı ekspertlər dünyada hökm sürən maliyyə böhranı ilə əlaqədar olaraq Azərbaycanın bir sıra investisiya layihələrinin təxirə salınmasını qeyd edirlər. İqtisadçı, millət vəkili Əli Məsimov isə, yayılan məlumatların əsassız olduğunu bildirdi.
- İvestisiya layihələrinin hardasa dörddə üçündən çoxu reallaşan dörddə üçü əvvəlcədən reallaşmağa başlayan, dörddə biri isə yeni layihələrdir. Ona görə də, böhranın təsirlərini nəzərə almaqla investisiya xərclərinin strukturunda müasir dövrün tələbləri və yaxud da böhrandan çıxan yeni çağırışlarla əlaqədar olaraq müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Hansı layihələr ki, həddən artıq vacibdir, onları mütləq reallaşdırmaq lazımdır. Həmin vəsaitlər isə real sektorun inkişafının dəstəklənməsinə yönəldilməlidir. Bəzi müəssisələr xaricə məhsul çıxarır. Hazırda dünya bazarında təlabatın azalması ilə əlaqədar olaraq həmin məhsulların satışında problem var. Yeni ildən Rusiyaya və digər ölkələrə göndərdiyimiz malların qabaqcadan müqavilələri olub. Bu sahədə əlavə problemlər yaranıb. Ona görə də, rəqabət qabiliyyətli məhsullarımızın rəqabət qabiliyyətini daha da artırmaq, imkan daxilində onları yeni bazarlara çıxarmaq istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac var. Bunun üçün də vəsait lazımdır. Ona görə də, həmin investisiya layihələrinə yenidən baxmaq, onun strukturunda dəyişiklik etmək, lazımlı lahiyələri həyata keçirmək daha məqsədəuyğundur. Ən başlıca vəzifə isə, milli iqtisadiyyatı, xüsusən, fermer təsərrüfatlarını inkişaf etdirmək lazım gəlir ki, Azərbaycanda istehsal olunan məhsulların dünya bazarına çıxarılması üçün əlverişli imkanlar açılsın.
- Dövlət büdcəsinə yenidən baxarakən 2009-2013-cü illər üçün Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramına hansısa xərclərin azaldılması, layihələrin təxirə salınması nəzərdə tutulacaqmı?
- Sosial xarakterli layihələrə xələl gətirməyən təkliflər proqnozlaşdırılıb. Bu da sosial sektorun əvvəlki səviyyədə qalmasını əsaslandırır. Məsələn, 2007-2008-ci illərdə Azərbaycanın büdcəsinin artım tempi son vaxtlarda 70 faizə çatıbdır. 2009-cu ilin büdcəsində bu rəqəm 12 faizə yaxın olub. Baxmayaraq ki, vəsaitin artım tempi 5-6 dəfə aşağı düşüb, amma sosial sahəyə ayrılan xərcləri yenə də, əvvəlki illərdə olduğu kimi, 20-25 faiz və daha artıq 30 faiz təşkil edir. Düşünürəm ki, sosial xarakterli tədbirlərin həyata keçirilməsinə ayrılan vəsait artırılacaq. Ona görə də, deyərdim ki, 2009 - 2013-cü ilin regional inkişaf proqramında nəzərdə tutulan tədbirlərin 2009-cu ilə aid olan hissəsi mütləq yerinə yetiriləcək.