Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Ramil Həsənovun "Səs" qəzetinə müsahibəsi
- Ramil müəllim, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Sabaha inamla" mərhəmət aksiyası keçirib. Bu aksiya hansı zərurətdən yarandı və hansı bölgələri əhatə etdi?
- YAP-ın Gənclər Birliyi "Sabaha inamla" adlı ahıl və kimsəsiz insanara dəstək məqsədilə humanitar aksiya həyata keçirib. Bu humanitar aksiya bir ay öncədən planlaşdırılmışdır. Burada əsas məqsəd ümummilli liderimiz Heydər Əliyevin 86-cı ildönümü ərəfəsində, Onun kimi dahi bir şəxsiyyətin Azərbaycan vətəndaşlarına, insanlara hər zaman humanist qayğısı ilə yaxınlaşmasının təzahürlərini yenidən nümayiş etdirməkdən ibarətdir. Ölkənin gənc könüllüləri olaraq, bu prosesdə tənha insanlara mənəvi dəstək vermək istiqamətində bu mühüm bir layihə hesab olunur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulun humanizm siyasəti, bu gün ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz, bu baxımdan da, Prezident İlham Əliyevin Sədrlik etdiyi partiyanın belə bir addımı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Ona görə də, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində belə bir xoşməramlı missiyanı yerinə yetirmişik.
İlk dəfə olaraq, Azərbaycanda "Sabaha inamla" humanitar aksiyası keçirildi. Bu aksiyanın da formatı bir qədər fərqlidir. Fərqlilik isə ondan ibarətdir ki, burada maddi yardımla yanaşı insanlara mənəvi dəstəyin edilməsi də vacib amillərdən hesab olunur. Ona görə də, əvvələcədən, məhz bu humanist addımla, maddi dəstəklə yanaşı, mənəvi dəstəyə də ehtiyacı olan insanlar müəyyənləşdirildi. Aksiya nəticəsində ahıl və kimsəsiz insanlara dəstək olmaq üçün iki nəfər gənc oğlan və qız olmaqla onlara qulluq üçün könüllü seçilir. Hər bir şəxsə qulluq edəcək və ona bir növ mənvi övladlıq edəcək gənc oğlan və qız, həmin insanlar bir gün ərzində müxətilif qulluqlar göstəriblər. Bu addım isə, həmin qəbildən olan insanlara sabaha inamının atrılılması və onların tək olmaması, yalnız yaşamaması ətraflarında onlara dəstək ola biləcək insanların olması kimi mənəvi dəyərlərin aşılanmasında, YAP GB-i belə uğurlu layihəni həyat keçirmiş oldu.
Onu da qeyd edim ki, həmin insanlara ərzaq və dava-dərman da verilmişdir. Aksiyanın əhatə dairəsi Bakı şəhərinin 11 rayonu, Sumqayıt və Abşeron rayonlarını da əhatə edirdi. Bundan sonra isə, nəzərdə tutulubdur ki, Azərbaycanın digər bölgələrində Lənkəran, Quba, Şəki, Yevlax və Gəncədə də analoji aksiyalar keçirilsin.
"Sabaha inamla" aksiyası, ümumilikdə, kimsəsiz və ahıl yaşda olan insanlar tərəfindən necə qarşılandı?
- Əvvəlcədən həmin qəbildən olan insanlarla söhbətlər apardığımız üçün, artıq onlar bizim bu addımımızı çox müsbət qaşılayırdılar. Çünki elə insanlar var ki, onlar küçəyə çıxıb, parkda gəzməyə belə çətinlik çəkirdilər. Amma gənclər həmin o insanların normal istirahət etməsi, park və xiyabanlarda gəzintisini təşkil etmək üçün, yemək bişirməkdən tutmuş digər iaşə işlərində də köməkliklər göstəriblər. Ona görə də, belə bir humanist aksiyada təkcə YAP GB-i deyil, ölkənin digər təşkilatlarının da aktivlik nümayiş etdirilməsi də vacib amillərdən hesab olunur.
Onu da qeyd edim ki, bu layihə davamlı şəkilə həyata keçiriləcəkdir. Həmin qəbildən olan insanlar daimi olaraq ziyarət olunacaq, onların qarşıya çıxan problemlərinin həllinə yaxından köməklik göstəriləcəkdir. Hətta onların müəyyən problemlərinin həlli ilə bağlı müvafik dövlət strukturlarına da müraciətlər olunacaqdır. Bununla yanaşı, dövlətin aidiyyatı orqanları da, bu məsələ ilə bağlı davamlı şəkilə mühüm addımlar atıblar. Amma bir həqiqət isə, ondan ibarətdir ki, bu insanların maddiyyatdan daha çox mənəvi dəstəyə ehtiyacları vardır.
- Ümumilikdə isə, Azərbaycan gəncliyinin cəmiyyətdə rolunu necə qiymətləndirirsiniz?
- Təbiidir ki, ölkə gəncliyinin cəmiyyətimizin həyatında rolu olduqca böyükdür. İllər keçdikcə, dövrlər keçdikdə Azərbaycan gəncliyi də inteqirasiya prosesi nəticəsində inkişaf mərhələsini yaşayır. Bu isə, dövrün, zamanın vacib tələblərindən biridir. Həmçinin, bu gənclərin öz üzərlərində yaxşı işləmələrinin nəticəsidir. Ona görə də, bu, xaricdə təhsil alan gənclərimizin və təhsillə daha çox maraqlanan gənclərin çoxluğu, bacarıqlı gənclərimizin sayının artması, digər sahələrdə gənclərin aktiv iştirakı onu göstərir ki, dövlətin bu istiqamətə diqqət və qayğısı çox yüksəkdir.
- Ulu öndər Heydər Əliyev ideyalarının xarici ölkələrdə təbliğatı istiqamətində hansı işlər görülür və bu istiqamətdə gənclərin rolunu necə dəyərləndirirsiniz?
- Bizim beynəlxalq əlaqələrimiz, xarici ölkələrdəki müvafiq gənclər təşkilatları ilə əlaqələr çox normal səviyyədədir. Təbii ki, dövlətimizin həyata keçirdiyi xarici və daxili siyasəti, iqtisadi islahatların təbliği ilə bağlı geniş əməkdaşlıq aparılır. Davamlı olaraq, beynəlxalq arenada olan gənclərlə qarşılıqlı fikir mübadilələri aparılır. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoymuş olduğu inkişaf və bu işləri uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi işlər barədə də qarşılıqlı anlayışlar əsasında mübadilələr aparılır.