Azərbaycan Respublikası Prezidentı yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun "Səs" qəzetinə eksklüziv müsahibəsi.
- Fərasət müəllim, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2009-cu ildə elan etdiyi müsabiqədən bəzi QHT-lər narazı qalıb. Bu narızılıqların kökündə nələr dayanır?
- Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının müsabiqənin nəticələrini elan etdikdən sonra müxtəlif fikirlər səslənib. Təbii ki, bu müsabiqədən narazı olan şəxslər də vardır. Amma şura və katibliyi, ilk növbədə, gələcəkdə ola biləcək hər hansı bir narazılıqlara əsaslandırılmış cavab vermək üçün, maliyyə yardımı müsabiqəsinin bütün mərhələlərini çox şəffaf şəkildə, ilk növbədə, QHT-lərin özlərinin diqqətinə çatdırmışdır. Hər bir mərhələnin icra mexanizmi, tərtib olunmuş sənədlər, mexanizmlər, ekspertiza mexanizmləri, qiymətləndirmə formaları nəticələrin müzskirəsi, elan olunması bütün bunlar hamısı əvvəlcədən sənədləşdirilmiş və QHT-lərin diqqətinə çatdırılmışdır. Bu mexanizmlər isə QHT-lərlə aparılan müzakirələrdə dəfələrlə yüksək qiymətləndirilmiş, həmçinin, burada ən mütərəqqi üsulların tətbiqini QHT-lər məqbul hal kimi qəbul etmişdir. İstər katiblikdə, istərsə də şurada təmsil olunan şəxslər artıq 15 ildən çoxdur ki, QHT sektorunda təmsil olunurlar. Onu da qeyd edim ki, şuranın özünün beynəlxalq təşkilatlardan və donorlardan böyük narazılığımız vardı. Həmin narazılıqların burada da təkrarlanmaması üçün şura tərfindən zəruri olan bütün addımlar atılırdı. Misal olaraq ekspertizanın bir ekspertiza deyil, üç ekspertiza tərəfindən keçirilməsi, ekspertin birinin QHT nümayəndəsi, digərləri beynəlxalq təşkilatların və dövlət nümayəndəsindən ibarət olması bunlara əsaslı sübütdur. Müsabiqələrdən sonra nəticələrə hər hansı bir aydınlıq gətirilməsi üçün apelliyasiya kommisiyasının yaradılması və apelliyasiya ərizələrinin qəbulu, cavabların verilməsi bir daha onu göstərir ki, bütün bunlar digər donorlarda müşahidə olunmayan hallardır. Amma etiraf etmək lazımdır ki, bütün bu mərhələlərə yüksək səviyyədə əməl olunmasına baxmayaraq, yenə də narazılıqlar mövcud oldu. Həmin narazıların birmənalı şəkildə öz layihələrinə haqq qazandırması üçün bəzən işlətdikləri metodlar, heç də, onların özlərinin imicinə xidmət etmir. Çünki həmin layihələr şura tərəfindən ümumi müzakirələrə çıxarıla bilər.
Təklif olunan layihələrdə qaldırılan mövzular, o mövzuların bu gün cəmiyyətimiz üçün nə qədər prioritet olması və müəyyən sahələr üzrə mövcud olan problemləri, həmin qaldırılan məsələnin bu sırada hansı yerdə durmasına bir qədər fikir vermək lazımdır. Ümumilikdə isə, maliyyələşməyən təşkilatlardan da narazılıq edənlər var. Həmçinin, maliyyələşən təşkilatlarda öz narazalıqlarını bildirirdilər. Onlar isə vəsaitin az məbləğdə ayrılmasından şikayətlənirdilər. Bildiyiniz kimi, şura bir layihənin maliyyələşməsi üçün maksimum 20 min man məbləğ müəyyən edilib. Bu isə, o demək deyil ki, QHT-lərin hamısı 199000 man məbləğində vəsait yazmalı idi.
-Bilmək istərdik ki, şuranın keçirdiyi müsabiqədən apellyasiya şikayətləri verənlər varmı və onların sayı nə qədərdir?
- Bu günə qədər şuraya 38 apellyasiya ərizə daxil olmuşdur. Aprel ayının 13-nə qədər apellyasiya şikayətlərinin təqdimatı üçün vaxt müəyyən olunmuşdur. Ayın 14-də isə apellyasiya kommisiyası toplaşaraq özünün ilk yığıncağını keçirib. Həmin toplantıda daxil olan şikayətlərə fərdi olaraq baxılmış və onların təhlil olunması, təqdim edilən layihələrin bir daha çap olunaraq ekspertlərin verdiyi rəyləri, həmin layihələrə əlavə olunması ilə bağlı katibliyə tapşırıqlar verilmişdir. Bununla yanaşı mətbuatda, xüsusilə, kəskin ifadələrlə çıxış edən təşkilatların layihələrinə yenidən nəzər yetirildi və bəzi QHT-lərin, ümumilikdə isə, qərəzli formada buna yanaşdığının şahidi oluruq.
Şura tərəfindən bu sahədəki beynəlxalq təcrübəni öyrənmək üçün keçən ABŞ-da təcrübə mübadiləsində olduq. Orada da QHT-lərin maliyyələşməsinin mexanizmələrini və formalarını öyrəndik. Bir məntiq ortaya çıxdı ki, nə üçün ABŞ hökuməti bu qədər vəsaiti QHT-lərə verir. Bildirdilər ki, onların əməyi dövlət və kommersiya qurumlarının əməyindən çox ucuzdur. Amma bizim QHT-lər isə 9 ayda bir layihə çərçivəsində 17900 man əməkhaqqı tələb edir. Həmçinin, narazı qalan QHT rəhbərlərinin özləri də bilmədən qeyri-peşəkar ifadələr işlədirlər. O cümlədən, şuraya təqdim olunan layihələrin içərisində təəccüblə qarşılanan layihələr də mövcud idi.
- Dəfələrlə xarici fondlara layihə verən bəzi QHT-lər heç vaxt uğur əldə edə bilməsələr də, onlarla bağlı heç bir tənqidi fikir söyləməyiblər. Amma Milli Şuramıza qarşı tənqid dolu fikirlər səsləndriblər. Bunun anormal hal kimi dəyərləndirmək olarmı?
- Vətəndaş cəmiyyətinin əsas institutu olan QHT-ləri təşəbbüskar insan qurupu kimi qəbul olunurlar. QHT fəlsəfəsində də qeyd olunur ki, ictimai fəallığı yüksək olan insanlar burada təmsil olunurlar. Amma bugünkü ittihamlar və tənqidlər artıq QHT-lər haqqında müəyyən bir mənfi imic yaradır. Deməli, buradan belə aydın olur ki, onlar heç də təşəbbüskar deyil, sadəcə olaraq, maliyyə vəsaiti əldə etmək üçün fəaliyyət göstərir. Layihələrin necə olmasından asılı olmayaraq, onlar şura rəhbərliyini tənqid atəşinə tuturlar. Qeyd etdiyiniz kimi, onlar xarici donorlardan maliyyə vəsaiti gəlmədikdə onlar bu qədər hay-küy qalıdırmırdılar. Amma Milli Fonda qarşı bu qədər tənqidi yanaşmaları, sadəcə, başa düşülən deyil.
- Belə bir iddia da səslənir ki, guya bu şuranın saxlanması üçün 200 min man vəsait ayrılıb. Onların bu cür ittihamlarını əsaslı və əsassız hesab etmək olarmı?
- Qeyd edim ki, şura aparatının saxlanılması üçün 200 min yox, ondan da çox vəsait ayrılıb. Şuranın katibliyinin saxlanılması üçün 495 min man, şuranın özünün fəaliyyəti üçün isə 187 min man vəsait ayrılıb. Yerdə qalan 268000 min man vəsait isə QHT-lərin layihə və proqramlarının maliyyələşməsi üçün ayrılıb. Bu vəsaitdən isə birinci qrant müsabiqəsində 1848000 man artıq QHT-lərin layihələrinə ayrılıb. Yerdə qalan 200 min man isə sərbəst fond kimi ayrı-ayrı beynəlxalq və milli səviyyəli tədbirlərin təşkili, QHT-lərin xarici səfərlərinin təşkili üçün saxlanılıb.
- Hazırkı mərhələdə ola bilərmi ki, hansısa bir təşkilat layihənin həyata keçirilməsində hansısa pozuntulara yol verərlərsə, bu halda hansı zəruri tədbirlər nəzərdə tutulur?
- Dövlət büdcəsinin verdiyi vəsait məhz dövltin qanunlarına müvafiq olaraq xərclənir. Şuranın katibliyi maliyyələşən təşkilatlarla müqavilə şərtlərindən tutmuş, vəsaitin xərclənməsinə qədər bütün təlimatları hazırlamışdır. Həmin təlimatlarda qanunvericiliyə uyğun olaraq tərtib olunmuşdur. Burada tərəflər arasında olan müqavilə bütün öhdəlikləri müəyyənləşdirir.