Martın 18-i Azərbaycan xalqının yüksək demokratik seçim qüdrəti bir daha özünü bütün dünyaya nümayiş etdirdi. Bu seçkilərin ölkəmizin həyatında və beynəlxalq arenada nüfuzunun daha da güclənməsinə böyük təkan olacağını bildirən "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Tahir Süleymanov qəzetimizə verdiyi müsahibəsində cəmiyyətdə baş verən müsbət dəyişikliklərin seçki prosesinə mühüm təsir etdiyini bir daha vurğuladı.
- Tahir müəllim, seçkinin ictimai fəallıq şəraitində keçməsində siyasi prinsiplər nə dərəcədə təsirlidir?
- Bir məsələni qeyd edim ki, siyasi proseslər təkamül prosesləridir. Ona görə də, şüurda inqilab etmək mümkün olan məsələ deyil. Yəni, Azərbaycanın demokratikləşmiş cəmiyyətlərində yeniləşmiş proseslər gedir. Ona görə də, bugünkü cəmiyyət 1993-cü və 2003-cü ildəki cəmiyyət deyil. Bizim cəmiyyət artıq sərbəst formada öz seçimini edə bilir. Bunun da əsas səbəbi ictimai şüurun ictimai varlığın təyin etməsidir. Ölkədə gedən proseslər, quruculuq-abadlıq işləri və bununla yanaşı, yeni iş yerlərinin yaradılması insanların şüuruna təsirsiz ötüşməyə bilməz. Məhz ona görə də, cəmiyyət öz seçimində rahatdır. Artıq Azərbaycanda seçkinin yüksək demokratikləşmə şəraitində keçirilməsinə başlıca səbəb cəmiyyətin demokratiya baxımından inkişafı deməkdir. Eyni zamanda, artıq Azərbaycan cəmiyyətinin siyasi mədəniyyəti yüksəlib. Bununla yanaşı, Azərbaycan hökuməti özünün demokratik prinsiplərini zaman-zaman yerinə yetirib. Buna misal olaraq hakimiyyətin bir qolu olan ali qanunverici orqan tərəfindən Seçki Məcəlləsi xeyli dərəcədə mükəmmələşib və təkmilləşib. Burada əsas prinsip təbliğat-təşviqat müddətinin 30 günə qədər azaldılmasından ibarət oldu. Bunun da başlıca səbəbi cəmiyyət tərəfindən istənilən bir namizədə düzgün qiymət verilməsidir. Eyni zamanda, dövlətin demokratik prinsiplərinin özünə tam əks etdirməsi seçkilərin tam şəffaf keçməsini zəruriləşdirən bir məqam oldu.
Bir məqamı da vurğulayım ki, burada siyasi partiyaların, o cümlədən, Yeni Azərbaycan Partiyasının "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupu bu seçkidə daha çox fəallıq nümayiş etdirdi. YAP-ın uzun müddət apardığı mükəmməl iş prinsipinin nəticəsi olaraq, bu seçki çox yüksək mütəşəkkilliklə təşkil olundu. Əsas məqam da, ondan ibarətdir ki, hər bir fərdlə işləmək və ortaya sağlam bir iş metodu çıxırmaq başlıca şərtdir. Məhz bunun da "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndələrinin və vəkillərinin tam dolğun şəkildə apardığı təbliğatı, onu deməyə əsas verdi ki, Azərbaycanda real güc mərkəzi artıq formalaşıb.
- Keçirilmiş seçkidə xalq Konstitusiyaya edilən 29 əlavə və dəyişikliklərin hamısına, demək olar ki, səs verdilər. Sizcə, xalqın bu dəyişikliklərə üstünlük verməsini əsaslandıran amillər hansılardır?
- İlk növbədə, xalq ölkədə həyata keçirilən inkişafın müsbət nəticəsinin şahididir. İkinci bir tərəfdən isə, bütün dünya üzrə müqayisəli təhlil aparsaq, görərik ki, Azərbaycanın 4-5 il ərzində əldə etdiyi uğurları heç bir ölkə əldə edə bilməyib. Bütün bu nailiyyətlərə ölkə Prezidenti İlham Əliyevin düzgün və məqsədyönlü siyasətinin nəticəsində nail olunub. Digər bir əsas məqam isə, Prezidentin xalqla bu qədər təmasda olmasıdır. Eyni zamanda, milli-mənəvi dəyərlərə hörmət, tarixi kökümüzə qayıdış və bir çox məsələlər cənab İlham Əliyevin xalq tərəfindən bu qədər dərin bir sevgi ilə əhatə olunmasına zəmin yaradıb. Yəni, burada əsas səbəb Onun xalqa bağlılığı, ikinci səbəb isə ölkənin iqtisadi sıçrayışıdır.
Azərbaycan iqtisadiyyatı günü-gündən yüksək sürətlə inkişaf edir. İqtisadiyyatda liberallaşma prosesi, özəl sektorun iknişafı daha da sürətlənib. Üçüncü bir məqam isə, bütün iqtisadi qüdrətin xalqa yönəlməsidir. Burada əsas məqamlar isə, sosial həyat tərzinin yaxşılaşdırılması məqsədilə atılan addımlar, əməkhaqqlaranın, təqaüdlərin artırılması və s məsələlərdir. Ölkəmizin beynəlxalq nüfuzunun artması cənab İlham Əliyevin malik olduğu yüksək siyasi çeviklik nəticəsində, bütün dünyada balanslaşmış siyasətin aparılması əsas prinsiplərdən hesab olunur. Bununla yanaşı, Qafqazda Azərbaycanın nüfuzunun yüksəlməsi, ölkə Prezidenti İlham Əliyevlə məsləhətləşmələr Azərbaycan beynəlxalq nüfuzunun möhkəmlənməsinə səbəb olmuşdur ki, bu da xalqın diqqətindən yayına bilməz.
- Seçkini bu qədər demokratik keçməsini səciyyələndirən səbəblər nədən ibarət idi?
- Burada əsas məqam odur ki, dövlət seçkinin demokratik keçirilməsində maraqlı oldu. Məhz bunun nəticəsində seçki tam demokratik və şəffaf bir şəraitdə baş tutdu. Bir məsələni də qeyd edim ki, dünyanın az ölkəsi tapılar ki, orada seçki prosesi kameralar vasitəsilə izlənilsin. Ona görə də, bütün beynəlxalq təşkilatlar, birmənalı olaraq, Azərbaycana qarşı ikili standartlardan çıxış edir. Bu baxımdan da, ölkəmizdə keçirilmiş seçkinin demokratikliyinə səmimiyyət nümayiş etdirən qüvvələr və bizə qarşı radikal mövqe tutan ölkələr hələ də mövcuddur. İndiki şəraitdə isə biz hansısa bir hissə qapılıb öz seçkimizi şübhə altına ala bilmərik. Ona görə ki, müşahidələrimiz bunun tam əksini deməyə əsas verir.
Onu da bildirim ki, seçkidə öz zəifliyini görən müxalifət, MSK-nın qeydiyyatından keçmədiyini görərək öz çirkin oyunlarına əl atsa da xalq öz müstəqil seçimini etdi. Seçkidə iştirak etməyə gücü çatmayan müxalifət partiyaları ona görə bu prosesə qatılmadılar ki, onların sosial bazası tamamilə sıradan çıxıb. Onlar özlərini tam biabır etməmək üçün bu seçkidə iştirakdan boyun qaçırdılar. Çünki xalq konstruktiv düşüncə tərzinə malik müxalifət arzulayır. Ölkəmizdə olan beynəlxalq müşahidəçilər seçkidən sonra keçirdikləri mətbuat konfransında açıq-aydın bildirdilər ki, Azərbaycanda seçki tam şəfaf və demokratik keçirilib. Həmçinin, onu da bildirdilər ki, müşahidə zamanı seçicilərin xüsusi aktivliyinin də şahidi oduq. Hətta onlar səslərin sayılması prosesinidə izlədiklərini və burada da demokratik prinsiplərə uyğun işlərin getdiyini dedilər. Təəssüf doğuran odur ki, müxalifət, hələ də, ağıllı bir yola gələ bilmir. Bir də, bu düşüncədə olan müxalifətin bundan sonra düz yola qayıtması mümkün deyil. Ancaq əsas məsələ odur ki, referendumda bütün xalqımız fəallıq göstərməklə demokratik ənənələrə sədaqətli olduqlarını nümayiş etdirdilər.